Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5570/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq iddiaçının xeyrinə cavabdehdən hər ay 170 manat və X4 3 yaşına çatanadək iddiaçının maddi ehtiyyaclarının təmin edilməsi üçün 150 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında xx xxxx 2019-cu il tarixdə 3 Saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 1992 saylı nikah qeydə alınmışdır. Onların birgə nikahlarından bir övladları - xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. O, bir ana kimi maddi cəhətdən çətinliklər çəkdiyi və övladının təlabatını ödəyə bilmədiyi üçün cavabdehdən alimentin tutulmasını istəyir. Maddi cəhətdən vəziyyəti olduqca pisdir. 3 aydır ki, valideynlərinin yanına sığınmışdır. Bu 3 ay ərzində cavabdeh bir ata kimi övladı üzərində olan hüquqlarını yerinə yetirməyərək, övladlarının heç bir təlabatını ödəmir və demək olar ki, övladı ilə maraqlanmır. O, kifayət qədər qazanc əldə etsə də, doğma övladının heç bir təlabatını ödəmək istəmir, qazancını yalnız öz maraqlarına xərcləyir. İddiaçı bir müddətdir ki, cavabdehin ailəsinə və övladına qarşı olan münasibətinin yaxşı olmasını ümid edərək, gözləsə də, bir xeyri olmamış və ailəsindən daha da uzaqlaşmışdır. Ona görə də yuxarıda qeyd etdiyi məsələ ilə bağlı cavabdehdən övladlarının saxlanması üçün onun xeyrinə qanunla müəyyən edilmiş qaydada yəni, bir uşaq üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. Göstərilənlərlə bağlı onu da qeyd etmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə bocludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, yanaşı həmdə vacib hüquqi vəzifələridir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabeh izahatında maddi imkanının yaxşı olmadığını və bu səbəbdən iddia tələbini qismən yəni, 150 manat hissədə qəbul etdiyini bildirərək məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etdi. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78, 84-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 217, 218 və 220-ci maddələrini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh xx.xx.2019cu il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il tarixdə X4 dünyaya gəlmişdir. Bekə ki, iş materiallarında olan AZ-İİ 344729 saylı nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X1 xx.xx.2019-cu il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1992 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İV 426860 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş sutərindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası qrafasında Cavabdeh anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh, xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment və xx.xx.2020ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 40 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx xxxx 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment və xx xxxx 2020-ci il təvəllüdlü X4 3 (üç) yaşına çatanadək hər ay 40 (qırx) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2020-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-5570/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5570/2020
23.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver