Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5571/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş 320 manat pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2019-cu il tarixli xx/xx-1129xx/xx-25864 nömrəli məktubu ilə Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzii Filial) ünvanlanmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3633/2019 nömrəli icra sənədinə uyğun olaraq X1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh 5.154,84 manat köçürülməli olduğu halda, ona ümumilikdə 5.474,84 manat pul köçürülmüşdür. Yəni, Rafael Eyvazovun əlillik müddətinin başa çatması ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Buna baxmayaraq, cavabdehə aliment ödənişi pensiya ödənişi dayandığı vaxtdan sonra da ödənilməyə davam etmişdir, nəticədə xx.xx.2021-xx.xx.2021-ci tarixlərdə ümumilikdə 320 manat artıq vəsait cavabdeh tərəfindən alınmışdır. Həmin artıq ödənilmiş 320 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə cavabdehə xx.xx.2023-cü il tarixli 3-17-1/2-Y-14234/2023 nömrəli məktub göndərmiş, ondan həmin vəsaiti büdcəyə qaytarması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Lakin cavabdeh artıq ödənilmiş 320 manat pul vəsaitini Mərkəzii Filialın hesabına qaytarmamış və əsassız varlanmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə ********** nömrəli mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3633/2019 nömrəli icra sənədinə əsasən X1 xx.xx.2019-cu il tarixdən başlayaraq iki uşağın saxlanması üçün hər ay 320 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi xx.xx.2019-cu il tarixli xx/xx-1129xx/xx-25864 nömrəli məktubla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3633/2019 nömrəli icra sənədini icra olunması üçün X2 pensiya aldığı DSMF-nin Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərmişdir. xx.xx.2019-cu il tarixdə Departamentə daxil olmuş və icra edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3633/2019 nömrəli icra sənədinə uyğun olaraq X1 əmək pensiyasından həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh 5.154,84 manat köçürülməli olduğu halda, ona ümumilikdə 5.474,84 manat pul köçürülmüşdür. Yəni, Rafael Eyvazovun əlillik müddətinin başa çatması ilə əlaqədar ona pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Buna baxmayaraq, Cavabdeh aliment ödənişi pensiya ödənişi dayandığı vaxtdan sonra da ödənilməyə davam etmişdir, nəticədə xx.xx.2021-ci tarixdə 320 manat artıq vəsait Cavabdeh ödənilmişdir. Həmin artıq ödənilmiş 320 manat pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-Y-14234/2023 nömrəli məktub göndərmiş, ondan həmin vəsaiti büdcəyə qaytarması xahiş edilmiş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. Lakin Cavabdeh artıq ödənilmiş 320 manat pul vəsaitini Mərkəzii Filialın hesabına qaytarmamış və əsassız varlanmışdır. Mülki Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş 320 manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının hesabına geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixdə artıq ödənilmiş 320 (üç yüz iyirmi) manat pul tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının hesabına geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-5571/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5571/2023
21.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver