Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5614/2022 14.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızı İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan “mənzilin bölünməsi və naturada ayrılması tələbinə” dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan “mənzilin bölünməsi və naturada ayrılması tələbinə” dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küç., ev 31, 30 saylı mənzilin naturada bölgüsü və onun payının cavabdehdən ayrılması barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iş materiallarını və sənədləri araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia ərizəsinin icraata qəbul edililməsindən imtina edilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (004)-6595/2019 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan “mənzilin bölünməsi və naturada ayrılması tələbinə”dair iddia tələbinin təmin edilməməsi, ödənilmiş 30,40 manat (otuz manat, 40 qəpik) dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Göründüyü kimi hazırda İddiaçı Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 31, 30 saylı mənzilin naturada bölgüsü və onun payının cavabdehdən ayrılmasını xahiş etsə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2 (004)-6595/2019 saylı qətnaməsi ilə eyni iddia tələbi baxılaraq rədd edilmişdir. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edildiyindən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan əlavə, iş materiallarından görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən "xxxx" ASC-nin ödəniş sistemi vasitəsilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci il tarixdə ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə ödənilən 30 manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, iddia ərizəsini qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153cü, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan “mənzilin bölünməsi və naturada ayrılması tələbinə” dair ərizəsinin qəbulundan imtina edilsin. İddiaçı hazırki 2(004)-5614/2022 saylı mülki iş üzrə ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumu Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5614/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5614/2022
14.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver