Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5662/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə Yasamal Rayon Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : İddiaçı cavabdehlər Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh ASC arasında xx.xx.2014-cü il tarixdə 15.000 manat məbləğində kredit müqaviləsi, eyni zamanda həmin kreditin təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(115)-172/2022 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı borcun tutulması tələbi təmin edilməmişdir. Həmin məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, tələblə bağlı qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Həmin məhkəmənin qətnaməsi yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı Cavabdeh ASC-yə müraciət edərək ipoteka müqaviləsinin ləğv edilməsini və ipotekanın predmeti olan fərdi yaşayış evi, eləcə də torpaq sahəsinin yüklülükdən azad edilməsini xahiş etdiyini, lakin Cavabdeh tərəfindən ona imtina edildiyini bildirmişdir. Lakin ərizədə qeyd edilməsinə baxmayaraq, iş materiallarına cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə, yəni iddiaçının hazırkı tələblə bağlı cavabdehə rəsmi qaydada müraciət etməsi, sonuncunun isə imtina etməsinə dair sənəd əlavə olunmamışdır. Belə müəyyən olunur ki, İddiaçı müqavilənin ləğvi üçün mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı cavabdehə rəsmi qaydada müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 114, 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : İddiaçı Cavabdeh ASC-yə qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-5662/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5662/2023
02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver