Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5668/2024 02.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X5 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 09 iyul 2024-cü il tarixdə anadan olan uşağı X1 üçün cavabdehdən onun xeyrinə ayda 235 (iki yüz otuz beş) manat, ona uşağa baxdığına görə cavabdehdən hər ay sabit məbləğdə - 100 (bir yüz) manat məbləğində alimentin və mediator xidmətinə görə 62 manat məbləğində ödənilmiş rüsumun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 fevral 2023-cü il tarixdə rəsmi nikah bağlamışlar. Həmin nikah münasibətindən bir uşağı xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Onlar evləndikdən sonra qaynatası və qaynanası ilə birlikdə yaşayırdılar. Əvvəl yaxşı dolanırdılar, sonradan isə münasibətləri tamam korlandı, birlikdə yaşamağı mümkün olmadığı üçün 2023-cü ilin iyun ayında onlar cavabdehlə birlikdə kirayə mənzilə köçdülər, yalnız cehiz əşyalarım onların evində qalmışdı. Cavabdeh evə baxmırdı, mübahisələri çox olurdu və ona xəsarətlər yetirirdi. Avqust ayının 7-si cavabdeh onu evdə tək qoyaraq anasının evinə getmişdir. Həmin ilin sentyabr ayının 16-sı onlar yenidən cavabdehlə barışmış və noyabr ayının 6-sı o, birdəfəlik getmişdi. O, həmin aydan hamilə idi, o gündən bu günə kimi valideynləri ilə birlikdə yaşayır, cavabdeh onunla nə hamiləlik zamanı, nə də qızı dünyaya gələndən sonra heç vaxt maraqlanmayıb. Maddi, mənəvi köməklik göstərməyib. Birgə nikahdan olmuş uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini qismən qəbul edərək, izahatında bildirmişdir ki, alimentin 150 manat miqdarında tutulmasını qəbul edirlər, qalan hissədə isə iddia tələbini qəbul etmirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 562606 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 25 fevral 2023-cü ildə nikaha daxil olmuşlar və bu barədə 312 saylı akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Savalanlı”, arvada “Savalanlı” soyadı verilmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V 024907 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 18 oktyabr 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, miilön vasitəsilə Bakı 6 saylı Mediasiya təşkilatına 61 (altmış bir) manat ödəniş edilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər 25 fevral 2023-cü ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2024-cü il təvəllüdlü X4 anadan olmuş, uşaq hal-hazırda anası İddiaçı yanında qalır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iddia tələbinin “Cavabdeh 09 iyul 2024-cü il tarixdə anadan olan uşağı X1 üçün cavabdehdən iddiaçının xeyrinə ayda 235 (iki yüz otuz beş) manat alimentin tutulması” hissəsində hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə, eyni zamanda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün yaşayış minimumu həddində, hər uşaq üçün 235 manat məbləğində alimentin tutulmasını ilk növbədə uşaqların, daha sonra tərəflərin mənafelərinə uyğun hesab edir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “iddiaçının uşağa baxdığına görə cavabdehdən hər ay sabit məbləğdə - 100 (bir yüz) manat məbləğində alimentin onun xeyrinə tutulması” hissəsində hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, tərəflərin nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşınadək, yəni xx.xx.2027-ci il tarixinə kimi hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilməlidir. Belə ki, iddiaçı uşağın üç yaşına çatanadək cavabdehdən 100 manat məbləğində aliment tələb etsə də, cavabdehin zəruri vəsaitə malik olmasına dair mötəbər sübutları təqdim etməmişdir. Bu baxımdan məhkəmə həmin məbləğin 100 manat deyil, 50 manat müəyyən edilməsini hər iki tərəfin maddi mənafeyinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, eyni zamanda bildirir ki, ödənilmiş mediasiya xərcinə görə 61 (altmış bir) manat məbləğində pul ödənildiyindən 61 (altmış bir) manat Cavabdeh tutulub İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Tərəflərin nikahından doğulmuş xx.xx.2024-cü il təvəllüdlü X2 üç yaşınadək, yəni xx.xx.2027ci il tarixinə kimi hər ay 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutulub İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi olan 61 (altmış bir) manat məbləğində pul Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-5668/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5668/2024
02.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver