Məhkəmə qərarları › İş №2(004)-5683/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5683/2020

26.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5683/2020 26.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Bəybala oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Bəybala oğluna qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Bəybala oğluna qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bəybala oğlu ilə birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Bəybala oğlundan 170 manat miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olaraq evlənmiş, birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X2 anadan olmuşdur. Nikah məhkəmə qaydasında ləğv olunaraq Yasamal rayon Məhkəməsinin 2(004)-2544/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Bəybala oğlundan əmək haqqısının 1/3 hissəsi həcmində aliment tutulması müəyyən edilmişdir. Məhkəmə qətnaməsi çıxdığı vaxt cavabdehin rəsmi iş yeri olduğu üçün əvvəl aliment ödənilsə də, sonra işdən çıxdığı üçün alimentin miqdarı azaldılaraq müəyyən olunmuş məbləğdən az aliment tutulmağa başlamışdır. Sonra isə cavabdeh həmin məbləği də ödəməkdən imtina etmişdir. Uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh Bəybala oğlu izahat verərək bildirir ki, iddianı qismən qəbul edir, bildirir ki, işləmir, 170 manat onun üçün böyük məbləğdir, uşağın saxlanılması üçün ayda 100 manat verə bilər. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-2544/2009 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası İddiaçı qızının yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh Bəybala oğlundan əmək haqqısının 1/3 hissəsi həcmində aliment tutulması qət edilmişdir. İşin halları odur ki, cavabdehdən uşağın saxlanılması üçün aliment onun əmək haqqından tutulurdu. Hazırda cavabdeh işləmir və iddiaçı alimentin sabit məbləğdə tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, sabit pul məbləğində aliment tələb etmək iddiaçının hüququdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanunla 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən Cavabdeh Bəybala oğlundan 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli, 2(004)-2544/2009 saylı qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh Bəybala oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Bəybala oğlundan xx.xx.2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Bəybala oğlundan 30 manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar