Məhkəmə qərarları › İş №2(004)-572/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-572/2025

07.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-572/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus olan ünvan 1 ünvanı xx.xx.2010-cu il tarixli 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)- 807/2023 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər X2, İddiaçı, X3 və X4 qarşı “kreditin tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiası təmin edilməmişdir. Belə ki, əsas öhdəliyıə xitam verilməsinə baxmayaraq ipotekaya xitam verilməmişdir. Göstərilənlərə nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarına əlavə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına xx.xx.2010-cu il tarixli 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsi əlavə edilmişdir. Müqavilə üzrə ipoteka predmeti ünvan 1 ünvanı, ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan isə X1r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-322/2024 nömrəli qərarına əsasən müəyyən edilir ki, sözügedən hüquq münasibətləri üzrə əsas öhdəlik tam icra edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı normalar çıxış edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2010-cu il tarixli 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ünvan 1 ünvanı, ipoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan isə X1r. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(102)-322/2024 nömrəli qərarına əsasən sözügedən hüquq münasibətləri (kredit müqaviləsi) üzrə əsas öhdəlik tam icra edilmişdir. Sözügedən qərar preyudisial əhəmiyyətlidir. Lakin, ipoteka saxlayan "xxxx" ASC tərəfindən ipotekaya xitam verilməsindən imtina edilir. Nəticədə, mülkiyyətçinin mülkiyyət hüquqları pozulur, daşınmaz əmlak əsassız olaraq yüklü qalmaqda davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məhkəmə xərci də cavabdehə aid edilməlidir. Məhkəmə iddiaya tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Cavabdeh tərəfindən iddianın təkzib edilməsi ilə bağlı hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, iddia barədə şifahi formada da olsa mülahizə məhkəməyə bildirilməmişdir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2010-cu il tarixli 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsinə (ipotekaya) xitam verilməlidir. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddiası təmin edilsin. xx.xx.2010-cu il tarixli **********10 nömrəli kredit müqaviləsi üzrə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına dair bağlanmış xx.xx.2010-cu il tarixli 122001/0150/10/09 nömrəli ipoteka müqaviləsinə (ipotekaya) xitam verilsin. Mülki iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar