Məhkəmə qərarları › İş №2(004)-5722/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5722/2025

30.10.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5722/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Saziş və Bölgü sxeminin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə işlərin bir icraatda birləşdirilməsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsatətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Saziş və Bölgü sxeminin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən hazırki mülki işin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-5466/2025 nömrəli mülki işlə eyni icraatda birləşdirilməsinə dair vəsatət təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki mülki işlə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair 2(004)-5466/2025 nömrəli mülki işin predmetini eyni daşınmaz əmlak təşkil edir, hər iki mübahisə eyni tərəflər arasındadır və bir-biri ilə bilavasitə əlaqəlidir. 2(004)-5466/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatındadır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında iştirak edərək vəsatətin təmin edilməsini xahiş etmişlər. İddiaçı məhkəmə iclasında iştirak edərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəsatət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Saziş və Bölgü sxeminin ləğv edilməsi” tələbinə dair 2(004)-5722/2025 nömrəli mülki işlə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair 2(004)-5466/2025 nömrəli mülki iş bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərin bir-birinə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə 2(004)-5466/2024 nömrə verilməlidir. Müəyyən edilir ki, sözügedən mülki işlər üzrə mübahisə tərəfləri eynidir, mübahisələrin obyekti olan mənzil və mübahisələrin predmeti, mahiyyəti eynilik təşkil edir. Həmin işlərə eyni icraatda baxılması zəruri, “prosessual qənaət” prinsipinin tələblərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mülki iş üzrə işlərin bir icraatda birləşdirilməsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vəsatəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Saziş və Bölgü sxeminin ləğv edilməsi” tələbinə dair 2(004)-5722/2025 nömrəli mülki işlə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı “mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair 2(004)-5466/2025 nömrəli mülki iş bir icraatda birləşdirilsin və mülki işə 2(004)- 5466/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar