Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-5752/2025 18.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "İri şəhərlərin X3 Xidməti" X1rşı “məcburi sosial sığorta haqqının tutularaq pensiya kapitalına köçürülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "İri şəhərlərin X3 Xidməti" X1rşı “məcburi sosial sığorta haqqının tutularaq pensiya kapitalına köçürülməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edib iddia tələbinə dəqiqləşdirmə verərək, qanunvericiliyin tələblərinə uyğun olaraq onun hüquqlarının bərpa edilməsini, qanun pozuntularının aradan qaldırılması üçün 2006-cı ilin yanvar ayından- 2024-cü ilin iyul ayına qədər əmək haqqından tutularaq pensiya kapitalına köçürülməmiş- 2449,69 manat məbləğində məcburi sosial sığorta haqqının cavabdehdən tutularaq şəxsi pensiya kapitalına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2024-cü ilin iyul ayının 02-də "İri Şəhərlərin X3 Xidməti Publik Huquqi şəxsin Nəzarət ölçü cihazları İdarəsinin 10-k saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsının “b” bəndinə əsaslanaraq ştat vahidinin ixtisar edilməsi səbəbi ilə xitam verilmişdir. Bundan sonra 2024-cü il oktyabrın 7-də o, "İrı Şəhərlərın Bırləşmiş Su Təchizatı Xidməti Publik Huquqi şəxsə müraciət edərək, 2006 Yanvar-İyun 2024-cü illər arasında əmək haqqından tutulan məcburi dövlət sosial sığorta haqlarının onun fərdi şəxsı hesabına tam köçürülmədiyi ilə bağlı şikayət etmişdir. Belə ki, 2006-cı ilin Yanvar- 2024-cü il İyul arasında əmək haqqından 26882,57 manat məcburi sosial sığorta tutularaq hesablanmış, lakin pensiya kapitalına 24432,88 manat köçürülmüşdür. Hazıradək 2449,69 manat məbləğ ödənilməmişdir. Həmin müraciətinə cavab olaraq 22 okytabr 2024-cü il tarixində ona bildirildi ki, işə götürən maliyyə çətinlikləri səbəbindən məcburi dövlət sosial sığorta haqlarını tam şəkildə ödəniş edə bilməmişdir və hazırda bu ödənişlərin həyata keçirilməsi üçün tədbirlər görülür. Bununla da huquqlarının pozulması nəticəsində ona xeyli zərər dəymişdir. Bildirir ki, bu cavab onu qane etmir. Maliyyə çətinlikləri səbəbilə qanun pozuntularına yol verilməsi qəbuledilməzdir. Azərbaycan Respublikası qanunvericiliyində işəgötürənin işçi qarşısında maliyyə öhdəliklərinin tam və vaxtında yerinə yetirilməsi məcburi olaraq tələb olunur. Beləliklə, Sosial sığorta haqlarının vaxtında ödənilməməsi təkcə onun cari hüquqlarını deyil, gələcək sosial müdafiə hüquqlarını da zədələyir. Bu hal onun pensiya təminatına mənfi təsir göstərə bilər. Bundan əlavə, işəgötürənin maliyyə çətinliklərini bəhanə gətirərək onun qanuni hüquqlarını təmin etməməsi ona mənəvi zərər vurmuş, dövlətə və işəgötürənə olan etibarını sarsıtmışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu məhkəməyə iddia tələbinə dair yazılı mülahizələrini təqdim edərək, bildirmişdir ki, araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Sığorta" (Hesabat) altsistemində "Sığortaolunanın hesabı" bölməsində məcburi dövlət sosial sığorta haqlarının 26882,57 manat məbləğində hesablandığı, 24432.88 manat məbləğində ödənildiyi müəyyən edilmişdir. Aparılan islahatlar çərçivəsində fərdi uçot sisteminin sağlamlaşdırılması məqsədilə 2020-ci il tarixindən etibarən 2006-2016-cı illər üzrə "Məcburi dövlət sosial sığortası üzrə rübluk hesabat lara (Forma B1, B2) uyğun təqdim edilməyən məlumatların təqdim edilməsi və vaxtilə sığortaolunanların məlumatlarının düzgün qeyd edilməməsi səbəbindən Boluşdurulməmiş və FİN-ləşməmiş hesablar bolumündə əks olunan məlumatlarda yaranmış uyğunsuzluqlar aradan qaldırılmış və ödənilmiş sosial sığorta haqlarının sığortaolunanların fərdi şəxsi hesablarına işlənilməsi təmin edilmişdir. Sığortaolunanlara Nazirliyin e-sosial.az portalında qeydiyyatdan keçməklə fərdi şəxsi hesabında eks olunan məlumatlarını real vaxt rejimində izləmək və həmin məlumatlara dair elektron arayışları əldə etmək, habelə "Şəxsi Kabinet" bölməsinin "Sosial sığorta ödəmələri pəncərəsinə daxil olaraq, sosial sığorta ödəmələri ilə bağlı haqq-hesab cədvəllərinin emal vəziyyəti (icrada olması, geri qaytarılması və ödənişə göndərilməsi), məcburi dövlət sosial sığorta haqları hesabına ödənilmış müavinət məbləğləri barədə məlumatları real vaxt rejimində izləmək imkanı təqdim edilmişdir. Bildirirlər ki, məcburi dövlət sosial sığorta haqqı qanunla müəyyən edilmiş dövlət ödənişidir və Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Qeyd edirlər ki, bununla bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirilir ki, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 1.1.2-ci maddəsinə əsasən, fərdi şəxsi hesab - hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Qanunun 9.2-ci maddəsinə əsasən, sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1-ci maddə sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək. Son olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyə əsasən 2019-cu ilin 1 yanvar tarixindən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Nəzərə alınmasını xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə 65 yaşı olanda pensiya ödənişi bağlı müraciət etdi. 2024-cü ilin iyul ayınadək işləmişdir və hal-hazırda təqaüddədir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə3 yazılı mülahizəyə uyğun izahat verərək, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "İri şəhərlərin X3 Xidməti" X4 nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna 40 milyon borcları mövcuddur. İddia tələbi təmin edilsə belə, məbləğ ümumi borcdan silinəcəkdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş sığortaolunanın hesabından 2006-cı ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək olan çıxarışdan müəyyən edilir ki, sığortaolunan İddiaçı məcburi dövlət sosial sığorta haqları 26.882,57 manat məbləğində hesablanmış, 24.432.88 manat məbləğində ödənilmişdir. Pensiya kapitalı 34.668,08 manat təşkil edir. Sığortaedən "xxxx" Açıq Səhmdar Cəmiyyəti DSMF PHŞ SSFU üzrə Mərkəzi filialında uçotdadır. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-01070 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 1-ci hissəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 12-ci maddəsinin 1-ci hissəsinin “j” bəndinə görə, işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta üzrə sığorta haqlarının vaxtında və tam həcmdə ödənilməsini təmin etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 304-cü maddəsinin 1-ci hissəsinə əsasən, sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 304-cü maddəsinin 2-ci hissəsinə əsasən, İşəgötürən hər bir işçini onunla əmək müqaviləsi bağladığı zaman “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta olunmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin məcburi dövlət sosial sığorta olunması, o cümlədən onun əlavə sığorta olunub-olunmaması barədə müvafiq məlumatlar mütləq göstərilməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun: 2-ci maddəsinə əsasən, Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar 9-1.1-ci maddəsinə əsasən, Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 10-cu maddəsinə əsasən, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək sığortaedənlərin vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur. 14.2-ci maddəsinə görə, məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3-cü maddəsinə əsasən, Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.17-ci maddəsinə əsasən, sosial sığorta ehtiyatı – sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabın sığorta hissəsinə və idarəetmə xərclərinə yönəldilən hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğdə formalaşdırılan, əmək pensiyalarının bu Qanunda müəyyən olunmuş əmək pensiyasının minimum məbləğinə çatdırılması, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər və digər ödəmələr üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilən, istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan və ilin sonuna istifadə edilməmiş qalığı növbəti ilə keçən vəsaitdir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununun: 1.1.2-ci maddəsinə əsasən, fərdi şəxsi hesab - hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. 9.2-ci maddəsinə əsasən, sığortaedənin aşağıdakı vəzifələri vardır: 9.2.1-ci maddə sığortaolunanların fərdi şəxsi hesabına daxil edilməli olan məlumatları sığortaçıya, bu Qanunun 5.2.11-ci və 5.2.12-ci maddələrində nəzərdə tutulmuş məlumatları isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) bu Qanuna və "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən tam və düzgün təqdim etmək. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildən 2024-cü ilin iyul ayınına qədər "xxxx" Açıq Səhmdar Cəmiyyətində çalışmışdır. Onunla bağlanan əmək müqaviləsinə xitam verilmiş, lakin işçinin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondununa ödənilməli olan sosial sığorta haqqı tam şəkildə ödəniməmişdir. Hazırda iddiaçı ödənilməmiş məcburi sosial sığorta haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu tərəfindən tərtib edilmiş sığortaolunanın hesabından 2006-cı ilin yanvar ayından 2024-cü ilin iyun ayınadək olan çıxarışdan müəyyən edilir ki, sığortaolunan İddiaçı məcburi dövlət sosial sığorta haqları 26.882,57 manat məbləğində hesablanmış, lakin 24.432.88 manat məbləğində ödənilmişdir. Göründüyü kimi, ümumilikdə 2449,69 manat sosial sığorta haqqı işəgötürən tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2006-2024-cü illər üzrə ödənilməmiş 2449,69 (iki min dörd yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı fərdi şəxsi hesabına köçürülməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi izahatında Dövlət Sosial Müdafiə Fonduna 40 milyon borclarının mövcud olduğunu, iddia tələbi təmin edilsə belə, məbləğin ümumi borcdan silinəcəyini bildirsə də, məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi bağlı qanunvericilikdə güzəşt və ya istisna hal nəzərdə tutulmamışdır. Cavabdehin nümayəndəsinin borclarının olması ilə bağlı qeyd etdiyi hal məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi üçün əsaslı hal hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 2006-2024-cü illər üzrə ödənilməmiş 2449,69 (iki min dörd yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı fərdi şəxsi hesabına köçürülməli, ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. 2006-2024-cü illər üzrə ödənilməmiş 2449,69 (iki min dörd yüz qırx doqquz manat altmış doqquz qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı fərdi şəxsi hesabına köçürülsün. Ödənilmiş 50 (əlli) manat mediasiya xərci cavabdeh "İri şəhərlərin X3 Xidməti" X2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilə. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-5752/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-5752/2025
18.12.2025 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver