Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4303/2025 21.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə 05 may 2025-ci il tarixli qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh ASC-ə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunan ödəncin ədalətli qaydada hesablanıb ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı Cavabdeh ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanaraq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsi icra olunmaq üçün Bakı şəhər Qaradağ rayon Qeydiyyat Şöbəsinə göndərilmişdir. Cavabdeh ASC tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsindən apeliyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5385/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2538/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilərək və mülki iş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı 06 noyabr 2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apelyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdehin qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3941/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə qeyri-mümkün hesab edilərək qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5385/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadı ilə yolverilməz hesab edilərək geri qaytarılmışdır. Cavabdeh ASC xx.xx.2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5385/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpasına dair ərizə təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5385/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 5385/2023 saylı mülki iş üzrə xx.xx.2023-ci il tarixli qərardadından kassasiya şikayətinin verilməsi ilə bağlı prosessual müddətin bərpası barədə Cavabdeh ASC tərəfindən tərəfindən verilmiş ərizə təmin edilməməsi, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3941/2023 saylı qərar ilə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(103)-5385/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinə icra edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsinin icra sənədi üzrə icraata başlanılmışdır. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsi tərəfindən məhkəmə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsinə izahın veriməsinə dair ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı X3 cavabdeh "xxxx" ASC tərəfindən iş zaman baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödənc yenidən hesablanaraq ona ödənilməlidir. "xxxx" ASC-nin şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli 27 nömrəli məktuba asasan "xxxx" ASC-nin mühasibatlığı tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, həmin şəxsə ödənilməli olan ödəncin məbləği 720 manat təşkil edir.xx.xx.2024-cü il tarixdə tələbkar İddiaçı şöbəyə ərizə ilə müraciət edərək sözügedən icra sənədinin icrası ilə əlaqədar borclu təşkilat "xxxx" ASC tərəfindən hesablanmış ödəncin məbləği ilə razı olmadığını bildirmiş və ödəncin məbləğinin düzgün müəyyən edilməsi üçün mütəxəsisin dəvət olunmasını xahiş etmişdir.Bundan sonra xx.xx.2024-cü il tarixdə mütəxəsisin dəvət olunması haqqında qərar qəbul edilmiş və icra olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilmişdir.Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsinin şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 17-5/1-33431/2024 nömrəli məktubla bildirmişdir ki, Azərbaycan Respublikasınin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti hər hansı ödəncin hesablanması ilə bağlı mütəxəssis rəyi verilməsi səlahiyyəti müəyyən edilməmişdir. Tərəfimizdən aparılan araşdırma zamanı məlum olmuşdur ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğin təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 3 nömrəli qərarı ilə tənzimlənir.Daha sonra xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə sözügedən icra sənədinin icrası ilə bağlı həmin müəssisədə daşkəsən maşinisti vəzifəsi üzrə 2019-cu ilin əvvəlindən bu günə qədər həmin vəzifə üzrə aylıq əmək haqqı barədə rəsmi məlumat verilməsi üçün sorğu göndərilmişdir."xxxx" ASC-nin şöbəyə ünvanladığı xx.xx.2024-cü il tarixli 29 nömrəli məktubla "xxxx" ASC-də son üç ildə daşkəsən maşininstinin aylıq əmək haqqı vaxtamuzd olduğu üçün 100 manat təşkil etdiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə tələbkar X4 şöbaya srizala müraciət edərək sözügedən icra sənədinə əsasən "xxxx" ASC tərəfindən iş zamanı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ona ödənilməli olan ödənci 2019-cu i noyabr ve dekabr ayları, 2020-ci ilin beş ayı istisna olmaqla bu günə qədər tələbkar tərəfindan xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə sözügedan ödənilmədiyini bildirmişdir. İcra sənədinin icrası ilə bağlı 2019-cu ilin əvvəlindən bu günə qədər daşkəsən maşınisti vəzifəsi üzrə aylıq əmək haqqı məbləği barədə rəsmi məlumat verilməsi üçün sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin şöbəyə ünvanladığı xx.xx.2024-cu il tarixli 3- 34/2-46/06-1/2024 nömrəli məktubla "xxxx" ASC-nin əsas faəliyyətinin də aid olduğu "Dekorativ və tikinti daşlarının hasilatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-2024-cards aşağıdakı kimi olduğunu bildirmişdir:2019-cu il üzrə - 339 manat, 2020-ci il üzrə - 333.9 manat, 2021-ci il üzrə - 342 manat 2022-ci il üzrə - 366 manat, 2023-cü il üzrə-415,1 manat, 2024 (yanvar-avqust) ayları üzrə - 4245 manat.Tərəfimizdən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin rəhbərliyinə göndərilən məktubda sözügedən icra sənədinin icrası ilə bağlı "xxxx" ASC tərəfindən iş zamanı baş vermiş bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə tələbkar İddiaçı ödənilməli olan ödəncin hesablanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatların əsas götürülməsi tələb olunmuşdur.İddiaçı ödənilməli olan aylıq ödəncin hansı tarixdən hansı tarixədək ödənilməsində, həmçinin aylıq ödəncin hesablanılmasında tərəflər arasında mübahisə yarandığından icra sənədinin icrasında çətinlik yaranmışdır.Göstərilənləri nəzərə alaraq və "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 14.1-c maddəsini rəhbər tutaraq İddiaçı ödənilməli olan aylıq ödəncin hansı tarixdən hansı tarixədək ödənilməsi, həmçinin aylıq ödəncin məbləği barədə izah verilməsi xahiş olunur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin şöbəyə ünvanladığı xx.xx.2024-cu il tarixli 3-34/2-46/06-1/2024 nömrəli məktubdan görünür ki, "xxxx" ASC-nin əsas faəliyyətinin də aid olduğu "Dekorativ və tikinti daşlarının hasilatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2019-2024-illərdə aşağıdakı kimi olduğunu bildirmişdir:2019-cu il üzrə - 339 manat, 2020ci il üzrə - 333.9 manat, 2021-ci il üzrə - 342 manat 2022-ci il üzrə - 366 manat, 2023-cü il üzrə-415,1 manat, 2024 (yanvar-avqust) ayları üzrə - 4245 manat təşkil edir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsinin izah edilməsinə dair Qaradağ rayon icra şöbəsinin ərizəsi qismən təmin edilməsi,Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsinin qət etdi hissəsi aşağıdakı kimi izah edilməsi, 2019-cu ilin 10 ayı, 2020-ci ilin 07 ayı, 2021,2022 tam və qətnamə qəbul ounduğu tarix, yənixx.xx.2023-cü il tarixədək ödənilməli olan məbləğ ödənilməsi və ərizənin qalan hissədə təmin edilməsi qərara alınmışdır. Cavabdeh ASC tərəfindən xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadından şikayət verilərək, qərardadının ləğv edilməsini və ya əks təqdirdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadı ilə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 488/2023 saylı qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.( şikayət elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən) Cavabdeh ASC xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadından şikayət verərək, qərardadının ləğv edilməsini və ya əks təqdirdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmiş və eyni zamanda məhkəməyə vəsatət ilə müraciət edərək qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdehin şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli Qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra icraya yönəlmiş və hazırda həmin icra işi Qaradağ rayon İ cra Şöbəsinin icra məmuru Orxan Göyüşlünün icraatındadır. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 nömrəli Qərardadı ilə Qaradağ rayon icra məmuru tərəfindən verilmiş ərizə qismən təmin olunmuş və həmin qətnaməyə izah verilərək qeyd olunmuşdur ki, iddiaçıya 2019-cu ilin 10 ayı, 2020-ci ilin 07 ayı, 2021, 2022 tam və qətnamə qəbul olunduğu tarix, yəni xx.xx.2023-cü il tarixədək ödənilməli olan məbləğ ödənilsin. Aşağıdakılara əsasən hesab edirəm ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-488/2023 nömrəli qərardadı dəyişdirilməli və iddiaçıya ödənilməli olan ödəncin məbləği məhkəməyə iddia verildiyi tarixdən-xx.xx.2023cü il tarixdən əvvəlki 3 (üç) il üzrə müəyyən olunmalıdır. Belə ki, Məhkəmə Qətnaməsi icraya yönəldikdən sonra tərəfimizdən qanuni qüvvəsin almış və Azərbaycan dövləti adından çıxarılmış məhkəmə Qətnaməsinə hörmətlə yanaşılmış və Qətnamə əsasən tələbkara ödənilməli olan ödənc mühasibatlıq tərəfindən tələbkarın işlədiyi dövrlər üzrə müəyyən olunaraq ona ödənilmişdir. Bununla bağlı çoxsaylı yazışmalar da aparılmışdır. L akin icra işi üzrə tələbkar İddiaçı bundan narazı qalmış və onun bu əsassız narazılıqlarından sui istifadə edən icra məmuru məhkəmə qərarının qət olunmuş hissəsindən kənara çıxaraq bizdən əlavə ödənişlər tələb edir və dəfələrlə edilmiş yazılı və şifahi şikayət və etirazlarımıza baxmayaraq mütəxəssislərimiz tərəfindən qanunvericiliyin tələbinə uyğun qaydada hesablanaraq müəyyənləşdirilən ödəncin məbləğini əsassız olaraq şübhə altına alaraq həmin ödəncin təkrarən hesablanaraq tələbkara ödənilməsini tələb edir. Eyni zamanda bu məqsədlə də icra məmuru tələbkarın da ödənclə bağlı etirazlarını da əsas götürərək iddiaçıya ödənilməli olan ödəncin ödənilməsi qaydasının müəyyən olunması ilə əlaqədar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli Qətnaməsinə izah verilməsinə dair həmin məhkəməyə ərizə ilə müraciət etmişdir. Nəzərə alsaq ki, İddiaçı ödəncin ödənilməsi ilə bağlı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir belə olan halda məhkəmə qərardada izah verərkən ödəncin məhz həmin tarixdən əvvəlki 3 il dövr üzrə müəyyən olunaraq hesablanması göstərməli idi. Z ə r ə r ə görə aylıq ödəncin ödənilməsinə dair məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-324/2024 nömrəli, qərarına əsasən, fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki 3 il üçün ödənilir. Həmçinin, şikayətə əlavə olunmuş və digər oxşar və anaoloji iş üzrə Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-43/2024 nömrəli Qətnaməsi ilə iddiaçı X2 Cavabdeh ASC-nə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək ödənilməli aylıq ödəncin iddia məhkəməyə verildiyi tarixdən əvvəlki üç il üzrə yenidən hesablanaraq ödənilməsi qət edilmişdir. Həmin məhkəmə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli Qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-nə qarşı “bədbəxt hadisə nəticəsində dəymiş zərərə görə müavinət tələbinə dair” iddiası təmin olunaraq bədbəxt hadisə nəticəsində aldığı xəsarətə görə ödənilməli olan ödəncin yenidən hesablanılaraq ona ödənilməsi qət edilmişdir. Həmin məhkəmə qətnamə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(103)-3391/2024 nömrəli Qətnaməsi və Ali Məhkəmənin xx.xx.2024 -cü il tarixli, 2(102)-3246/2024 nömrəli Qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. (Qərar və qətnamələr şikayətə əlavə olunurlar). Göründüyü kimi məhkəmə hazırkı iş üzrə Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-488/2023 nömrəli Qətnaməsinə izah verilməsinə dair qərardad qəbul edərkən məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin Mülki Kollegiyasının qərarını nəzərə almamışdır. Eyni zamanda məhkəmə qətnaməyə dair izah verərkən tələbkarın əmək qabiliyyətinin itirilmə dərəcəsi nəzərə alınmaqla Cəmiyyətdə işlədiyi dövrdə əmək müqaviləsi ilə müəyyən olunan əmək haqqına uyğun iddia irəli sürülməzdən əvvəlki (məhkəməyə müraciət olunduğu xx.xx.2023-cü il tarixdən əvvəl) 3 (üç) il üzrə yenidən hesablanaraq ödənilməsinə dair izah verməli idi. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadından Cavabdeh ASC tərəfindən şikayətin verilmə müddəti itirilməmiş hesab olunması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)-488/2023 saylı qərardadından Cavabdeh ASC tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə 05 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsinin əsaslandırıcı hissəsində müəyyən olunmuşdur ki, 2019-cu ilin noyabr və dekabr ayları, 2020-ci ilin beş ayı istisna olmaqla bu günə qədər yəni iddia ərizəsi daxil olan xx.xx.2023-cü il tarixədək ödənc ödənilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, 2019-cu ilin 10 ayı, 2020-ci ilin 07 ayı, 2021,2022 tam və qətnamə qəbul olunduğu tarix, yəni xx.xx.2023-cü il tarixədək olan müddəti əhatə edir. Odur ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)- 488/2023 saylı qətnaməsinin qət etdi hissəsi aşağıdakı kimi izah edilməlidir: 2019-cu ilin 10 ayı, 2020-ci ilin 07 ayı, 2021, 2022 tam və qətnamə qəbul olunduğu tarix, yəni xx.xx.2023-cü il tarixədək ödənilməli olan məbləğ ödənilsin. Kollegiya hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-488/2023 saylı qətnaməsi artıq qanuni qüvvəyə minmiş və iddia tam təmin olunmuşdur. Birinci instansiya məhkəməsi qərardada izah verərkən iddia ərizəsinin əsaslandırıcı hissəsini nəzərə almışdır. Artıq qətnaməyə şikayətdə qeyd edilən məzmunda izah verilməsi MPM-nin 230.1-ci maddəsinin tələblərini pozmuş olar. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilənlər qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə əsasən birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə 05 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-488/2023 saylı mülki iş üzrə 05 may 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4303/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4303/2025
21.07.2025 · Əmək mübahisələri - Pensiyanın hesablanması tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver