Məhkəmə qərarları › İş №2(004)-5804/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-5804/2021

03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-5804/2021 03.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, İddiaçılar X1, İddiaçı3 Mİrzəağa oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı2 Mirzağa qızının cavabdehlər Xalq Bank ASC-yə və "xxxx" MMC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi tələbinə dair mülki işə baxaraq, Müəyyən etdi: İddiaçılar X2, İddiaçı3 Mİrzəağa oğlu, İddiaçı4, İddiaçı5, İddiaçı2 Mirzağa qızı cavabdehlər Xalq Bank ASC-yə və "xxxx" MMC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Məhkəmə iddiaçılar X1, İddiaçı3 Mİrzəağa oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı2 Mirzağa qızının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. İddiaçılar iddia ərizəsində ipoteka predmeti olan və birgə mülkiyyətdə olan İsmayıllı şəhəri, H.Əliyev prospektində xüsusi mülkiyyətdə olan 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsinə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il tarixli 2(107)-2134/2017 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, İsmayıllı Rayon Məhkəməsinin 05.07.2017-ci il tarixli 2(037)-300/2017 nömrəli qətnaməsi ilə İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən fərdi yaşayış evinin 0,06 ha həyətyanı torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 42000 manat məbləğində müəyyən edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il tarixli 2(107)-2134/2017 saylı qətnaməsi ilə, İsmayıllı Rayon Məhkəməsinin 05.07.2017-ci il tarixli 2(037)-300/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1131/2018 saylı 14.02.2018-ci il qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 05.10.2017-ci il tarixli 2(107)-2134/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə qeyd edir ki, iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edildiyindən iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçılar X1, İddiaçı3 Mİrzəağa oğlunun, İddiaçı4, İddiaçı5, İddiaçı2 Mirzağa qızının cavabdehlər Xalq Bank ASC-yə və "xxxx" MMC-yə qarşı ipotekaya qoyulmuş fərdi yaşayış evinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar