Məhkəmə qərarları › İş №2(004)-583/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-583/2023

09.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-583/2023 09.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan dünyaya gələn xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün bir uşağa görə 193 manat olmaqla, 2 uşağa görə cəmi 386 manat məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi, alimentin tutulmasının mediasiya qaydasında cavabdehə müraciət edildiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən başlanılmaqla hesablanması, mediasiyaya və məhkəməyə müraciət üçün çəkilmiş xərclərin əvəzi olaraq tərəfindən ödənilən 50 manat məbləğində rüsumun və hüquqi yardımın göstərilməsi üçün Themis Hüquq Xidmətləri MMC-yə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il tarixində X6, xx.xx.2018-ci il tarixində isə X7 dünyaya gəlmişdir. Ailə həyatlarının ilk illərində ər-arvad münasibətləri normal olsa da sonradan cavabdehlə münasibətləri pozulmağa başlamışdır. Bununla yanaşı cavabdeh tərəfindən övladları tam təminatsız saxlanmışdır. Hal-hazırda hesab edir ki, məhkəməyə müraciət etməkdə haqlıdır və övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 2022-ci il üçün Azərbaycan Respublikasının yaşayış minumumu haqqında qanuna əsasən bir uşağa görə 193 manat olmaqla, 2 uşağa görə cəmi 386 manat məbləğində alimentin ona verilməsi, çəkilmiş xərclərin əvəzi olaraq isə 50 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətlərin göstərilməsi, zəruri arayışların alınması və iddia ərizəsinin yazılmasına görə ödənilmiş 100 manat məbləğində xərcin də cavabdehdən alınaraq ona verilməsi zəruridir. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, hər uşaq üçün nəzərdə tutulmuş 193 manatın, yəni ümumilikdə 386 manat pulun aliment qismində məhkəmə qətnaməsi qəbul edildiyi tarixdən hesablanaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə etiraz etmirlər və uşaqların cavabdehlə qalmasını tələb etməməkləri və aliment verməyə etiraz etməməklərinin yeganə səbəbi ana ilə uşaqları ayrı salmamaqdır. Əks halda onlarda olan kifayət qədər sübutlar onu deməyə əsas verir ki, ananın uşaqların nə təhsilindən, nə istirahətindən, nə geyimindən, nə də xəstəlikləri barədə məlumatı vardır. Çünki uşaqlar doğulandan bugünki günədək uşaqların bütün xərcləri, illik 5000 manatlıq məktəb təhsil haqqı ödənişləri, aylıq 450 manatlıq hazırlıq kursları ödənişləri və s. cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu faktı isə 132- 134 nömrəli məktəb kompleksinin bütün kollektivləri təsdiq edə bilər. Lakin aşağıda qeyd olunan əsaslara görə iddianın qalan hissələrini əsassız olduğu və təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. 1. iddia ərizəsində cavabdeh qeyd edir ki, guya uşaqlar cavabdeh tərəfindən təminatsız qalmışdır. Hazırki etiraza əlavə etdiyi sənədlərdən görünür ki, uşaqların atası - yəni Cavabdeh və uşaqların nənəsi Mətanət Abdulova uşaqların saxlanması, hətta onlara daha yaxşı həyat şəraitinin təmin edilməsi üçün əllərindən gələni etmişlər. Belə ki, uşaqların hər yay tətilində xarici ölkədə istirahətləri, onlara bahalı və brend geyim əşyalarının alınması, onların doğum günlərinin şəhərin müxtəlif restoranlarında təşkili və s. məhz cavabdeh və onun anası tərəfindən təmin olunmuşdur. Bu etiraza əlavə edilən sənədlərdən, yəni, uşaqların nənələri Mətanət Abdulova ilə ölkə xaricinə gedə bilmələri üçün iddiaçı və cavabdeh tərəfindən verilmiş etibarnamədən (etibarnamə uşaqlar yetkinlik yaşına çatanadək, yəni 18 yaşınadək verilmişdir), tərəflərin birgə nikahından doğulmuş X4 ümumvətəndaş pasportunun surətindən, həmçinin xarici ölkədə çəkilmiş fotoşəkillərdən görünür ki, bütün bu sadalananlar cavabdeh və onun anası tərəfindən həyata keçirilmişdir. 2. İkinci növbədə X6 3-cü sinifə gedənə qədər nənəsi, yəni cavabdehin anası Abdulova Mətanət ilə birlikdə yaşamış, hazırkı ərizəyə təqdim olunan şəkillərdən də göründüyü kimi, onun bütün şəxsi əşyaları, geyimi və s. nənəsigildə olan ayrıca otaqda yığılmışdır. Hətta uşağın gündəliyinə belə nənəsi qol çəkmişdir. 3. Uşaqların saxlanmasına çəkilən xərclər ilə əlaqədar son olaraq isə onu qeyd edirlər ki, bu ərizəyə əlavə etdiyi xəstəxana məsrəflərindən, yəni çeklərdən, mədaxil qəbzlərindən, analizlərdən və s. görünür ki, bütün bu xərclər cavabdehin anası tərəfindən, yəni uşaqların nənələri tərəfindən çəkilmişdir. Belə ki, cavabdeh 26 dekabr 2022-ci il tarixdə məhkəmənin hazırlıq iclasına gəldiyi vaxtda onun uşağı son 4 gün idi ki, nənəsigildə qalırdı və həmin məhkəmə iclası günü və məhkəmədən bir gün əvvəl, yəni 25 dekabr 2022-ci il tarixində də uşaq xəstəxanada olmuş, yanında isə cavabdehin anası olmuşdur. “X12” tərəfindən təqdim olunmuş kassa mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə olan zaman Azər Abdulzadə üçün cavabdeh tərəfindən 598,57 manat məbləğində xəstəxana məsrəfləri qarşılanmışdır. Təqdim etdiyi qəbzlərdən görünür ki, son 10 gündə uşağın xəstəxana məsrəfləri ilə bağlı cavabdeh tərəfindən 806,57 manat ümumilikdə son 4-5 ayda isə 1000 manatdan artıq xərcləri ödənmişdir.İddiaçı iddia ərizəsinə mədaxil orderi təqdim edərək guya 2 vərəqlik bir ərizə üçün 100 manat vəsait ödədiyi və bunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hesab edirlər ki, bu da şişirdilmiş və həqiqətə uyğun olmayan məbləğdir. Belə ki, qarşı tərəf ali təhsillidir və belə bir sadə ərizənin yazılmasını özü də təmin edə bilərdi. Hətta nəzərə alsalar ki özü yazmayıb hansısa hüquqi xidmət almaq istəmiş olsa belə bu ərizənin qiyməti 100 manat deyil, ən yaxşı halda 20 manat ola bilərdi. Bundan əlavə istənilən internet platformasında bu tipli ərizələrin nümunəsi vardır və onu ödənişsiz şəkildə əldə etmək mümkündür. Bu səbəbdən həmin hissədə də iddia tələbinin şişirdilmiş və əsassız tələb olması səbəbilə rədd olunmasını xahiş edirlər. Son olaraq iddiaçı mediasiya xərci olaraq ödənilmiş 50 manat rüsumun da cavabdehdən tutulmasını xahiş etmişdir. Bu hissədə də hesab edirlər ki, tələb qismən təmin olunmalıdır. Belə ki, mediasiya xərci qismində ödənilmiş 50 manat məbləğində vəsaitin tərəflər arasında müştərək qaydada bölünərək hər iki tərəfdən 25 manat məbləğin tutulması və xərcin hər iki tərəfə aid edilməsi barədə qətnamə qəbul edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən, iddia tələbinin qismən, yəni qətnamə qəbul edildiyi tarixdən hesablanaraq Cavabdeh bir uşağın saxlanması üçün 193 manat, ümumilikdə 386 manat hissədə aliment məbləğinin tutularaq iddiaçıya ödənilməsi, 100 manat iddiaçı tərəfindən hüquq xidmətləri ilə bağlı xərcin əsassız hesab edilərək təmin edilməməsi, mediasiya xərci ilə əlaqədar məbləğin isə 25 manat hissədə Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Nümayəndə yenidən İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh tərəflə müvafiq dəqiqləşdirmələr apardıqdan sonra iddia ərizəsinə verilmiş etiraza dəyişiklik etmək zərurəti yaranmışdır. Bu səbəbdən aşağıda sadaladıqları səbəblərə əsasən məhkəmədən iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Daha öncə qeyd etdiyikləri kimi, tərəflərin birgə nikahından olan uşaqlar hazırda atanın himayəsində saxlanılır. Bunu əlavədə təqdim etdikləri sənədlər sübut edir. Belə ki, eyni tərəflər arasında Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin icraatında mülki iş vardır. Həmin mülki iş üzrə iddia tələbi həm nikahın pozulmasından, həm də uşaqların ata ilə qalmasından ibarətdir. Belə olan halda hesab edirlər ki, hazırki iş üzrə məhkəmə iddia tələbini təmin etməməli və daha öncə icraata qəbul edilmiş mülki işdə bu tələblərə baxılacağı üçün iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin tələbinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə iş üzrə ərizəni baxılmamış saxlayır. Qeyd etdiyi kimi, hazırki iddia tələbi ilə bağlı eyni rayon məhkəməsində e-2(004)- 6392/2022 saylı mülki iş vardır. Yuxarıda qeyd olunanları və əvvəlki təqdim etdikləri sübutları nəzərə alaraq hesab edirlər ki, uşaqlar ataları ilə birlikdə yaşadığına görə hər hansı aliment tələbindən söhbət gedə bilməz. Belə ki, onlar burada məhkəmədə iştirak edən zaman uşaqlar cavabdehin yanında olmuş və anası hətta uşaqların xəstəliyi barədə məlumatları uşaqların nənəsindən soruşur. Həmçinin təqdim etdikləri “Whatsapp” Mobil tətbiqi vasitəsilə uşağın anası və nənəsi arasında olan yazışmadan da görünür ki, anası uşağın xəstəxanadakı qəbul saatları ilə maraqlanmağına baxmayaraq heç yanına uşağı görməyə belə getmir və getməkdən imtina edir. Həmçinin onu da qeyd edirlər ki, uşaqlar, xx.xx.2022-ci il tarixdə nənələri ilə Bakı Dövlət Sirkində keçirilən konsertdə, daha sonra isə xx.xx.2022-ci il tarixdə “Baku Voice rooms” restoranında keçirilən oxuduqları məktəb tərəfindən təşkil edilmiş yeni il şənliyində iştirak etmişlər. Eyni zamanda bildirir ki, balaca oğlu Səid bir gün anasının yanında qalmış və ananın diqqətsizliyi nəticəsində uşağın beli ağır dərəcəli səpki və qaşınmalarla bərbad hala düşmüşdür. Bunun səbəbi ilə maraqlanan zaman daha sonra onlara məlum olmuşdur ki, cavabdeh uşağı onlardan götürərək öz anasına, yəni uşağın ana nənəsinə uşağı həvalə etmiş və həmin gecə heç evdə də olmamışdır. Uşaq isə nəzarətsiz qalmış, yatan zaman isə evlərində saxladıqları pişik uşağa xəsarətlər yetirmişdir. Son olaraq isə təqdim edəcəkləri fotoşəkillər və uşağın dediklərinə əsasən X6 bayram günlərində anasının yanında qalarkən anası tərəfindən “məhkəmədə atanı və nənəni seçmə, məni seç deyərək, onları seçsən məni polislər tutacaq” və s. kimi ifadələr işlədərək ona həm psixoloji, həm də fiziki zor tətbiq etməsi görünür. Belə olan halda əlbəttə ki, heç bir vəchlə uşağın belə bir valideynin yanında qalması qəbul edilən deyil. Odur ki, məhkəmədən iddia tələbənin təmin edilməyərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə sonuncu dəfə təqdim etdiyi etiraza uyğun izahat verərək iddianı qəbul etmədiklərini bildirdi. İş materiallarında 22 noyabr 2022-ci il tarixli, 05/Q-1916/69 saylı Arayışdan görünür ki, X7 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında 22 noyabr 2022-ci il tarixli, 05/Q-1917/69 saylı Arayışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 30 noyabr 2022-ci il tarixli, 05/Q-1915/69 Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X8 xx.xx.2013-cü il tarixdə Yasamal Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1244 № ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Abdulova soyadı verilmişdir. İş materiallarında olan 401329 nömrəli kassa mədaxil orerinin qəbzindən görünür ki, İddiaçı iddia ərizəsininyazılması və sorğunun verilməsinə görə “Themis Hüquq Xidmətləri’ MMC-nin hesabına 100 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan 25044 saylı, 22.11.22-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatının hesabına mediasiya xərci olaraq 50 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan X12 tərəfindən verilmiş X1 analizin götürlüməsi ilə bağlı olan qəbzlərdən görünür ki, analizlərlə bağlı xx.xx.2022-ci il tarixdə 64 manat, xx.xx.2022-ci il tarixdə 10 manat, xx.xx.2022-ci il tarixdə 25 manat, xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 45 manat, xx.xx.2022-ci il tarixdə 55 manat, xx.xx.2022-ci il tarixdə 24 manat, xx.xx.2022-ci il tarixdə 47 manat, xx.xx.2022ci il tarixdə 23,28 manat, xx.xx.2022-ci il tarixdə 92 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 20,29 manat ödənilmişdir. İş materiallarında olan X12 tərəfindən verilmiş X2 analizin götürlüməsi ilə bağlı olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, analizlə bağlı 55 manat ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 05 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahından 28 noyabr 2014cü il təvəllüdlü X4 və 05 oktyabr 2018-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ona görə də, məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 28 noyabr 2014-cü il təvəllüdlü X4 və 05 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bu baxımdan alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi hüquqi yardıma görə "xxxx" MMC-yə ödənilmiş 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsində qismən – 50 manat məbləğində, habelə mediasiya və məhkəməyə müraciət üçün çəkilmiş xərclərin əvəzi olaraq iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi qismən təmin edilsin. 28 noyabr 2014-cü il təvəllüdlü X4 və 05 oktyabr 2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər bir uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment cavabdeh X3 tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Mediasiya və məhkəməyə müraciət üçün çəkilmiş xərclərin əvəzi olaraq iddiaçı tərəfindən ödənilən 50 manat məbləğində dövlət rüsumu və hüquqi yardımın göstərilməsi üçün "xxxx" MMC-yə ödənilmiş məbləğdən 50 manat miqdarında pul vəsaiti cavabdeh X3 tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar