Məhkəmə qərarları › İş №2(004)-592/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-592/2023

14.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-592/2023 14.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı "cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Xırdalan şəhəri, H.Əliyev prospketi, Bəşir Səfəroğlu küçəsi, 41 nömrəli evdə yerləşən cehiz əyalarının həmin evdən çıxarılması öhdəliyinin Cavabdeh qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Beləliklə, iddiaçının izahatını dinləyib, ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034)-27/2020 saylı qətnaməsinə əsasən iddiaçı Bayramova (imanova) Esmira Sərvaz qızının cavabdehlər X2 oğluna və İddiaçı qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri qaytarılması” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus Xırdalan şəhəri, H.Əliyev küçəsi, ev 41 ünvanında yerləşən cehiz əşyaları, dəyəri 7500 manat olan yataq mebeli 1 dəst, dəyəri 7500 manat olan qonaq mebeli 1 dəst, dəyəri 2000 manat olan yastıqlı künc divan və 1 dəst şüşəli jümal stolu, dəyəri 1500 manat olan televizor (böyük ekran) 1 ədəd, dəyəri 800 manat olan televizor (kiçik ekran) 1 ədəd, dəyəri 500 manat olan maqnitafon 1 ədəd, ümumi dəyəri 200 manat olan 2 ədəd stolüstü saat, dəyəri 500 manat olan DVD 1 ədəd, dəyəri 150 manat olan xörək bişirən tok qazan 1 ədəd, dəyəri 90 manat olan şirə çəkən maşın 1 ədəd, dəyəri 80 manat olan ət maşını 1 ədəd, dəyəri 160 manat olan blender (mikser) dəsti 1 ədəd, dəyəri 230 manat olan tozsoran 1 ədəd, dəyəri 70 manat olan ütü 1 ədəd, dəyəri 50 manat olan ütü altlığı 1 ədəd, ümumi dəyəri 500 manat olan çilçıraq 2 ədəd, ümumi dəyəri 100 manat olan naçnik 2 ədəd, dəyəri 250 manat olan samovar (tok) 1 ədəd, dəyəri 10 manat olan qaşıq (balaca) 12 ədəd, dəyəri 15 manat olan qaşıq (böyük) 12 ədəd, dəyəri 15 manat olan çəngəl 12 ədəd, dəyəri 15 manat olan bıçaq 12 ədəd, dəyəri 150 manat olan bıçaq (mətbəxt) 4 dəst, dəyəri 300 manat olan qazan dəsti (tefal) 1 ədəd, dəyəri 250 manat olan qazan 1 ədəd, dəyəri 500 manat olan yemək qonaq) 1 dəst, dəyəri 20 manat olan yemək qabı (mətbəxt) 1 dəst, dəyəri 60 manat fincan dəsti (mətbəxt) 2 dəst, dəyəri 30 manat olan fincan (mətbəxt) 12 ədəd, dəyəri 40 manat olan nəlbəki (mətbəxt) 4 dəst, dəyəri 50 manat olan çaynik 1 dəst, dəyəri 24 manat İ olan duzqabı (xurustal) 12 ədəd, dəyəri 10 manat olan duzqabı dəst 12 ədəd, dəyəri 60 manat olan tortqabı 4 dəst, dəyəri 30 manat olan armudu stəkan xrustal 12 ədəd, dəyəri 40 manat olan stəkan xrustal (böyük) 12 ədəd, dəyəri 30 manat olan nəlbəki (xurustal) 12 ədəd, dəyəri 20 manat olan mürəbbə qabı (kiçik) 12 ədəd, dəyəri 40 manat olan mürəbbə qabı (xurustal) 12 ədəd, dəyəri 200 manat olan meyvə qablı (xurustal) 6 ədəd, dəyəri 200 manat olan güldan (xurustal) 4 ədəd, dəyəri 110 manat olan rumka (xurustal) 12 ədəd, dəyəri 60 manat olan rumka qaşlı ( böyük) 6 ədəd, dəyəri 70 manat olan rumka qaşlı (kiçik) 6 ədəd, dəyəri 50 manat olan rumka süd rəngli (böyük) 12 ədəd, dəyəri 150 manat olan 1 qızılı podnos və 6 ədəd qızılı armudu stəkan dəsti, dəyəri 200 manat olan salat hazırlayan 3 dəst, dəyəri 32 manat olan naçnik (balıqlı suvenir) 1 ədəd, dəyəri 100 manat olan kofe fincan dəsti 2 dəst, dəyəri 40 manat olan külqabı (xurustal) 6 ədəd, dəyəri 20 manat olan külqabı (qara rəngli) 2 ədəd, dəyəri 200 manat olan konfetqabı (muncuqlu) 2 ədəd, dəyəri 100 manat olan güldan (muncuqlu) 1 ədəd, dəyəri 50 manat olan podnos 1 dəst, dəyəri 20 manat olan vedrə (çuqun) 2 ədəd, dəyəri 20 manat olan ləyən (çuqun) 2 ədəd, dəyəri 12 manat olan'aşsüzən 1 ədəd, dəyəri 255 manat olan çərəzqabı (3 mərtəbəli) 2 ədəd, dəyəri 20 manat olan xurustal lampa (muncuqlu) 1 ədəd, dəyəri 25 manat olan şirə stəkanı 12 ədəd, dəyəri 55 manat olan divar saatı 1 ədəd, dəyəri 90 manat olan güldan (güllü) 2 ədəd, dəyəri 60 manat olan konfetqabı (göy rəngli) 1 ədəd, dəyəri 300 manat olan pərdə (qonaq otağı) 1 ədəd, dəyəri 200 manat olan pərdə (yataq otağı) 1 ədəd, dəyəri 500 mana't olan örtük ağ rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 80 manat olan örtük tünd qırmizı rəngli (yataq taxtı üçün) 1 ədəd, dəyəri 100 manat olan örtük «tüklü (yataq taxtı üçün) 1 ədəd, dəyəri 65 manat olan örtük (balaça) 2 ədəd, dəyəri 20 manat olan örtük (pambıq) 2 ədəd, yorğan lentli (qoşa yataq ) 1 ədəd, dəyəri 15 manat olan yorğan (qoşa yataq )1 ədəd, dəyəri 400 manat olan yorğan (tək yataq) 2 ədəd, dəyəri 450 manat olan döşək (qoşa yataq) 1 ədəd, dəyəri 450 manat olan döşək (tək yataq ) 2 ədəd, dəyəri 300 manat olan tük yastıq 6 ədəd, dəyəri 20 manat olan sintifon yastıq 2 ədəd, dəyəri 150 manat olan süfrə (stolüstlüyü) 12 ədəd, dəyəri 150 manat olan Atlas çexol (yataq üçün) 2 ədəd, dəyəri 950 manat olan çexol dəst (yataq üçün) 12 ədəd, dəyəri 840 manat olan çexol (tək) 12 ədəd, dəyəri 90 manat olan tək döşək üzlüyü 12 ədəd, dəyəri 40 manat olan yastıq üzlüyü 12 ədəd, dəyəri 110 manat olan əl dəsmalı 20 ədəd, dəyəri 140 manat olan can dəsmalı 12 ədəd, dəyəri 100 manat olan əl-üz dəsmalı 20 ədəd, dəyəri 20 manat olan çay dəsmalı 10 ədəd, dəyəri 1000 manat olan 3 ədəd xalçanın və ya natura şəklində əşyalarının özləri olmadıqda əvəzi olaraq dəyəri cavabdeh X1 və İddiaçı müştərək qaydada alınaraq iddiaçı Bayramova (İmanova) Esmira Sərvaz qızının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Bayramova (imanova) Esmira Sərvaz qızı apellyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv eğilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(105)-1796/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-27/2020 saylı, 24 yanvar 2020-ci il tarixli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən iddiaçı Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(105)-1796/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1820/2021 saylı 09 mart 2021-ci il tarixli qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 17 sentyabr 2020-ci il tarixli, 2(105)-1796/2020 saylı qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1715/2021 saylı qətnaməsinə əsasən Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034)-27/2020 saylı qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması və Zəngilan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(034)-27/2020 saylı qətnaməsinin mübahisələndirlən hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hazırki tələb üzrə artıq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Göründüyü kimi, eyni tərəflər arasında eyni mübahisə üzrə tələb artıq məhkəmə tərəfindən mübahisələndirilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1715/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Beləliklə məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 261.0.3 -264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar