Məhkəmə qərarları › İş №2(004)-6087/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6087/2020

20.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6087/2020 20.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, X1nun borclu X4 qarşı borcun tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: X1 ərizə ilə məhkəməyə müraciət edərək, borclu X2 xx.xx.2020-ci il tarixli, C9790005/20 nömrəli nisyə satış müqaviləsi üzrə 749 manat əsas borcun, 50 manat cərimə borcunun, cəmi 799 manat borcun, 20.40 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəs məlumatları çıxarışından görünür ki, Borclu Bakı, Qaradağ, Puta-1 Hərbi şəhərcik, Hərbi Hissə ünvanında qeydiyyatdadır. Buna görə də məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəmə əmrinin verilməsinə dair ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.3 və 279.4-cü maddələrinə görə isə ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 276 və 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 ərizə ilə məhkəməyə müraciət edərək, borclu X2 xx.xx.2020-ci il tarixli, C9790005/20 nömrəli nisyə satış müqaviləsi üzrə 749 manat əsas borcun, 50 manat cərimə borcunun, cəmi 799 manat borcun, 20.40 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar