Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-6185/2020 26.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" MMC-nin (Electrolux 2), Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 63 Ş ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxx" MMC (Electrolux 2) ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu 556,66 manat məbləğində əsas borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 576,66 (beş yüz yetmiş altı manat altmış altı qəpik) tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə kreditor "xxxx" MMC (Electrolux-2) arasında hissə-hissə ödənilmək şərti ilə xx.xx.2018-ci il tarixli “**********7” saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə, kreditor tərəfindən Borcluna 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə TELEFON SAMSUNG J5 2017 16GB SM- J530FM/DS GOLD satılmış, borclu razılaşdırılmış ödəniş cədvəlinə əsasən ödəniş etməyi öhdəsinə götürmüşdür. Kreditor müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Borclumüqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmiş və faktiki olaraq 556,66 (beş yüz əlli altı manat altmış altı qəpik) manat əsasborcu ödəməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC-nin (Electrolux 2) tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-cimaddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, "xxxx" MMC-nin (Electrolux 2) məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 (iyirmi) manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 63 Ş ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" MMC-nin (Electrolux 2) xeyrinə, 556,66 manat məbləğində əsas borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 576,66 (beş yüz yetmiş altı manat altmış altı qəpik) pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6185/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-6185/2020
26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver