Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6186/2020 26.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu icraatıma daxil olan kreditor “xxxxxxxxxxxxx” MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Kreditor “xxxxxxxxxxxxx” MMCməhkəməyəərizə ilə müraciət edərək, borclu xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Borclu 697.26 manat əsas borcun və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 717.26 manat məbləğində borcun “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Məhkəmə əmrinin verilməsinə dair ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, tələb barədə aşkar mübahisə mövcud olduğundan məhkəmə əmrinin verilməsindən imtina edilməlidir. Belə ki, kreditor tərəfindən məhkəməyə təqdim edilmiş ərizənin imza qrafasında Direktor qeyd edilərək imzalanması müəyyən edilsə də, direktorun soyadı, adı və ata adı qeyd edilmədiyindən, hazırki halda ərizənin səlahiyyətli şəxs tərəfindən imza edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş reyestrdən çıxarışdan görünür ki, “xxxxxxxxxxxxx” MMCqanuni təmsilçisi X1r. Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 150.0.3-cü maddəsinə əsasən iddia ərizəsinə iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd əlavə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə varsa imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268, 279-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Kreditor “xxxxxxxxxxxxx” MMC-nin Borclu qarşı borcun tutulması tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6186/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6186/2020
26.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver