Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6207/2023 04.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədyindən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci və 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi barədə 01 dekabr 2023-cü il tarixli qəbz əlavə olunsa da, iddia ərizəsinin verilməsi üçün 25 manat məbləğində dövlət rüsumu ödənildiyi təsbit edilmişdir. İddia ərizəsindən isə görünür ki, iddianın qiyməti 9000 manatdan ibarətdir. Bu halda, iddia ərizəsinin verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği 110 manat (30 manat + 8000 x 1/100) təşkil edir. Beləliklə, müəyyən edilir ki, iddiaçı hazırki iddia ərizəsinin verilməsi üçün 110 manat dövlət rüsumu ödəməli olduğu halda 25 manat dövlət rüsumu ödəməklə, iddia ərizəsinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan məbləğdə dövlət rüsumu ödəməmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş 23874 nömrəli xx.xx.2023-cü qəbzdən görünür ki, dövlət rüsumu ödənilməsi təyinatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi deyil, Ədliyyə Nazirliyi göstərilmişdir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin ləğvi, avtomobilin qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xudayev Kərim
Məhkəmə qərarları › İş №2(004)-6207/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6207/2023
04.12.2023 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver