Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6260/2021 27.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X20 qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Talib oğlunun Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Talib oğlunun Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 25000 manat kompensasiya verilməklə Bakı şeheri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 2 otaqlı, 63 saylı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən öz əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X10 ile aralarında 24.06.2008-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan 01.04.2009-cu il tarixdə X19, 08.10.2016-cı il tarixdə X16 anadan olmuşdur. Sonuncu dəfə ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 63 saylı mənzildən 28.06.2021-ci il tarixdə çıxıb getmişdir. Belə ki, həmin günü gecə saat 23:00-da evə gəlmiş, qapının zəngini 2-3 dəfə basmış, cavabdeh qapını acmamışdır. Mendə mənzilin açarı olsa da qapı işəridən bağlandığından içəri daxil ola bilmədim. Cavabdehin mobil nömrəsinə zəng etmiş, ancaq o, evdə olsa da, telefona cavab verməmişdir. Məcbur olub DİN-nin 102 Xidmətinə zəng etmiş, bildirmişdir ki, X2 Əliyev Mərkəzində dövlət qulluğunda işləyir, istəmir ki, həyətdə səs-küy yaransın, qonşular narahat olsunlar. Bundan sonra, Yaşamal RPİ-nin 28-çi PB-nin əməkdaşı ilə yaşadığı evin həyətində görüşmüş, izah etmişdir ki, həyat yoldaşı heç bir səbəb olmadan qapını açmır. Polis Bölməsinə gedərək, izahat yazmış,, paltarlarını evdən götürməli olduğunu demişdir. Polis əməkdaşı bildirmişdir ki, bu işlərə məhkəmələr baxır. Bundan sonra ancaq ki, 05.07.2021-ci ildə sahə müvəkilli və başqa bir polis kapitanı ilə birlikdə yaşadığı evə getmiş, onların iştirakı ilə paltarlarını götürüb evdən çıxmaq istədikdə burada qaynanası və həyat yoldaşı ona bildirmişdirlər ki, “bu ev sənin evin deyil, bu bizim evimizdir”. Onu nalayiq sözlərlə təhqir edərək dedilər ki, “paltarlarlarını da götür rədd ol burdan get, sənə heç nə düşmür.” İcazəsi olmadan, vidioçəkiliş və auidio yazı aparırdılar, buna etirazını bildirsə də, məhəl qoymurdular. Özünə məxsus əşyalarını və paltarlarını polis əməkdaşlarının iştirakı ilə götürüb getmiş və bundan sonra ora bir daha qayıtmamışdır. Həmin vaxt polis əməkdaşlarının yanında yoldaşı telefonu ona uzatmışdır ki, “qardaşımla danış.” Onunla danışmaq istəmədiyini bildirmiş, daha sonra o, xalası oğlunu yığıb tefefonu mənə uzatmışdır ki, onunla danışsın, ancaq onunla da danışmaq istəmədiyini bildirmiş, bu zaman yoldaşı telefonu mikrofona qoymuşdur. Xalası oğlu Faiq onun rəhmətlik anasını, atasını, nəslini söymüş, onu hədələyib, demişdir ki, “gör sənin başına nə oyun açacam.” Hətta orada olan polis əməkdaşları ilə kobud danışmış və onları təhqir etmişdir. Həyat yoldaşının Faiq adlı xalası oğlu Sumqayıt şəhər Vergilər Departamentində işlədiyi vəzifəsindən sui-istifadə edərək bir necə dəfə ona qarşı belə hərəkətlər etmiş və hətta onu söhbətə çağırmış, ancaq, ona məhəl qoymayıb söhbətə getməmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinə nikahın pozulması ilə bağlı iddia ərizəsi ile tərəfindən mwraciət olunmuşdur. 12.08.2014-cü il tarixdə vəfat etmiş anası X11 iş yerindən növbəlilik əsasında dövlət tərəfindən ünvan 1 ünvanında 2 nəfər ailə tərkibi ilə (o və anası) orderlə yaşayış sahəsi verilmişdir. Həmin mənzil müvafiq qanunvericiliyə uyğun əvəzsiz olaraq onun adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri, Yasamal rayonu, Y/Yasamal 2, ev 3, 2 otaqlı, 8 saylı mənzilin və hazırda cavabdehlə birgə yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 2 otaqlı, 63 saylı mənzillər barədə X5 ilə aralarında Bakı şəhəri 54 saylı notariat kontorunda 16.09.2017-ci il tarixdə AN-İ №0539318 və AN-İ №0539319 daşınmaz əmlakın alqı-satqısı müqavilələri bağlanmışdır. Onun adına olan mənzilin alqı-satqı müqaviləsində qiyməti 50000 manat, X3 adına olan mənzilin alqı-satqı müqaviləsində qiyməti 90000 manat göstərilsə də, ortada heç bir pul ödənişi olmamışdır. Belə ki, X5 onun həyat yoldaşının doğma dayısıdır. O, həmin vaxtı ödəniş olmadığından mənzillərin qiymətlərinin fərqinə varmasa da, sonradan başa düşmüşdür ki, bu həyat yoldaşının, onun vaiideyinlərinin və dayısı X3 ona qarşı hazırladıqları gələcəkdə həyata keçirəcəkləri məkrli və qərəzli planlarının bir hissəsi olmuşdur. Belə ki, eyni rayonda, eyni ölçüdə və otaqların sayı bərabər olan yaşayış sahələrinin qiymətləri arasında bu qeder böyük fərqin olması mümkün deyildir. Yəni hazırda onun adına olan və cavabdehlə yaşadıqları ev əslində mərhum anasının adına olmuş yaşayış sahəsi ilə dəyişdirilərək əldə olunmuş və birgə qazancları hesabına alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Xidmətləri Məkanına bununla bağlı 401 saylı, 02.07.2021-ci il tarixli sorğu verilmiş və onun adına daşınmaz əmlakın dövlət reyestrində mövcud olmuş əmlakların və hazırda mövcud olan əmlakların kimin adından onun adına hansı formada (alqı-satqı, bağışlama, dəyişmə və s.) keçməsi və özgəninkiləşdirilmesi ilə bağlı məlumatların və həmin sənədlərin təsdiq edilmiş kserosurətlərinin verilməsini xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi **********60 saylı 28.07.2021-ci il tarixli sorğuya cavab məktubunda ünvan 2 ünvanın 25,12.2014-cü il tarixdə onun adına ilkin qeydiyyata alındığını bildirmişdir. Yuxarıda göstərilənlərdən aydın olur ki, hazırda cavabdehlə birgə yaşadıqları mənzilə cavabdehin pay hüququ mövcud deyildir, bu yuxarıda qeyd olunan sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı Talib oğluna qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında İddiaçı Talib oğlu ilə X6 birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 63 saylı mənzilin əsaslı təmir olunmasını və mübahisəli mənzilin tərəflərin birgə nikahı dövründə əldə olunduğunu, mənzil əldə olunduqdan sonra cavabdeh tərəfindən şəxsi vəsaiti hesabına 30000 manat məbləğində pulu satıcı (daysı) İddiaçı Talib oğluna ödəməsini, birinci əmlak və sonuncu əmlak nikah dövründə əmlak olmasını nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, satıcı İddiaçı Talib oğlu ilə alıcı X5 arasında Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış 16.09.2017-ci il tarixli AN-İ №0539318 daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı tam mülkiyyət üzrə ona məxsus olan, ünvan 3 ünvanında yerləşən ümumi sanəsi 59,06 kv/m., yaşayış sahəsi 34.36 kv/m., yardımçı sahəsi 24.7 kv/m., olan 2 otaqlı mənzili 90000 manat qiymətinə alıcının mülkiyyətinə vermişdir. X1 ilə alıcı İddiaçı Talib oğlu arasında Bakı şəhəri 54 saylı notariat kontorunda bağlanmış 16.09.2017-ci il tarixli AN-İ №0539319 daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, satıcı tam mülkiyyət üzrə ona məxsus olan, ünvan 4 ünvanında yerləşən ümumı sahəsi 50.5 kv/m, yaşayış sahəsi 28.8 kv/m, yardımçı sahəsi 21,7 kv/m olan 2 otaqlı mənzili 50000 manat qiymətinə alıcının mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi **********60 saylı 28.07.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanı 25.12.2014-cü il tarixdə İddiaçı Talib oğlunun adına ilkin qeydiyyata a amışdır, lakin həmin mənzil onunla X7 arasında bağlanmış 54 saylı DNK-nın 4ə-200 reyestr nömrəli, 16.09.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncunun adına özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanı X7 ilə İddiaçı Talib oğlu arasında bağlanmış 54 saylı DNK-nın 4ə-201 reyestr nömrəli, 16.09.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncunun adına rəsmiləşdirilmişdir və hazırda mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi **********07 saylı 21.10.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ilkin olaraq 14.03.2007-ci il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. 25.06.2010-cu il tarixdə 46 saylı DNK-da təsdiqlənmiş 4Ə-398 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən sözügedən mənzil X4 adına qeydiyyatdan keçmişdir. 54 saylı DNK-nın 4Ə-201 nömrəli 16.09.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı Talib oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məktuba əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, kreditor-ipoteka saxlayan "TuranBank” ASC ilə, alıcı-ipoteka qoyan Əfəndiyev Sərdar adilin oğlu və satıcı X12 arasında bağlanmış 25.06.2010-cu il tarixli, 15/İK-10 saylı alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı, dövlət reyestri tərəfindən verilmiş 03.06.2010-cu il tarixli 11/13163 nömrəli arayışa əsasən 2 otaqlı, ümumi sahəsi 59.06 m2, yaşayış sahəsi 34.36 m2, köməkçi sahəsi 24.7 m2 olan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 9 mərtəbəli, 18/7 saylı evin 9-cu mərtəbəsindəki 63 saylı mənzili 56000 manata alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli, 2(004)-6261/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Talib oğlunun cavabdeh X9 qarşı “nikahın pozulması tələbinə dair” iddiası təmin edilərək, tərəflər arasında 24.06.2008-ci tarixdə Yasamal rayonu qeydiyyat şöbəsində 617 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, 08.10.2016-cı il təvəllüdlü X16 və 01,04.2009-cu il təvəllüdlü X15 cavabdehin yanında qalması qət edilmişdir. Beləliklə, İddiaçı Talib oğlu ilə X10 arasında 24.06.2008-ci il tarixdə bağlanmış nikahın 20.10.2021-ci il tarixdə pozulması, tərəflər birgə nikahda olduqları dövrdə Bakı şəhəri 54 saylı notariat kontorunda 16.09.2017-ci il tarixdə bağlanmış AN-İ №0539318 və AN-İ №0539319 daşınmaz əmlakın alqı-satqısı müqavilələrinə əsasən İddiaçı Talib oğlunun Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 3, 8 saylı mənzili 50000 manata Əfəndiyev Sərdar adilin oğluna satması, sonuncunun isə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 63 saylı mənzili 90000 manata İddiaçı Talib oğluna satması, hazırda həmin mənzillərin göstərilən şəxslərin mülkiyyətində olması, həmçinin, İddiaçı Talib oğlu ilə X6 birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 18/7, 63 saylı mənzilin əsaslı təmir olunması işin məhkəmə baxışı zamanı müəyyən edilmiş mübahisəsiz hallarıdır. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun yaranması əsaslarından biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsinə görə isə, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “E.Şahbazovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 mart 2021-ci il tarixli Qərarında qeyd etməyi zəruri hesab etmişdir ki, məhkəmələr tərəfindən ər-arvadın ümumi əmlakının bölünməsi və ya vərəsəlik qaydasında keçməsi ilə bağlı işlərə baxılarkən, ilk növbədə, həmin əmlakın ərarvadın birgə nikah dövründə və onların ümumi gəlirləri hesabına əldə olunması məsələsi araşdırılmalı, bu zaman tərəflərin öz tələblərini əsaslandırdığı hallar, etiraz və dəlillər ətraflı müzakirə edilməli, bununla bağlı verilmiş vəsatətlər həll edilərək əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Baxılan iş üzrə iddiaçı belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın məhz onun vəsaiti ilə əldə olunduğunu təsdiq edən sübutlar təqdim etməli olduğu halda bunu edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 3 qanunvericiliyin tələbləri baxımından İddiaçı Talib oğlunun Cavabdeh ilə birgə mülkiyyəti sayıldığından, iddiaçının cavabdehə qarşı hazırki iddia tələbini irəli sürməsi üçün subyektiv hüququnun olmaması müəyyən edildiyinə görə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Talib oğlunun Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6260/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6260/2021
27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver