Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6326/2025 25.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-411/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının (400 manat) 1,18 misli məbləğində alimentin azaldılaraq aliment məbləğinin dəyişdirilərək aylıq rəsmi maaşının 1/4 hissədə (25 faiz) məbləğində alimentin azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin Qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış olan nikah pozulmuş və birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X8 cavabdehin himayəsinə verilmiş və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin ondan tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-411/2025 saylı qərardadı ilə övladı xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ödəyəcəyi alimentin miqdarı ölkə üzrə minimum əmək haqqının (400 manat) 1,18 misli həddində (473 manat) indeksasiya olunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-411/2025 saylı qərardadı ilə razı deyil. Belə ki, sözügedən qərardadda reallıq nəzərə alınmamış və bir uşağa fantastik məbləğdə aliment təyin edilmişdir. Hansı ki onun tərəfindən həmin məbləğdə alimentin ödənilməsi mümkün deyil. Qeyd edir ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gözəllik salonunda işləyir. Əlavə olaraq bildirir ki, Cavabdeh tərəfindən 2022-ci il tarixdə iddia tələbinin artırılması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, lakin məhkəmə onun yenidən ailə qurmağını və övladlarının olmasını, həmçinin iddia tələbinin əsassız olmağına istinad edərək iddia tələbini rədd etmişdir. Onu da qeyd edir ki, o, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı vardır. Hal-hazırda rəsmi olaraq işləyir və aylıq maaşı 736 AZN təşkil edir. Bu səbəbdən də Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(012)-411/2025 saylı qərardadı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması aliment məbləğinin dəyişdirilərək aylıq rəsmi maaşımın hissədə (25 faiz) məbləğində azaldılması tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, aylıq maaşı 736 manat təşkil edir, ikinci dəfə ailə həyatı qurmuşdur və həmin nikahdan iki övladı vardır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya o, sahibkarlıq faəliyyəti ilə məşğul olur. Bu ağ yalandan başqa bir şey deyildir. O, iddia tələbinə aşağıdakılara görə etiraz edir. Məhkəmənin nəzərinə çatdırır ki, oğlu Bəkir Tarverdiyev "Dəqiqləşdirilməmiş virus infeksiyası (B34.9), Törədicisi müəyyən olunmamış digər pnevmoniya (J18.8)" diaqnozları ilə "Sumqayıt Tibb Mərkəzi" Publik Hüquqi şəxsi Uşaq Xəstəxanasında müalicə və müayinə olmuşdur. Oğluna "Sağtərəfli orta pay pnevmoniya kisələmiş payarası plevritlə ağırlaşması" diaqnozu qoyulmuşdur. X19 Mərkəzinin xx.xx.2025-ci il tarixli müayinə arayışı təsdiq edir. Oğlu müalicə zamanı ciyərlərinin açılması üçün inqalyasiya aparatına qoşulur. Onun müalicəsinə və müayinəsinə külli miqdarda vəsait tələb olunur. O, bir ana kimi oğlunun sağalmasına, sağlam böyüməsinə çalışır. Oğlunun səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Bunu e- Sosial tərəfindən xx.xx.2025-ci ildə verilmiş arayış təsdiq edir. İddiaçı 13 ildir ki, övladı ilə maraqlanmır, onun müalicəsinə heç bir maddi köməklik etmir. Oğlunun səhhətini düşünmədən alimentin azaldılmasını məhkəmədən xahiş edir. O, iddiaçı tərəfindən ödəniləcək alimenti oğlunun səhhətinə xərcləyir. İddiaçı ata kimi üzərinə düşən vəzifəni icra etmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2 övladı vardır. Onun borcları da var. Alimentin məbləği əvvəl 154 manat idi, daha sonra məhkəmə qərardadı ilə indeksasiya olundu. Hazırda "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir. O, vergilər çıxılmaqla 740-750 manat əmək haqqı alır. 13cü əmək haqqı, premiya və məzuniyyət haqqı verilir. Əmək haqqında 473 manat alimentə görə tutulur, 120 manat da borca görə tutulur. Ona 100-150 manat qalır, onunla da dolanışığı təmin etmək çətindir. Başqa yerdən əlavə gəliri də yoxdur. Həyat yoldaşı işləmir. 14 il ərzində alimenti ödəmişdir. Cavabdeh özü fərdi sahibkardır, gözəllik salonunda işləyir. 14 yaşlı oğlu da restoranda işləyir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, cavabehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 160874 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X11 arasında bağlanmış nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 144 nömrə ilə qeyd edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli AZ-İ seriyalı 984593 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X7 16 oktyabr 2014-cü il tarixdə nikaha daxil olmuş və bu barədə 666 nömrəli akt qeydi tərtib edilmişdir. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş AZ-T 052213 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 04 oktyabr 2014-cü ildə anadan olmuşdur. Atası İddiaçı, anası X6r. Sumqayıt “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş AZ-İV 046524 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 13 noyabr 2017-ci ildə anadan olmuşdur. Atası İddiaçı, anası X6r. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2658/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “alimentin artırılması” tələbinə dair dair iddiası təmin edilməmişdir. X15 2 saylı Mediasiya təşkilatının verdiyi xx.xx.2025-ci il tarixli, MŞA/MT062-2025- 00208 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3815/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 154 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli (473 manat) həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardadın məzmunundan müəyyən edilir ki: Abşeron Rayon Məhkəməsinin 2(012)-41/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddia qismən təmin edilmiş, xx.xx.2012-ci il tarixdə anadan olmuş X9 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-41/2013 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarı Abşeron Rayon Məhkəməsinin 2(012)-3815/2018 saylı, xx.xx.2018-ci il qətnaməsinə əsasən dəyişdirilmiş, X1 üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi müəyyən olunmuşdur. Mygov saytı vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli iş yeri məlumatlarından görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətində birləşmiş emalatxana bölməsində elektrik çilingəri vəzifəsində çalışır və əmək haqqı 736 manat təşkil edir. Onunla xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək olmaqla müddətli əmək müqaviləsi bağlanmışdır. Kamed Diaqnostika Mərkəzi tərəfindən verilmiş 6029 nömrəli, xx.xx.2025-ci il tarixli müayinə nəticəsindən görünür ki, X2 orta pay pnevmoniya kisələşmiş payarası plevritlə ağırlaşması müəyyən edilmiş, laborator analizlərlə təsdiqlənməsi tövsiyə olunmuşdur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 760 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X16 xx.xx.2025-ci il tarixində "Sumqayıt Tibb Mərkəzi" PHŞ-nin tabeliyində olan Uşaq xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin intensiv terapiya bölməsində "Dəqiqləşdirilməmiş virus infeksiyası (B34.9)", "Törədicisi müəyyən olunmamış digər pnevmoniya (J18.8)" diaqnozları ilə daxil olmuşdur və müvafiq tibbi yardım göstərilmişdir. Arayış Abşeron rayon Saray ASM-ə təqdim etmək üçün verilmişdir. Sumqayıt Tibb Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ambulator xəstənin tibbi kartasından çıxarışdan görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Bəkir Kərimova xx.xx.2025-ci il tarixdə ixtisaslı həkim müayinəsi edilmiş, damardaxili inyeksiya, serum taxılması, damardaxili infuziya müalicələri aparılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Fidan Tacəddinovaya ünvanlanmış 3-21-2-9/2- T-3xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X4 filialı tərəfindən xx.xx.2025-ci il tarixində işsiz statusu verilmişdir. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən Cavabdeh iş yeri və vergi ödəyicisi olub-olmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2025-ci il üçün yaşayış minumumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X16 adlı uşaqları doğulmuşdur. Tərəflərin nikahları 26xx.xx.2013-cü ildə pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-3815/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay İddiaçı tutulan 154 manat məbləğində alimentin miqdarı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli (473 manat) həddində indeksasiya olunması qərara alınmışdır. Hal-hazırda iddiaçı uşağın saxlanılması üçün təyin edilmiş alimentin miqdarının azaldılaraq onun aylıq qazancının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Cavabdeh isə işləyə bilmədiyini, uşağın səhhətində problemlər olduğunu və ödənilən alimentin uşağın müalicəsinə sərf olunduğunu əsas gətirərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddia ərizəsindən göründüyü kimi, iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (azaldılmasına) dair verilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Həmçinin, qeyd edilən qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq vəvəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3815/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilən (Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məbləği indeksasiya olunan) xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı və xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı alimentin əmək haqqının və gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmasını xahiş etsə də, onun rəsmi əməkhaqqının 736 manat olması nəzərə alındıqda, onun ¼ hissəsi cəmi 184 manat təşkil edir. Bu isə ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan və məhkəmə qərardadı ilə indeksasiya olunan alimentin məbləğindən xeyli aşağıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin və Ali Məhkəmənin Plenum qərarlarının tələbinə görə, təyin edilən aliment uşağın əvvəlki maddi təminat səviyyəsini qoruyub saxlamalıdır. Məhkəmə hesab edir ki, alimentin 184 manata endirilməsi uşağın mənafeyinə uyğun deyildir. Bundan başqa iddiaçı cavabdehin gözəllik salonunda işlədiyini bildirsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron İnformasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X4 filialı tərəfindən xx.xx.2025-ci il tarixində işsiz statusu verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin iş yeri və vergi ödəyicisi olub-olmaması barədə məlumat əldə etmək mümkün olmamışdır. İddiaçı tərəfindən fləş kart vasitəsilə təqdim edilmiş foto və video materiallar cavabdehin faktiki olaraq müəyyən fəaliyyət növü ilə məşğul olmasına dəlalət etsə belə, həmin sübutlarla cavabdehin aylıq qazancının miqdarını müəyyən etmək mümkün deyildir. Həmçinin məhkəmə iddia tələbini qismən təmin edərkən onu da nəzərə alır ki, uşağını saxlamaq ananın vəzifəsi olduğu kimi, atanın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə həmçinin qeyd edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılmalı, xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəzərə alınmalıdır ki, cavabdeh (aliment alan tərəf) uşağın saxlanılması üçün vəsait alan tərəfdir və iddia tələbinin qismən təmin edilməsi cavabdehin hər hansı qanunazidd hərəkəti ilə deyil, iddiaçının maddi vəziyyətinin dəyişməsi ilə bağlıdır. Bu səbəbdən, dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ədalətlilik prinsipinə zidd olardı. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı azaldılsın. xx.xx.2012-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-6326/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6326/2025
25.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver