Məhkəmə qərarları › İş №2(004)-635/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-635/2022

01.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-635/2022 01.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd 9 qram çəkisi 585 əyarlı qızıl tros boyunbağının, 1 ədəd 2 qram çəkisi olan yumru formalı, ortasında ərəb dilində “Allah” sözü həkk edilmiş klonun, 1 cüt 3 qram ümumi çəkisi olan 750 əyyarlı qızıl sırğanın, 1 ədəd 2 qram çəkisi olan 583 əyyarlı gül formalı qızıl üzüyün, ümumi çəkiləri 10 qram olan 750 əyyarlı kitab formasında 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət koplekt dəstin, 1 ədəd 12 qram çəkisi olan 750 əyyarlı zəncir formalı qızıl boyunbağının, 1 ədəd 7 qram çəkisi olan 750 əyyarlı arpa və sünbül formalı qızıl bilərziyin, 11 ədəd 6 qram çəkisi olan 750 əyyarlı briliyant qaşlı üzüyün, 1 ədə 4 qram çəkisi olan 585 əyyarlı ürək formalı, üzərində ərəb dilində “Allah” sözü həkk edilmiş iki üzlü qızıl klonun, Cavabdeh alınaraq iddiaçı X3 qaytarılması haqqına qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, qızılları cavabdehdədir, evdən gedəndə özü ilə heç nə aparmamışdır. Qızıllar onun toydan qalan qızılları olub. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, nikahları pozulanda uşaqların onun yanında qaldığını, uşaqların iddiaçını istəmədiyini bildirmişdir. Cavabdeh həmçinin qeyd etmişdir ki, nihaklarının pozulmasına səbəb iddiaçının onun anasını döyməsi, təhqir etməsidir. O bunları uşaqları vasitəsilə bilmişdir. İddiaçı evdən 4 dəfə gedib. Hər dəfə də geri qayıtmışdır. Qızıllar cavabdehdə yoxdur, iddiaçı özü ilə aparıb. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 07.12.2021-ci il tarixli aktdan görünür ki, aktı imzalayan Süleymanova Qənirə, Kazımova Xuraman, Məhərrəmova Nailə, Məmmədov Turab və Məmmədova Gülü 1 ədəd 9 qram çəkisi 585 əyarlı qızıl tros boyunbağının, 1 ədəd 2 qram çəkisi olan yumru formalı, ortasında ərəb dilində “Allah” sözü həkk edilmiş klonun, 1 cüt 3 qram ümumi çəkisi olan 750 əyyarlı qızıl sərğanın, 1 ədəd 2 qram çəkisi olan 583 əyyarlı gül formalıqızıl üzüyün, ümumi çəkiləri 10 qram olan 750 əyyarlı kitab formasında 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət koplekt dəstin, 1 ədəd 12 qram çəkisi olan 750 əyyarlı zəncir formalı qızıl boyunbağının, 1 ədəd 7 qram çəkisi olan 750 əyyarlı arpa və sünbül formalı qızıl bilərziyin, 11 ədəd 6 qram çəkisi olan 750 əyyarlı briliyant qaşlı üzüyün, 1 ədə 4 qram çəkisi olan 585 əyyarlı ürək formalı, üzərində ərəb dilində “Allah” sözü həkk edilmiş iki üzlü qızıl klonun İddiaçı məxsus olduğunun onlara məlum oğluğunu, lakin 2021-ci ilin iyun ayında İddiaçı ailəsi ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən atasına məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sığınmaq üçün gəldikdə həmin qızıl-zinət əşyaları və digər əşyaların onun üzərində olmadığını bildirmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 05.08.2021-ci il tarixli 2(004)-382/2021 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayon Qeydiyyat Şöbəsində 03.08.2007-ci il tarixdə 662 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahdan doğulmuş övladları 03.06.2008-ci il təvəllüdlü X1 və 16.06.2009-cu il təvəllüdlü X4 ataları X2, 07.07.2016-cı il təvəllüdlü X5 isə anası İddiaçı yanında qalması, 07.07.2016-cı il təvəllüdlü X5 isə anası İddiaçı yetkinlik yaşına çatanadək salanılması üçün 05.08.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə qeyd edir ki,1 ədəd 9 qram çəkisi 585 əyarlı qızıl tros boyunbağının, 1 ədəd 2 qram çəkisi olan yumru formalı, ortasında ərəb dilində “Allah” sözü həkk edilmiş klonun, 1 cüt 3 qram ümumi çəkisi olan 750 əyarlı qızıl sərğanın, 1 ədəd 2 qram çəkisi olan 583 əyarlı gül formalıqızıl üzüyün, ümumi çəkiləri 10 qram olan 750 əyarlı kitab formasında 1 ədəd üzük və 1 ədəd sırğadan ibarət koplekt dəstin, 1 ədəd 12 qram çəkisi olan 750 əyarlı zəncir formalı qızıl boyunbağının, 1 ədəd 7 qram çəkisi olan 750 əyarlı arpa və sünbül formalı qızıl bilərziyin, 11 ədəd 6 qram çəkisi olan 750 əyarlı briliyant qaşlı üzüyün, 1 ədə 4 qram çəkisi olan 585 əyarlı ürək formalı, üzərində ərəb dilində “Allah” sözü həkk edilmiş iki üzlü qızıl klonun cavabdehdə olması iş materialları ilə müəyyən edilmədiyindən, eləcə də iddiaçı tərəfindən sübüta yetirilə bilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı 1 ədəd 9 qram çəkisi olan 585 əyyarlı qızıl tros boyunbağının, 1 ədəd 2 qram çəkisi olan yumru formalı, ortasında ərəb dilində "Allah” sözü həkk edilmiş klonun, 1 cüt 3 qram ümumi çəkisi olan 750 əyyarlı qızıl sırğanın, 1 ədəd 2 qram çəkisi olan 583 əyyarlı gül formalı qızıl üzüyün, ümumi çəkiləri 10 qram olan 750 əyarlı kitab formasında 1 ədəd qızıl üzük və 1 ədəd qızıl sırğadan ibaret komplekt dəstin, 1 ədəd 12 qram çəkisi olan 750 əyarlı zəncir formalı qızıl boyunbağının, 1 ədəd 7 qram çəkisi olan 750 əyyarlı arpa va sünbül formalı qızıl bilərziyin, 1 ədəd 6 qram çekisi olan 750 əyyarlı brilyant qaşlı qızıl üzüyün, 1 ədəd 4 qram çəkisi olan 585 əyyarlı ürək formalı, üzərində ərəb dilində "Allah” sözü həkk edilmiş iki üzlü qızıl klonun Cavabdeh alınaraq İddiaçı qaytarılması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar