Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6396/2020 11.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçılar İddiaçı1 və X2 cavabdehlər 12 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və əmlakın olduğu vəziyyətdə geri qaytarılması tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1 və X3 cavabdehlər 12 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və əmlakın olduğu vəziyyətdə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və X1 kimi Cavabdeh2 və Cavabdeh3 alıcı kimi imzalayaraq 12 saylı Notariat Kontoru tərəfindən təsdqilənmiş xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçılar tərəfindən verilmiş ərizə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1 maddəsinin tələbinə cavab vermir. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə görə iddia ərizəsi iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 152.1.2-ci maddəsində isə təsbit edilmişdir ki, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçılar tərəfindən verilmiş iddia ərizəsi sonuncuların nümayəndəsi tərəfindən imzalansa da, nümayəndənin, İddiaçı1 adından verilmiş imza səlahiyyətlərini təsdiq edən (etibarnamə) sənədlər iş materiallarına əlavə edilməmişdir. Bununla da, iddiaçılar tərəfindən məhkəməyə ərizə verilərkən MPM-in 149.1 maddəsinin tələbinə əməl edilməmişdir. Bundan başqa məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar cavabdehlər 12 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və əmlakın olduğu vəziyyətdə geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və X1 kimi Cavabdeh2 və Cavabdeh3 alıcı kimi imzalayaraq 12 saylı Notariat Kontoru tərəfindən təsdqilənmiş xx.xx.2019-cu il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etsələr də, 12 saylı Notariat Kontoruna qarşı tələblərinin nədən ibarət olmasını dəqiq göstərməmişlər. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçılar tərəfindən 12 saylı Notariat Kontoru cavabdeh kimi qeyd olunsa da, tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə dair bildirişin (pretenziya) sonuncuya göndərilməsinə dair hər hansı bir mötəbər sübutlar iş materiallarında əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbində müqavilənin ləğvi ilə yanaşı əmlak tələbi də olduğundan, iddia müstəsna aidiyyat üzrə MPM-in 39.1-ci maddəsinə əsasən əmlakın olduğu yer üzrə müvafiq rayon məhkəməsinə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1 və X2 cavabdehlər 12 saylı Notariat Kontoru, Cavabdeh2 və Cavabdeh3 qarşı müqavilənin ləğv edilməsi və əmlakın olduğu vəziyyətdə geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-6396/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6396/2020
11.12.2020 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver