Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6427/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh nünayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan övladının saxlanması üçün hər ay 200 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun, Cavabdeh ilə rəsmi nikahları yoxdur. 2009-cu ildən birgə təsərrüfat aparırlar. Cavabdehlə birgə nikah münasibətlərindən 29.07.2016-cı il təvəllüdlü X8 adlı bir övladlı var. Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ 998932 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və akt qeydləri kitabında 878 nömrə ilə qeydiyyata alınmışdır. Eyni zamanda bildirir ki, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə ilə Cavabdeh övladı X3 atası olması təsdiqlənir və Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ 321462 nömrəli doğum haqqında şəhadətnamə verilmiş və akt qeydləri kitabında 70 nömrə ilə qeydiyyata alınmışdır. Yetkinlik yaşına çatmayan uşağı onun himayəsindədir. Birgə təsərrüfat aparmağı dayandırdıqları 3 ay yarım ərzində cavabdeh onun maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Onun qazancı ilə uşağın təminatını ödəmək isə olduqca çətindir. Övladı dəfələrlə xəstə olduqda, hətta xəstəxanada olduqda belə cavabdehdən bununla bağlı maddi yardım istəsə də, hər dəfə etiraz etmiş və onu köməksiz qoymuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh işsizdir. 27.01.202-ci ildən AZ X15 LTD MMC-dən işdən azad edilib və hazırda heç yerdə işləmir. Bundan əlavə o, rəsmi nikahdadır və himayəsində 2 azyaşlı övladı var. Odur ki, qeyd edilənlərə əsasən, İddiaçı iddiasının qismən təmin edilməsini, yəni yetkinlik yaşına çatmayan X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 998932 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 29 iyul 2016-cı il tarixdə Astara rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 07 noyabr 2017-ci il tarixdə 878 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən 07 noyabr 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 321462 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, 29 iyul 2016-cı il tarixdə doğulmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin sistemdən çıxarışının surətindən görünür ki, Cavabdeh əmək müqaviləsinə 27.01.2020-ci il tarxdə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri Nikah evi tərəfindən 26 avqust 2005ci il tarixdə verilmiş AZ-İ seriyalı 132303 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə Cavabdeh 26.08.2005-ci il tarixdə 988 nömrəli akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Kərimov”, arvada “Kərimova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 mart 2007-ci il tarixli, AZ-İ 909317 saylı və 09 iyul 2008-ci il tarixli, AZ-İİ 134794 saylı döğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X7 və Kərimov Tunar Ramil oğlu Sumqayıt şəhərində anadan olmuşlar, ata qrafasında Cavabdeh, ana qrafasında X6 göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı arasında rəsmi nikah bağlanmamışdır. Tərəflərin qeyri-rəsmi nikahlarından 29 iyul 2016-cı il təvəllüdlü X8 anadan olmuşlar. 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün 200 (iki yüz) manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini İddiaçı məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh aliment sabit pul məbləğində tutulmalıdır. Belə ki, İddiaçı tərəfindən Cavabdeh rəsmi işləməsinə və aylıq sabit gəlirə malik olmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırki mübahisə üzrə aliment ödəməli olan valideynin qazancını müəyyən etmək mümkün deyildir. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, aliment İddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 24 sentyabr 2021-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 iyul 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 24 sentyabr 2021-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-6427/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6427/2021
19.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver