Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6446/2020 10.12.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhər Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh məhkəmə aidiyyatının dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşadığını, həmçinin, pandemiya ilə əlaqədar Quba Rayon Məhkəməsində prosesdə iştirak edə bilmədiyini bildirmiş və mülki işin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1927/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və mülki işin Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci hissəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İş materiallarından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə iş materiallarına əsasən, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olduğunu, cavabdeh tərəfindən onun Bakı şəhəri, Yasamal rayonu ərazisində yaşaması barədə ərizəsinə heç bir sübut əlavə olunmadığının, həmçinin, mülki iş üzrə tərəflər arasında mübahisəli işin ərazi aidiyyətinin dəyişdirilməsi barədə yazılı sazişin olmadığını müəyyən edilmişdir. Mülki iş materialından görünür ki, iddiaçı haqlı olaraq cavabdehin qeydiyyatda olduğu yer üzrə Quba Rayon Məhkəməsinə iddia vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki işin ərazi aidiyyatı məsələsinə dair məhkəmələr arasında fikir ayrılığı yarandığından, aid olduğu məhkəməyə verilməsi üçün mülki iş materialları Bakı Apelyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi tələbinə” dair iddia ərizəsi mülki iş aidiyyat məsələsinin müəyyənləşdirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-6446/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6446/2020
10.12.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver