Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-646/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 ilə xx.xx.1989-cu il tarixdə nikah bağlayaraq ailə həyatı qurmuşlar. Nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 103 ünvanda yerləşən ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsini. 2018-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, faktiki nikahda olduğu X3 onun xəbəri olmadan birgə nikah dövründə əldə eldikləri Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 103 ünvanda erləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyriyaşayış sahəsini ipoteka ilə yüklü edərək kredit götürmüş və həmin kredit məbləğini ödəmədiyi üçün bank məhkəmədə iddia raldıraraq kreditin ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97.9 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. Bundan xəbər tutan kimi aidiyyəti qurumlara rəsmi qaydada müraciətlər edərək, pozulmuş hüquqlarımın bərpa olunması üçün ona köməklik edilməsini xahiş etmiş, həmçinin Nəsimi Rayon Məhkəməsində Cavabdeh ASC-yə və X1 qarşı iddia qaldıraraq tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cari ilin noyabr ayında ona məlum olmuşdur ki, qeyd edilən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçmişdir. Hesab edir ki, qeyd edilən əmlak üzərində Cavabdeh ASC-nin mülkiyyət hüqüqunun rəsmiləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli Çıxarış qanunsuz əldə edildiyindən etibarsızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia ərizəsində göstərildiyi kimi mübahisələndirilən əmlak ipoteka müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən əmlakın açıq hərracda satılması yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Belə ki, İddiaçı ilə X3 xx.xx.1989-cu il tarixdə nikah bağlayaraq, ailə həyatı qurmuşlar. Nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini. 2018-ci ildə iddiaçıya məlum olmuşdur ki, faktiki nikahda olduğu həyat yoldaşı X3 "xxxx" İKB ASC-nin 1 saylı filialından xx.xx.2016-cı il tarixdə 180.000 manat kredit götürüb, kreditin təminatı kimi birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olanqeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Bu səbəbdən iddiaçı Nəsimi Rayon Məhkəməsində X2 və Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Nəsimi Rayon Məhkəməsinin 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Onlar çıxarışın olduğunu 2021-ci ilin noyabr ayında bilmişlər. Ona görə də çıxarışın ləğvini əvvəlcədən mübahisələndirməmişlər. Nəsimi Rayon Məhkəməsinə işi verəndə çıxarışın olduğundan məlumatlı olmamışlar. Onlar ərizə ilə Hərrac Mərkəzinə müraciət etmişlər ki, məhkəmə prosesi getdiyinə görə hərrac dayandırılsın. Lakin onlara cavab gəlməmiş, onlar da düşünmüşlər ki, ərizələri qəbul olunmuş və hərrac dayandırılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək tələbin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Cavabdeh ASC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E-2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və X3 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyri-yaşayış sahəsi barədə X3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixlu 1- KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması tələbin dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3453/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, işin faktiki halı olaraq müəyyən olunmuşdur ki, İddiaçı ilə X3 nikahda olduqları müddət ərzində birgə təsərrüfat fəaliyyəti apararaq əmlaklar əldə etmişlər, o cümlədən hazırda mübahisələndirilən Bakı şəhəri Nərimanov rayonu X7 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini. Daha sonra iddiaçının həyat yoldaşı X3 "xxxx" İKB ASC-dən kredit götürmüş və kreditin təminatı kimi birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü etmişdir. Daha sonra İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində X2 və Cavabdeh ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi tələbi ilə iddia qaldırmışdır. Hazırda İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi irəli sürərək, Daşınmaz Əmlakın DRX tərəfindən Cavabdeh ASC-nin adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)- 70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “Bakı şəhəri 51 saylı notariat kontorunda onun adından təsdiq edilmiş xx.xx.2016-cı il tarixli reyestrdə 7E- 2292 sayı ilə qeyd edilmiş razılıq ərizəsinin və X3 ilə birgə nikah zamanı əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 103 ünvanda yerləşən, ümumi sahəsi 97,9 kv.m olan qeyri-yaşayış sahəsi barədə X3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixlu 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv olunması tələbin dair iddiasının rədd edilməsi qət edilmişdir. Daha sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 2(006)-70/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1643/2022 nömrəli, 10 fevral 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3453/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh ASC-yə, X1 və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı iddia tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1643/2022 nömrəli mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır. Buradan da belə bir nəticəyə gəlmək olar ki, X3 ilə "xxxx" İKB ASC arasında bağlanmış 24 fevral 2016-cı il tarixlu 1-KTKDX-1-0-22-16 saylı ipoteka müqaviləsinin etibarsız hesab olunmasına səbəb olacaq hər hansısa bir hal məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunmamış və sözügedən mübahisəli Bakı şəhəri, Nərimanov rayonu X7 küçəsi 103 ünvanında yerləşən, ümumi sahəsi 97,9 m2 olan qeyri-yaşayış sahəsi qanuni olaraq ipoteka müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməməsi səbəbindən əmlakın açıq hərracda satılması yolu ilə cavabdehin mülkiyyətinə keçmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi, ev 103 ünvanında yerləşən qeyri-yaşayış qeyri-yaşayış sahəsi xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh ASC-nin mülkiyyətinə keçərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən çıxarışın etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-646/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-646/2022
24.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver