Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-6495/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, Kreditor "xxxx" MMC-nin Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Kreditor "xxxx" MMC Borclu qarşı “pul” tələbinə dair ərizə ilə 28.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, borclu xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu onun xeyrinə 1560 manat borcun və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1580 manat məblğində pulun tutulmasına dair məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən aydın olur ki, Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, məhəllə 1055 ünvanında qeydiyyatda olan Borclu 03.12.2019cu il tarixli, AYK5743801 saylı borc müqaviləsinə əsasən "xxxx" MMC-dən ümumi dəyəri 1829 manat olan məişət avadanlığını 29 manat ilkin ödəniş etməklə almış, müqavilənin ümumi dəyəri 1800 manat təşkil etmişdir. Müqavilə üzrə məhsul borcluya təhvil verilmiş, borclu 03.12.2019-cu il tarixli, AYK5743801 saylı müqavilə üzrə ödəniş etdikdən sonra kreditora cəmi 1560 manat əsas borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra olunmaması (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 276.1-ci maddəsində göstərilir ki, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 280-ci maddəsinə əsasən məhkəmə əmri irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Ərizəyə əlavə olunmuş sənədlərdə kreditor "xxxx" MMC-nin tələbinin aşkar olduğu, tələb sadə yazılı formada bağlanmış əqdə və borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Buna görə də həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, əsas və cərimə borcu tam tutulduğundan "xxxx" MMC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 manat məbləğində pul borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.1998-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu 1560 (min beş yüz altmış) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 20 (iyirmi) manat olmaqla, cəmi 1580 (min beş yüz səksən) manat məbləğində pul "xxxx" MMC-nin xeyrinə tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Bakı şəhəri Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-6495/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-6495/2021
29.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver