Məhkəmə qərarları › İş №2(004)-6512/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-6512/2021

29.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-6512/2021 29.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., 72/49 ünvanında fəaliyyət göstərən kreditor X1, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 85 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor X2 ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu onun xeyrinə 582 manat məbləğində əsas borcu, 58 manat cərimə borcu və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə aralarında bağlanmış 04.02.2020-ci il tarixli 356206 saylı alqı-satqı müqaviləsinə əsasən modeli Samsung A50 64gb Bl olan, dəyəri 873 manat təşkil edən mobil telefon ilkin 291 manat ödəməklə geri qalan məbləği 12 ay ərzində hissə-hissə ödəmək şərti ilə almışdır.Mobil telefon işlək vəziyyətdə borcluya təqdim edilmiş, bu barədə tərəflər arasında akt tərtib edilərək imzalanmışdır. Lakin, borclu müqavilə üzrə geri qalan məbləğdən heç bir ödəniş etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, X2 tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmçinin Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280-ci maddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, dövlət rüsumu kimi ödənilmiş 20 manat borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1979-cu il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu kreditor X1 xeyrinə, 582 manat məbləğində əsas borcu, 58 manat cərimə borcu və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 660 (altı yüz altımış) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar