Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-655/2023 18.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün uşaqların ataları Cavabdeh qazancının (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsində alimentin tutularaq uşaqların anası İddiaçı xeyrinə ödənilməsi, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olanadək iddiaçının saxlanması üçün 100 (bir yüz) manat aylıq sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-463/2018 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında xx.xx.2015-ci il tarixində Mingəçevir şəhər qeydiyyat şöbəsində 337 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2016-cı il təvəllüdlü X7 onun yanında saxlanılmışdır. Uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələb edilmədiyindən tutulmamışdır. Eyni zamanda onlar sonradan birgə yaşamağa başlamış, xx.xx.2020-ci il tarixində X9 adlı bir övladları doğulmuş, onun doğum və atalığın müəyyən edilməsinə dair akt qeydləri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə rəsmiləşdirilmişdir. Xanlarov X6 Hallar Nazirliyi X3 və X10 Xidmətinin rəis müavini vəzifəsində xidmət edir və aylıq gəliri 1624,25 (bir min altı yüz iyirmi dörd) manat 25 (iyirmi beş) qəpik təşkil edir. Bu barədə Fövqəladə Hallar Nazirliyi X3 və X10 Xidmətinin xx.xx.2022-ci il tarixli xx/xx-00828 saylı məktub işə əlavə etmişdir. Lakin buna baxmayaraq, cavabdeh uşaqların saxlanılması aliment və balaca uşağın 3 yaşı tamam olmadığı üçün iddiaçının saxlanması üçün hər hansı vəsait ödəmir. Uşaqların qidalanması, geyimi, səhhətləri ilə bağlı xərclər və s. hamısı iddiaçının valideyninin üzərinə düşür. Təqdim edilən sübutlardan da görünür ki, cavabdeh işləyir, kifayət qədər yüksək qazanc əldə edir. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan şəhəri 3 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 010240 nömrəli 20 sentyabr 2017-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 24 iyun 2016-cı il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 5256 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV 535850 nömrəli 15 yanvar 2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21 dekabr 2020-ci il tarixdə anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-463/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında xx.xx.2015-ci il tarixində Mingəçevir şəhər qeydiyyat şöbəsində 337 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulması, xx.xx.2016-cı il təvəllüdlü X1 anası X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 302026 nömrəli 19 oktyabr 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X8 ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğvi haqqınd akt qeydləri kitabında 19 oktyabr 2018-ci il tarixdə 496 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Fövqəladə Hallar Nazirliyi X3 və X10 Xidmətinin xx.xx.2022-ci il tarixli xx/xx-00828 saylı məktubundan görünür ki, Xanlarov X6 Hallar Nazirliyi X3 və X10 Xidmətinin rəis müavini vəzifəsində xidmət edir və aylıq gəliri 1624.25 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflər arasında bağlanmış nikah pozulmuşdur, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X7, daha sonra faktiki nikahlarından isə xx.xx.2020-ci il tarixində X9 anadan olmuşdur. Hər iki uşaq anaları X2 yanında qalırlar. Tərəflər arasında nikah pozularkən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmamışdır. Hazırda cavabdehin aylıq qazancı 1624.25 manat təşkil edir. İddiaçı cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tələb edir. Məhkəmə qeyd edir ki, cavabdehin əmək haqqısının 1/3 hissəsi məbləğində aliment tələbi təmin edilə bilər, çünki qanunvericiliyin tələbinə görə valideyndən 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutula bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il tarixində X9 3 yaşına çatanadək hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması tələbi tərəflərin və uşağın mənafeləri nəzərə alınaraq əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda arvad hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməli, xx.xx.2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olanadək iddiaçının saxlanması üçün 100 (bir yüz) manat aylıq sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. xx.xx.2020-ci il təvəllüdlü X4 üç yaşı tamam olanadək iddiaçının saxlanması üçün 100 (bir yüz) manat aylıq sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-655/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-655/2023
18.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver