Məhkəmə qərarları › İş №2(004)-6640/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6640/2021

24.11.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6640/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok Al, mərtəbə 3, 24 nömrəli mənzilin mənzilin alqı-satqısına dair bağlanmış 30.10.2010-cu il tarixli, 12857 saylı müqavilənin ləğv edilməsi; mənzilin boşaldılması və iddiaçıya verilməsi, cavabdehdən iddiaçının xeyrinə ödəniimiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok A1, mərtəbə 3, 24 nömrəli (90.1 kv.m) mənzilin alqı-satqısına dair bağlanmış 03.10.2010cu il tarixli, 12857 saylı müqaviləyə əsasən, mənzilin dəyəri 166.847,18 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 240 ay müddətində hər ay 1851,80 manat olmaqla hər ayın 30-dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermiş, lakin cavabder tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir, müqavilənin tələbləri pozulur. Alıcıya edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3. və 3.1.1.5.-ci bəndlərinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaytada ləğv etmək hüququ verir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Cavabdeh tərəfindən öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının səlahiyyətli nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 567-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 18 30.10.2010-cu il tarixli, 12857 saylı müqaviləyə əsasən satıcı "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal Y/M-də yerləşən bina 1, blok A1, mərtəbə 3, 24 nömrəli (90.1 kv.m) mənzili alıcı Cavabdeh satmağı, alıcı isə mənzilin dəyərini müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə görə alıcı aylıq ödəniş haqqı kimi müəyyənləşdirilmiş 1851,80 manat pulu hər ayın 30-na kimi satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17.09.2021-ci il tarixli 03-01/780 saylı müqavilənin ləğvi barədə təklifin surətindən göründüyü kimi, cavabdehə müqavilənin ləğvi və mənzilin iddiaçıya qaytarılması barədə xəbərdarlıq edilmiş və bununla da, mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət olunmuşdur. Mülki qanunvericiliyə görə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, iddiaçı alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda, cavabdehin hərəkəti öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Tərəflər arasında bağlanmış müvafiq müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2 maddəsinə görə tərəflərdən birinin tələbilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh "xxxx" ASC ilə bağlanmış 30.10.2010-cu il tarixli, 12857 saylı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi, müqavilə ilə nəzərdə tutulan müddətlərdə ödənişləri həyata keçirməməsi təsdiq olunur. Ona görə də, tərəflər arasında bağlanmış həmin müqavilə ləğv olunmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok Al, mərtəbə 3, 24 nömrəli mənzil cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 10 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin gəldiyi qənaətə görə iddia tələbi əsaslı və qanuni olub təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok Al, mərtəbə 3, 24 nömrəli mənzilin alqı-satqısına dair bağlanmış 30.10.2010-cu il tarixli, 12857 saylı müqaviləsi ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok Al, mərtəbə 3, 24 nömrəli mənzil boşaldılaraq, iddiaçı "xxxx" ASC-yə təhvil verilsin. Cavabdehdən 10 (on) manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar