Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6642/2021 02.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin alqı-satqısına dair 02.04.2009-cu il tarixli, 9511 nömrəli müqavilənin və bu müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında 09 sentyabr 2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X3 massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin boşaldılması və mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahatının iddia ərizəsinin məzmununa uyğun olduğunu bildirmiş, iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 02.04.2009-cu il tarixli 9511 saylı müqaviləyə əsasən müəyyən olunur ki, satıcı “X2” ASC Bakı şəhərində, Yasamal rayonu ərazisində, Yeni-Yasamal yaşayış massivində inşa etdiyi 1 saylı binanın, 1 blok, 181 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 82,1 kvadratmetr olan mənzili alıcı Cavabdeh satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı satdığı mənzili müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya verməyi, alıcı isə müəyyən olunmuş müddətdə mənzili qəbul edib, mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsinin predmeti olan mənzilin qiyməti tərəflərin razılığı ilə 82100 manat məbləğində müəyyən edimiş və alıcı mənzilin qiymətini 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 09.09.2016-cı il tarixli Kp/AK/77-16-18 saylı 02.04.2009-cu il tarixli 9511№-li alqı-satqı müqaviləsinə əlavə və dəyişikliklər edilməsi haqında əlavə razılaşmaya əsasən müəyyən olunur ki, alıcının razılaşma imzalandığı günədək borcu 47691,21 AZN təşkil etmiş, müqavilə üzrə ödəmədiyi aylıq ödənişlər 3812,02 AZN, satıcıya əldən çıxmış fayda məbləği üzrə borcu 2829,09, cəmi 6641,11 AZN təşkil etmiş, alıcı satıcıya olan 6641,11 AZN məbləğində borcundan 500 AZN məbləği nağd şəkildə, qalıq 6141,11 AZN məbləğində hissəsini isə 6 ay müddətində, hər ayın 2-də 1023,52 AZN olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüş, ödənişlərin 02 oktyabr 2016-cı il tarixdən başlaması razılaşdırılmışdır. Alıcı müqavilə üzrə aylıq 456,11 AZN təşkil edən ödənişlərini müqavilə müddətinin sonuna kimi hər ayın 2-də ödəməyi öhdəsinə götürmüş, ödənişlərin 02 oktyabr 2016-cı il tarixdən başlaması razılaşdırılmışdır. İş materiallarında olan 15.07.2021-ci il tarixli xəbərdarlıq məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21.09.2021-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış müqavilənin ləğvinə dair təklifə əsasən müəyyən olunur ki, "xxxx" ASC Cavabdeh 02.04.2009-cu il tarixli 9511 saylı müqavilənin, 06.09.2016-cı il tarixli əlavə razılaşmanın ləğv edilməsi və mənzilin təhvil verilməsini təklif etmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş 02.12.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC arasında 02.04.2009-cu il tarixində ünvan 1 ünvanında yerləşən bina 1, blok 1, mərtəbə 19, mənzil 181 (yeni 209), 2 otaqdan ibarət, ümumi sahəsi 82,1 kv. m olan mənzilin alınmasına dair 9511 saylı alqı-satqı müqaviləsi bağlanılmış mənzilin dəyəri tərəflərin razılığı ilə 82100 manat məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 456,11 AZN (dörd yüz əlli altı manat on bir qəpik) olmaqla 180 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 27.09.2021-ci il tarixinə qədər 69328,72 AZN (altmış doqquz min üç yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) ödəniş ödəməli olduğu halda, 45737,88 AZN (qırx beş min yeddi yüz otuz yeddi manat səksən dörd qəpik) aylıq ödəniş ödəmişdir. Alıcının 23590,84 AZN (iyirmi üz min beş yüz doxsan manat səksən dörd qəpik) qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 09.03.2018-ci il tarixdən etibarən ümumiyyətlə ödəniş aparmır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh arasında mənzil alqı-satqısına dair 02.04.2009-cu il tarixdə 9511 saylı müqavilə bağlanmış və həmin müqaviləyə və ona əlavə edilmiş razılaşmaya əsasən iddiaçı "xxxx" ASC ünvan 1 ünvanında yerləşən bina 1, blok 1, mərtəbə 19, mənzil 181 (yeni 209), 2 otaqdan ibarət, ümumi sahəsi 82,1 kv. m olan mənzili Cavabdeh verməyi, Cavabdeh isə qeyd eidlən müqavilə və razılaşmaya əsasən mənzilin dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək mənzili Cavabdeh istifadəsinə versə də, Cavabdeh müqavilə və razılaşma üzrə öhdəliklərini yerinə yetirməyərək mənzilin dəyərini tam ödəməmiş, aylıq ödənişlərini tam həyata keçirməmişdir. Belə olan halda cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi və müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddia tələbi əsaslı hesab edilməli və Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, X3 massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin alqı-satqısına dair 02.04.2009-cu il tarixli, 9511 nömrəli müqavilə və bu müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında 09 sentyabr 2016-cı il tarixli əlavə razılaşma ləğv edilməli, Bakı şəhəri, Yasamal rayonu, X3 massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzil boşaldılmalı və mənzil iddiaçı "xxxx" ASC-yə təhvil verilməli və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, X3 massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzilin alqı-satqısına dair 02.04.2009-cu il tarixli, 9511 nömrəli müqavilə və bu müqaviləyə əlavə və dəyişikliklər edilməsi haqqında 09 sentyabr 2016-cı il tarixli əlavə razılaşma ləğv edilsin. Bakı şəhəri, Yasamal rayonu, X3 massivi, Ə.Əhmədov küçəsi, bina 1, blok 1, mərtəbə 19, 181 nömrəli (82,1 kv m) mənzil boşaldılsın və mənzil ididaçı "xxxx" ASC-yə təhvil verilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6642/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6642/2021
02.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver