Məhkəmə qərarları › İş №2(004)-6777/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6777/2021

06.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6777/2021 06.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 26.04.2021-cü il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 20.08.2020-ci tarixində cavabdehlə 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmi nigaha daxil olmuşlar. Birgə nigahlarından 26.04.2021-cü il təvəllüdlü X2 anadan olmuşdur. Bir müddət sonra isə cavabdeh onu azyaşlı uşağı ilə atıb evdən getmişdir. Hal-hazırda uşağı azyaşlı olduğu üçün işləyə bilmir və maddi çətinlikləri var. Cavabdeh isə işləyir və aylıq sabit gəlirə malik olsa da onlara maddi yardım göstərmir. O, dəfələrlə ondan uşağın aylıq xərcini ödəməsini xahiş etsə də heç bir nəticə yoxdur. Belə olan halda ondan məcburi qaydada aliment tutulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə azyaşlı uşaqların saxlanılması üçün qanunvericiliklə müəyyən edilmiş minimum yaşayış xərclərindən az olmayan aliment təyin etməklə qanuni və düzgün nəticəyə gələcəkdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə iddia ərizəsinin etiraf edilməsinə dair ərizə təqdim edərək, iddia ərizəsinin təmin edilməsinə etiraz etmədiyini və hər ay 175 manat alimentin iddiaçıya ödənilməsinə razı olduğunu bildirdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 76, 78 və 100.2-ci maddələrini, Mülki Prosessual Məcəllənin 14, 77, 83, 191.3, 217, 218, 220 və 234.2.1-ci maddələrini maddələrini, «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Qanunu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq məhkəmə müəyyən etdi: Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 20.08.2020ci ildə nikaha daxil olmuşlar. Birgə nikahdan 26.04.2021-ci il tarixdə X2 dünyaya gəlmişdir. İş materiallarında olan AZ-İV 584335 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 26.04.2021-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Belə ki, Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. İş materiallarında olan cavabehin etiraf ərizəsindən görünür ki, o, hər ay 175 manat aliment ödəməyə razıdır. AR MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 26 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulma müddəti 04.10.2021-ci il tarixdən hesablanmalı və alimentin tutulması dərhal icra edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia ərizəsi təmin edilsin. Cavabdeh 26 aprel 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulma müddəti 04.10.2021-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar