Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-68/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pulun bölünməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı "paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pulun bölünməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun paylı mülkiyyətində olan **-NK-*** dövlət qeydiyyat nişanlı, “Toyota Highlander” minik markalı avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin ½ hissəsinin Cavabdeh, ½ hissəsinin isə ona verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə nikahını xx.xx.2013-cü il tarixdə Bakı şəhər Səadət Sarayında rəsmiləşdirərək ailə qurmuşlar. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü X6 adında bir uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət mehriban yaşamışlar. Lakin aralarında narazılıqların artması tamamilə başqabaşqa adamlar olmaqlarını sübut etmiş, bu səbəbdən də o, Yasamal rayon Məhkəməsinə “Nikahın ləğvi, aliment tələbi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə" dair iddia ərizəsi ilə müraciət etmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)- 2236/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixdə bağlanılmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, **-NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER MİNİK” markalı avtomobilin 1/2 hissəsinə Cavabdeh və 1/2 hissəsinə onun mülkiyyət hüquqları müəyyən edilmişdir. Hal-hazırda cavabdehlə paylı mülkiyyətdə olan **- NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER MİNİK” markalı avtomobilin bölünməsi barədə real razılıq yoxdur. Cavabdehə avtomobilin real dəyərinin qiymətləndirərək 1/2 hissədə pul vəsaitinin ona verilərək avtomobilin cavabdehin tam mülkiyyətində qalması təklif olunsa da razılıq əldə edilməmişdir. Mübahisəli nəqliyyat vasitəsinin təyinatı saxlanılmaqla naturada payların ayrılması aşkar surətdə qeyrimümkündür. Bunun müəyyən edilməsi üçün xüsusi bilik tələb edən mütəxəssis tələb olunmur. Bütün bu səbəblərdən də hesab edir ki, **-NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER MİNİK" markalı avtomobil açıq hərracda satılmalı və satışdan əldə olunan pul vəsaiti 1/2 hissədə tərəflər arasında bölünməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, avtomobil hal-hazırda cavabdehdədir, sonuncu ekspert rəyi ilə müəyyən edilmiş məbləğin yarısı keçən məhkəmə iclasında təklif kimi cavabdeh tərəfə bildirilmiş, həmin məbləğlə razılıq əldə olunmamış, onlar tərəfindən hər hansı məbləğ bildirilməsi üçün məhkəmə iclası təxirə salınmış, lakin yenə də cavabdeh tərəf hər hansı bir məbləğ bildirməmiş, beləliklə tərəflər arasında hər hansı razılıq əldə olunmadığından iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 08 fevral 2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək verdiyi izahatında ekspert tərəfindən avtomobilin yüksək qiymətləndirildiyini bildirmiş, bu məbləğ ilə razı olmadıqlarını və məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında təqdim olunmuş sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)- 2236/2021 saylı qətnaməsi ilə iddiaçı X3 Cavabdeh qarşı nikahın ləğvi, uşağın ananın yanında qalması, aliment və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə iddiası qismən təmin edilmiş, iddiaçı X7 ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhər Səadət Sarayında bağlanmış 846 nömrəli akt qeydinə əsasən bağlanılmış nikah pozulması, xx.xx.2015-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X3 yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 175 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməsi, **-NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER MİNİK” markalı avtomobilin 1/2 hissəsinə Cavabdeh və 1/2 hissəsinə X3 mülkiyyət hüquqlarının müəyyən edilməsi qət edilmişdir. "xxxx" MMC-nin 08 sentyabr 2022-ci il tarixli 02-105/22 saylı hesabatına əsasən, **-NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER MİNİK” markalı avtomobilin bazar dəyəri 41.000 manat, likvid dəyəri 40.000 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manatdır. Cavabdehin vəsatəti əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 yanvar 2023-cü il tarixli 9/8082 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim olunmuş 2014-cü il buraxılışlı, qara rəngli, dəri oturacaqlı, 119177 km yürüyüşlü, mühərrik tutumu 3500 kub/sm, “Toyota Highlander” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə orta bazar qiyməti 48.500 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, “Toyota Highlander” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracdan satılmalı və satışdan əldə olunan pul vəsaiti paylı mülkiyyətçilərin arasında öz paylarına uyğun bölünməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından da göründüyü kimi, “Toyota Highlander” markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil paylı mülkiyyət hüququ üzrə X3 (1/2 hissə) və Cavabdeh (1/2 hissə) mülkiyyətlərindədir. Naturada bölgü mümkün deyildir və cavabdeh də avtomobilin pulunun ödənilməsinə razı deyildir. Belə olan halda məhkəmə iddiaçının iddiasını qanuni və əsaslı hesab edir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Keçirilmiş qiymətləndirmə xərcinin əvəzi olan 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı İddiaçı, 150 (yüz əlli) manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan **-NK-*** dövlət qeydiyyat nişanlı “TOYOTA HİGHLANDER” minik markalı avtomobil açıq hərracda satılsın və satışdan əldə olunan pul ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların ½ paylarına mütənasib bölünsün. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Keçirilmiş qiymətləndirmə xərcinin əvəzi olan 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatı İddiaçı, 150 (yüz əlli) manatı Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına (KapitalBnak ASC Qara Qarayev filialı Kod 200145 VÖEN **********, SWİFT kod AİİBAZ2X AZ37NABZ********************, VÖEN **********, AZ90AİİB********************) ödənilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-68/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-68/2023
09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver