Məhkəmə qərarları › İş №2(004)-683/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-683/2022

12.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-683/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh Cavabdeh Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və cavabdehin nümayəndəsi və vəkili bildirmişlər ki, İddiaçı Cavabdeh nikahın pozulması və uşağıın ananın himayəsində saxlanılması tələbinə dair mülki iş Yasamal Rayon Məhkəməsinin hakimi Günay Axundovanın icraatındadır. Bu səbəbdən 2(004)-683/2022 saylı mülki işin Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-682/2022 saylı mülki işlə birləşdirilməsi barədə qərardad qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə vəsatətləri və iş materiallarını araşdıraraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-683/2022 saylı mülki işlə Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-682/2022 saylı mülki iş biri-biri ilə əlaqəli işlər hesab edilərək, birgə baxılması üçün işi ilkin olaraq icraata qəbul etmiş məhkəmənin icraatına göndərilməldir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə görə əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinin tələbinə görə bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair 2(004)-683/2022 saylı mülki işin icraatı Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-682/2022 saylı mülki işin icraatına birləşdirilsin. Sədrlik edən:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar