Məhkəmə qərarları › İş №2(004)-6857/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-6857/2025

29.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-6857/2025 29.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün mediasiyaya müraciət edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixindən etibarən yetkinlik yaşına çatana qədər hər ay üçün hər uşağa 250 manat məbləğində aliment tutularaq anası İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 02 iyul 2010-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Caabdeh uşaqlara baxmır, maadi yardım göstərmir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi və vəkili X12 AZEMİS vasitəsilə 23 dekabr 2025-ci il tarixdə iddiaya etirazla məhkəməyə müraciət etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı hər ay hər uşaq üçün 250 manat məbləğində alimentin alınaraq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının iddiasında göstərdiyi hallara münasibət bildirərək qeyd etmək istəyir ki, Cavabdeh hal-hazırda işsizdir və anası Möminət Salmanovaya məxsus evdə yaşayır. Anasına Cavabdeh başqa baxacaq şəxs yoxdur. Qeyd olunan evdə cavabdeh və anası yaşayır. Onu da qeyd edir ki, Möminət Salmanova İ qrup əlildir. Cavabdeh isə İ qrup əlilə baxdığına görə dövlət tərəfindən ona 120 manat məbləğində müavinət təyin olunmuşdur. Cavabdehin qeyd olunan məbləğdən əlavə heç bir gəliri mövcud deyildir. Buna baxmayaraq uşaqlarına aliment ödəməkdən yayınmır və hər ay hər bir uşaq üçün 150 manat ödəmək iqtidarındadır. İddiaçının ərizəsində göstərdiyi hallar öz təsdiqini tapmır. belə ki, onun qeyd etdiyi hallar əsassızdır. Cavabdehə məxsus ev və avtomobil mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddia tələbinin qismən təmin edilərək hər ay hər bir uşaq üçün 150 manat məbləğində alimentin müəyyən olunmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İ № 584010 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 02 iyul 2010-cu il tarixdə nikaha dail olmuş və bu barədə 757 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ № 477594 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 aprel 2009-cu ildə X9 anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ № 046623 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 23 yanvar 2013-cü ildə X10 anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası X4r. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-568/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən 2(004)-6857/2025 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay hər uşağa görə xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qərardad Bakı Apellyasiya Məhkəməsinin 16(103)-942/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. İşin mübahisəsiz halı odur ki, tərəflər 02 iyul 2010-cu il tarixdə nikaha dail olmuş, tərəflərin birgə münasibətindən xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Tərəflər hal-hazırda ayrı yaşayırlar. İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X3 üçün aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə ilk növbədə uşağın yüksək mənafeyini və mövcud qanunvericiliyi nəzərə alaraq, hesab edir ki, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalı və tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay uşaq üçün 246 (iki yüz qırx altı) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. İddiaçı iddia tələbində xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X3 üçün 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tələb etsə də, cavabdehin əlavə gəlirlərinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazın dəlillərinə əsasən aşağıdakıları xüsusilə vurğulayır ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşaqların saxlanılmaları üçün alimentin məbləğinin hər uşağa görə 246 (iki yüz qırx altı) manat müəyyən edilməsini ilk növbədə uşaqların, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab edir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə alimentin tutulma tarixinin mediasiyaya müraciət edildiyi vaxtdan hesablanması ilə bağlı aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ailə Məcəlləsinin 7-1-ci maddəsinin tələbinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Qanunun 3.1 və 3.1.2-ci maddələrinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya tətbiq edilir. Həmin Qanunun 3.2-ci maddəsinin tələbinə görə, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göründüyü kimi, qanunverici ailə münasibətlərindən irəli gələn mübahisələrin (eləcə də, aliment tələblərinin) ilkin olaraq məhkəmədən kənar qaydada, mediasiya vasitəsilə tənzimlənməsini müəyyən etmiş, yalnız bundan sonra (mediasiya prosesi nəticə vermədikdə) şəxslər məhkəmə müdafiəsindən istifadə edə bilərlər. Hazırki halda, iddiaçı cavabdehə mübahisə üzrə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə, alimentlə bağlı məhkəmədənkənar qaydada razılıq (saziş) əldə olunmasına ümid etmiş, dolayısı ilə aliment almaq üçün məhkəməyə müraciət edənədək müvafiq tədbirlər görmüşdürr. Lakin, qeyd edilənlərə baxmayaraq tərəflər arasında alimentin ödənilməsi istiqamətində hər hansı razılıq əldə olunmamış, məhkəmədən əvvəl tələb olunmasına baxmayaraq aliment ödənilməmişdir. Bu səbəbdən də iddiaçı sonradan aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarına əlavə edilmiş Bakı 13 saylı Mediasiya təşkilatının 26 noyabr 2025-ci il tarixli arayışından görünür ki, mediasiya bildirişinin tərəflərə göndərilmə vaxtı 04 noyabr 2025-ci il tarixidir. Belə olan halda məhkəmə qeyd edir ki, alimentin tutulmasının iddiaçının mediasiyaya müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanması yetkinlik yaşına çatmayanların üstün maraqlarına uyğundur. Məhkəmə eyni zamanda, qeyd edir ki, hazırda mübahisə məhkəmədə həll olunduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-568/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı nəzərə alınmaqla 04 noyabr 2025-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar