Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6860/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, Kreditor "xxxx" MMC-nin Borclu qarşı sadələşdirilmiş icraat qaydasında borcun silinməsi tələbinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" MMC Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kreditor "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi ərizəni və mülki işin materiallarını tədqiq edərək hesab edir ki, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə olduğundan iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, kreditor ərizəsində borcludan 569 manat dəyərində olan velosipedə görə müqavilə üzrə ödənilməmiş 323 manat məbləğində əsas borc və ödənilmiş 20 manat dövlət rüsumunun kreditorun xeyrinə tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir, lakin məhkəmə tərəfindən iş materiallarına əsasən müəyyən olunur ki, nisyə satış müqaviləsinə 1№-li əlavədə kreditin məbləği 1150 manat qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş 16.06.2020-ci il tarixli müqavilədə satılan əşya Playstation Sony 1TN pro kimi, qiyməti isə 1350 manat qeyd edilmiş, iddia ərizəsində isə kreditorla borclu arasında 17.05.2020-ci il tarixdə müqavilə bağlanıldığı qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, satılan əşya və onun dəyəri ilə bağlı mübahisə olduğunda və buna görə də ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə yarandığından ərizənin qəbulundan imtina edilməli və kreditorun həmin tələb üzrə iddia icraatıb qaydasında iddia vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. Bu işlər üzrə hakimin aktı məhkəmə əmri formasında çıxarılır və bu akt icra sənədi hesab edilir. Azərbaycan Respublikası MPM-nin 279.2.3-cü maddəsinə əsasən məhkəmə, ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin maddənin 4-cü bəndinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin, 263-264, 275, 279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor "xxxx" MMC-nin Borclu qarşı sadələşdirilmiş icraat qaydasında borcun ödənilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Kreditora izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-6860/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6860/2021
11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver