Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-6906/2021 11.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, kreditor "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “pul” tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyən etdi: Kreditor "xxxx" MMC Borclu qarşı əmr icraatı qaydasında “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, borclu Borclu "xxxx" MMCnin xeyrinə 1571 manat məbləğində əsas borc və 20 manat dövlət rüsumu tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Məhkəmə əmrinin çıxarılmasına dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş “AZEMİS” məhkəmə elektron sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Borclu rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1i rayonu, ev 46-dır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Borclu qeydiyyat ünvanı ünvan 1i rayonunun ərazisində yerləşdiyindən, hazırki məhkəmə əmrinin çıxarılmasına dair ərizəyə ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsi 152.4-cü maddə). Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, kreditor "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “pul” tələbinə dair ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılmalı olmadığından, məhkəmə əmrinin çıxarılmasına dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, kreditora qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 277.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Kreditor "xxxx" MMC-nin Borclu qarşı əmr icraatı qaydasında “pul” tələbinə dair ərizəsi geri qaytarılsın. Kreditora izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xudayev Kərim
Məhkəmə qərarları › İş №2(004)-6906/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-6906/2021
11.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver