Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-70/2022 01.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlakların açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili X9 xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək ½ hissəsi iddiaçının, ½ hissəsi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzilin naturada bölünməsi, bölgünün iş materiallarına əlavə edilmiş Əmlak Ekspert Mərkəzinin verdiyi ekspert rəyində bölgü sxemlərinə uyğun müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə Cavabdeh payının 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan iddiaçının payı ilə əvəz etməklə, müvafiq olaraq 27 saylı qaraja Cavabdeh ½ hissəsinə olan mülkiyyət hüququna xitam verməklə 27 saylı qarajın iddiaçının mülkiyyəti, 28 saylı xüsusi sahəyə (qaraja) ½ hissədə olan iddiaçının mülkiyyət hüququna xitam verməklə 28 saylı qarajın Cavabdeh mülkiyyəti hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı qarşı “əmlakların açıq hərracdan satılması” tələbinə dair qarşılıqlı iddia ərizəsilə məhkəməyə müraciət edərək bərabər paylar kimi müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillərin, ünvan 2 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili X9 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının Cavabdeh qarşı “Əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzili, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 və 40 saylı mənzilləri, ünvan 3 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahəsinin, “Mersedes Benz” markalı **-RD-*** dövlət qeydiyyat nişanlı, “Mersedes 220” markalı 90 FK-279 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X1 və ½ hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir. İddiaçı X1 adına qeydiyyatdan keçən “Volkswagen Tiguan” markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı X2, ½ hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Göstərilən qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınınxx.xx.2019-ci il tarixli, 2(103)-13682/2019 saylı qətnaməsi ilə dəyişdirlimədən saxlanılmışdır. Aərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3556/20 saylı, xx.xx.2020ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxanda göstərilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı hazırda ümumi paylı mülkiyyətdə olan əmlaklardan istifadə edə bilmir. Belə ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ olduğu, hətta mənzilə 3 uşağı ilə köçürülməyi barədə qanuni qüvvəyə minmiş qətnamə mövcud olduğu halda cavabdeh onun mənzilə köçürülməyinə və paylı mülkiyyətindən istifadə etməyinə maneə törədir. Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillər üzrə bildirmək istəyir ki, bu əmlaklarda olan ümumi paylı mülkiyyət hüququ da cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, mənzillər yeni inşa edilən binada yerləşir. Cavabdeh həmin mənzilləri uzun müddətdir ki, icarəyə verir və gəlir götürür. Həmin mənzillər iddiaçının razılığı olmadan birləşdirilmişdir, icarəyə verilmişdir və orada fotostudiya fəaliyyət göstərir. Beləliklə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ümumi paylı mülkiyyətdən istifadə edə bilmir və mülkiyyət hüquqları onun tərəfindən kobud şəkildə pozulur. Onun niyyəti iddiaçını paylı mülkiyyətində olan əmlaklardan məhrum etməkdir. Əlavə olaraq bildirir ki, bölgü nəticəsində onlar az olan hissəni də qəbul etməyə hazırdır. Qarşılıqlı iddia baxılmamış saxlanılmalıdır. Paylı mülkiyyətə Mehriban xanımın istifadə hüququ vardır. Real bölgü mümkün olduğu halda hərraca çıxarılmalı deyildir. Ər-arvadən birgə əldə etdiyi əmlakla bağlı məcburi hərrac keçirilə bilməz. Hərracda qazanan hərrac təşkilatıdır. Hərrac vasitəsilə satışa çıxarmaq onlar üçün qəbuledilməzdir. Burada qarşı tərəfin Mehriban xanıma əmlak vermək niyyəti yoxdur. Onlar mülkiyyət hüququndan istiifadə etmək istəyir. Qarşılıqlı iddianın baxılmamış saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, qarşı tərəfin bölgü istəyinə görə niyə bahalı bir mənzil darmadağın olmalıdır? Onlar bilmir ki, bölgü zamanı nə qədər xərc çıxacaqdır. Ev bölündüyü halda təmirli mənzil dağılmış vəziyyətə düşəcəkdir. Qapılar, arakəsmələr, kommunal xətlər və s. dəyişəcəkdir. Burada vahid qovşaq vardır. 37 saylı mənzil çox bahalı materiallardan düzəldilmiş və təmir edilmiş bir mənzildir. 37 saylı mənzildə onlar öz payını 1,5 milyon manat qiymətləndirmişdir. Birinci ekspert bölgünün mümkün olmamasını qeyd etmişdir. İkinci rəydə də zərər vurulmadan mümkün olmayacağı qeyd edilmişdir. Hazırda 37 saylı mənzilin bərabər və zərər vurulmadan bölgüsü mümkün deyildir. Həmçinin zərər vurulacağı halda nə qədər zərərin olacağı bilinmir. Ola bilər ki, elə bir zərər olsun ki, evin dəyərinin yarısından çoxunu tutsun. Onlar qarşı tərəfin onların paylarını alması ilə bağlı təklif də göndərmişlər. Lakin qarşı tərəf bunu qəbul etməmişdir. Mülki Məcəllənin 220.6 və 221-cü maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya məhkəməsinin qərarında göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. İlkin layihə ilə indiki layihə tamamilə fərqlidir. Bölgü zamanı kifayət qədər xərc cıxacaqdır və bu niyə tərəflər arasında bölünməlidir. Tərəfin bəlkə bu qədər imkanı yoxdur. Təmsil etdiyi tərəf dövlətdən maaş alan bir vətəndaşdır və bu qədər pula gücü çatmaya bilər. Ekspertlər suallara tam cavab verməmişdir. Təmirsiz mənzildə bölgü problem deyil, lakin təmirlidə bu mümkün olmayacaqdır. Naturada bölünsə belə mübahisə bitməyəcəkdir. Bunun icrası mümkün olmayacaqdır. Qiymətlə bağlı isə yekun rəy yoxdur. Əlavə olaraq bildirir ki, qarşı tərəf ekspertizada göstərilən qiymətlə onların qarşı tərəfin paylarını alması və yaxud qarşı tərəfin onların payını alması təklifinə razı deyildir. Qarşı tərəfin istəyi ilə onların üzərinə mənzil bölünərsə bölgü xərcləri qoyula bilməz. Qanuni baxımdan isə əgər tərəflər arasında razılaşma ilə mümkün deyilsə bu məhkəmə tərəfindən pul kompensasiyası müqabilində müəyyən oluna bilər. Eyni binada qarşı tərəfə təmirli öz payına düşən hissədə başqa mənzil vermək təklifinə də qarşı tərəf razı olmamışdır. Rəylərlə bölünmə mümkün olmadığı üçün qarşılıqlı iddia vermişdir. Naturada bölgü mümkün olmadığı üçün qarşı tərəfə payları almasını bildirmişlər, lakin qarşı tərəf bildirmişdir ki, onlar nə paylarını satır, nə də alırlar. Belə olan halda qanun deyir ki, ya pul kompensasiyası olmalıdır, ya da hərraca çıxmalıdır. Qarşılıqlı iddia təmin olunmalıdır. Tərəflərin hüquqlarının pozulmaması üçün əmlaklar hərraca çıxarılmalıdır. Ola bilər ki, qarşı tərəf hərraca çıxmamışdan əvvəl də əmlakları yüksək məbləğə alan alıcı tapsın belə olduğu təqdirdə onlar buna etiraz etməyəcəkdir. Hazırda isə bölünərsə bir tərəfə 3 balkon, 2 sanuzel, digər tərəfə 1 balkon və 1 sanuzel düşür. Mətbəx isə 3 balkonu olan tərəfə düşür. Bölgü zamanı çoxlu texniki məsələlər ortaya çıxa bilər. Heç bir icraçı bunu edə bilməyəcəkdir və icra mexanizmi yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ekspert X5 izahat verərək bildirmişdir ki, 37 saylı mənzilin bölünməsi üçün evin bütün təmirinin pozulmasına ehtiyac yoxdur. 37 saylı mənzildə telefon, işıq, qaz, su xətti ümumiləşdirilmişdir. 37 saylı mənzildə su xətlərinin keçdiyi yer divar daxili olduğu üçün haradan keçməyini dəqiq deyə bilmir. 37 saylı mənzildə sanitar qovşağının yanında-mətbəxin arxasında vahid olaraq su xətləri birləşmişdir. Binanın layihəsi işin içində vardır və 37 saylı mənzilin əvvəlki vəziyyəti əksini tapmışdır. 37 saylı mənzildə elektrik xətləri divar daxilidir və görünmür, amma onların hamısının vahid birləşməsi mətbəxin arxasında yerləşir. 37 saylı mənzildə işıq, qaz, su sisteminin ayrılması üçün müəyyən söküntülər aparılmalıdır. Ola bilər arakəsmələr də sökülsün, ola bilər ki, divarlar da yarılsın. 37 saylı mənzil ilkin variantda ayrı-ayrı mənzil olduğu üçün onların kommunal xətləri ayrı nəzərdə tutulmuşdur, bir mənzil kimi birləşdiyi üçün sonradan isə xətlər birləşdirilmişdir. Təklif etdiyi sxemlə binanın ilkin layihəsindəki sxem 37 saylı mənzildə məyyən işlər görülməklə üst-üstə düşür. 37 saylı mənzildə onların təklifi ilə yükdaşıyan divarlara toxunmaq olmaz və yerində qalırlar. 37 saylı mənzildə təmirdən sonra yükdaşıyan divarlarda dəyişikliyin olması ilə bağlı tətqiqat aparmamışdır. Təklif etdiyi bölgüdə 37 saylı mənzildə müəyyən işlər görüldükdən sonra mənzilin təyinatı üzrə istifadəsi mümkündür. Onlar 37 saylı mənzilin bölünərək, iki mənzil kimi istifadəsinin mümkün olması məsələsinə baxmış, əvvəlki layihədə nəzərdə tutulduğu kimi istifadəsi məsələsinə baxmamışlar. 37 saylı mənzildə qapılar biri köhnə nəzərdə tutulan yerdən biri isə faktiki mövcud olan yerdən açılacaqdır. 37 saylı mənzildə onların təklif etdiyi rekonstruksiyaların evin indiki görünüşünün neçə faizinin itirilməsinə səbəb olacağı barədə suala cavab olaraq bildirir ki, bu görülən işlərin həcmindən asılıdır. Söküntü zamanı çox işlər ortaya çıxa bilər, bu barədə deyə bilmir. 37 saylı mənzildə bütün otaqlardan işıq xətti keçir. Kommunal xətlərin dəqiq haradan keçdiyini bilmir, söküntü aparılandan sonra müəyyən oluna biləcəkdir. Hər bir qarajın ayrılıqda təyinatı üzrə istifadə olunmaqla bölünməsi mümkün deyil, belə olduqda təyinatını itirər. 37 saylı mənzildə kommunal xətlərin bölgüsünün hansı qaydada olmasını verə bilmir, o gizli şəkildədir. Bölgü zamanı kommunal xətlərin hansı qaydada paylanması yalnız xətlərin üzəri açıldıqdıqdan sonra bilinə bilər. 37 saylı və 39, 40 saylı mənzildə eyni bərabər şəkildə kommunal xətlər bölünə bilər. Qarajların hər biri tərəflərin birinə verilə bilər. Əvvəlki məhkəmə iclasında iştirak edən ekspert X3 izahat verərək bildirmişdir ki, qiymətləndirmə apararkən tələb və təklif əsasında orta qiymət götürülür. Hətta bir binada mərtəbələr arasında qiymət fərqi olur. Onlar həmin ərazidə olan daşınmaz əmlakın satışı ilə məşğul olan şəxslərdə olan məlumatlar, internet saytlarında olan məlumatlar və mərkəzdə olan məlumatları müqayisə edərək orta bir qiymət götürürlər. Qiymətlə bağlı gəldikləri nəticə budur. Suala cavab olaraq bildirir ki, 39-40 saylı mənzillərin vahid qiyməti rəydə yazılan qədərdir. Onların yazdığı qiymət təqribidir, həmin məbləğdən aşağı və ya yuxarı ola bilər. Dəniz mənzərəsi və sair amillər qiymətləndirmədə nəzərə alınmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3556/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2192/2019 nömrəli qətnaməsi ilə Cavabdeh adına qeydiyyatdan keçən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin 37 saylı mənzilinin, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 saylı və 40 saylı mənzillərinin, ünvan 4 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahənin, ”Mersedes Benz” markalı 90- RD-900 dövlət qeydiyyat nişanlı, ”Mersedes 220” markalı, **- FK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı X2 və 1/2 (ikidə bir) hissədə Cavabdeh pay hüququ, X2 adına qeydiyyatdan keçən ”Volkswagen Tiguan” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 (ikidə bir) hissədə iddiaçı X2 və 1/2 (ikidə bir) hissədə Cavabdeh pay hüququ müəyyən edilmişdir. Qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşıntı küçəsi 507 saylı evin 39 və 40 saylı mənzillərinin naturada paylara uyğun şəkildə, yəni bərabər paylarda evlərin qarajlardan təyinatı üzrə istifadə imkanı itirilmədən, əmlaka ziyan vurulmadan, mənzillərdə arakəsmələr yaradılmaqla və qapıboşluqlar açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 0,68 kv.metr təşkil edir. Bakı şəhəri Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 30 saylı evin 37 saylı mənzilinin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla, əmlaka ziyan vurulmadan bölünməsi texniki cəhətdən mümkün deyildir. Belə ki, həmin mənzil əvvəllər iki mənzildən ibarət olmuş, sonradan birləşdirilərək bir mənzil kimi rekonstruksiya edilmiş, eləcə də kommunikasiya və elektrik xətləri vahid bir mənzil kimi nəzərdə tütularaq quraşdırılmışdır. Lakin 37 saylı mənzildə müəyyən söküntü və təmir-tikinti işləri aparılaraq, faktiki bir mənzil üçün istifadə edilən kommunikasiya, eləcə də elektrik xətləri ayrılaraq iki mənzil üçün quraşdırılmaqla, həmin mənzilin naturada paylara uyğun şəkildə, mənzillərdə arakəsmələr yaradılmaqla və qapı boşluqları açılmaqla tikinti norma və qaydalarına əməl edilməklə tərəflər arasında bölünməsi İnşaat Norma və Qaydaları” 2.08.01,89-un 1.1,2.2, 2.4. və 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün təklif olunan variant rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Qeyd olunur ki, təklif olunan bölgü variantında mənzillər arasında yaranan sahə fərqi 1,06 kv.metr təşkil edir. Həmçinin ünvan 1 ünvanında yerləşən, mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq, həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə bölünməsi texniki cəhədən mümkündür. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilinə ikinci qapının açılması, həmin qapının layihə üzrə nəzərdə tutulduğunu və ilkin vəziyyətdə mövcud olduğunu nəzərə alaraq texniki cəhətdən mümkündür. ünvan 1 ünvanında yerləşən iki mənzil üzrə sahəsi kiçik olan mənzilə sahəsi böyük olan digər mənzildən sahə ayrılaraq verilməsi, arada divar qoyulmaqla paylara yaxın (0,68 kv.m və 1,06 kv.m fərq nisbəti ilə) şəkildə düzəldilməsi mümkündür və bu zaman kommunal qovşaqların dəyişdirilməsi tələb olunur. Lakin həmin işlərin dəyəri, bölgü zamanı yerinə yetirilməli söküntü, tikinti-təmir işlərinin həcmi dəqiqləşdirildikdən sonra müəyyən oluna bilər. ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı avtomaşın üçün ayrılmış xüsusi sahələrin-qarajların sahələri bərabər olmaqla, hər birinin sahəsi 17,425 m2 təşkil edir. Mübahisələndirilən qarajların iki avtomobil üçün nəzərdə tutulduğunu və ölçüləri eyni olduğunu nəzərə alaraq həmin qarajların tərəflərin hər birinə bir avtomobil yeri ayrılmaqla 2 hissəyə, bölünməsi mümkündür. Lakin həmin qarajların təyinatı üzrə istifadəsi nəzərdə tutulmaqla hər birinin bərabər payda bölünməsi texniki cəhətdən mümkün deyildir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 30 saylı evin, 37 saylı mənzilinin ümumi sahəsi faktiki vəziyyətdə 317,39 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 saylı mənzilinin ümumi sahəsi 203,27 kv.m., Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 40 saylı mənzilinin ümumi sahəsi 138,68 kv.m. və ünvan 3 ünvanında yerləşən 27 və 28 saylı qarajların hər birinin ayrı-ayrılıqda sahəsi 17,425 kv.m. təşkil edir. Tədqiq olunan mənzillərin bölgü variantı, eləcə də bölgü zamanı hansı yenidənqurma işlərinin görülməsi rəyə əlavə olunmuş sxemdə və rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən 30 saylı binanın 37 saylı mənzilnin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 754400 manat, 5% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 716700 manat, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin 39 və 40 saylı mənzillərin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 697500 manat (341,95 x 2040 manat), həmin mənzilin likvid dəyəri təqribən 662600 manat, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 507 saylı evin zirzəmisində yerləşən qarajların hər birinin hazırki orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 28000 manat məbləğində, həmin qarajların hər birinin likvid dəyəri təqribən 26600 manat məbləğində müəyyən edilir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 39 saylı və Bakı şəhəri İ.Qutqaşınlı küçəsi ev 507, 40 saylı mənzil, ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı qeyri-yaşayış sahələri - qarajlar tərəflərin paylı mülkiyyətindədir. Hazırda ilkin iddia üzrə iddiaçı birgə nikah dövründə əldə edilmiş və paylı mülkiyyətdə olan əmlaklardan yaşayış sahələrinin paylarına uyğun naturada bölünməsini və qeyri-yaşayış sahəsi olan qarajlardan isə birindən iddiaçının, digərindən isə cavabdehin payına digərinin xeyrinə xitam verilməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə mübahisə predmeti olan həmin əmlakların açıq hərracdan satılaraq dəyərinin tərəflərin paylarına mütənasib şəkildə bölünməsini tələb edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı qeyd edir ki, iş üzrə mübahisə predmeti olan əmlaklar üzərində məhkəmə qətnaməsinə əsasən tərəflərin hər birinin ½ hissədə payı müəyyən edilmişdir. Əmlakların naturada bölünməsinin mümkün olub-olmaması və hansı qaydada bölünməsinin müəyyən edilməsi ilə bağlı iş üzrə xx.xx.2021-ci il tarixli, 10/1333 nömrəli, xx.xx.2021-ci il tarixli, 10/5346 nömrəli, xx.xx.2022-ci il tarixli, ƏEM/M 55-228/22 saylı ekspert və mütəxəssis rəyləri alınmış, qeyd olunan 3 rəy arasında ziddiyyətlər olduğundan yenidən ekspertiza keçirilməsinə ehtiyac yaranmış və xx.xx.2022-ci il tarixli rəy alınmışdır. Mübahisə predmeti olan mənzillər iki ayrı mənzillərin birləşməsindən ibarətdir. Sonuncu ekspert rəyinə əsasən çox cuzi sahə fərqi ilə naturada bölgü mümkün hesab edilmişdir. İddiaçının nümayəndəsi mənzillərin bölünməsi nəticəsində sahəsi kiçik olan hissənin onun payında qalmasına razı olduğunu məhkəmə iclasında bildirmişdir. Cavabdehin nümayəndəsi isə heç bir bölgü ilə razı olmadığını bildirmiş, ancaq hərracın keçirilməsini tələb etmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyi nəzərə alınmalı, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməlidir. Məhkəmə qeyd edir ki, ekspert rəyindən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 27 və 28 saylı qarajların tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyil. Lakin məhkəmə ekspert rəyini və ekspertlərin məhkəmə iclasında verdiyi ifadəsini nəzərə alaraq hesab edir ki, həmin qarajların tərəflərin hər birinin bir qaraja tam payı müəyyən edilməklə iki ayrı qaraj halında bölünməsi mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia təmin edilməməlidir. Belə ki, qanunvericinin tələbinə uyğun olaraq ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməli, əmlakın naturada bölünməsi mümkün olmadığı halda iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququndan istifadə etməli, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi məsələsini mübahisələndirə bilər. Hazırda mübahisə predmeti olan əmlaklar barəsində ilkin iddia tələbi üzrə aradırma aparılaraq əmlakların naturada bölünməsinin mümkün olduğu müəyyən edilmişdir. İlkin iddia təmin edildiyindən qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda ayrılan mülkiyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, ilkin iddia qismən təmin olunmalı, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməklə həmin hissəyə İddiaçı pay hüququ, İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilməklə həmin hissəyə Cavabdeh pay hüququ müəyyən edilməli, Cavabdeh İddiaçı qarşı bərabər paylar kimi müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillərin, ünvan 2 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə xx.xx.2021-ci il tarixli, 10/1333 nömrəli, xx.xx.2021-ci il tarixli, 10/5346 nömrəli, xx.xx.2022-ci il tarixli, ƏEM/M 55-228/22 saylı və xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert və mütəxəssis rəyləri alısa da xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyinə istinad edilmişdir. Alınmış xx.xx.2022-ci il tarixli, ƏEM/M 55-228/22 saylı mütəxəssis rəyi ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə vəsatətinə əsasən təyin edildiyindən və iş üzrə yekun məhkəmə aktı ilə bağlı əhəmiyyət kəsb etmədiyindən məhkəmə hesab edir ki, həmin ekspertizanın xərci olan 350 manat ilkin iddia üzrə İddiaçı tutularaq tutularaq "xxxx" MMC-nin hesabına ödənilməli, keçirilmiş digər ekspertiza xərclərinin əvəzi olan 150 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı və Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3342-9/3758 nömrəli ekspert rəyinə əlavə edilən bölgü sxeminə uyğun bölünsün. Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin, həmin hissəyə İddiaçı pay hüququ müəyyən edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən 28 saylı xüsusi sahənin (qarajın) ½ hissəsinə olan mülkiyyət hüququna xitam verilsin, həmin hissəyə Cavabdeh pay hüququ müəyyən edilsin. Cavabdeh İddiaçı qarşı bərabər paylar kimi müəyyən edilmiş Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 30, 37 saylı, Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 507, 39 saylı, Bakı şəhəri İ.Qutqaşınlı küçəsi, ev 507, 40 saylı mənzillərin, ünvan 2 ünvanında yerləşən iki maşın üçün ayrılmış xüsusi sahələrin hərracdan satılması və satış pulunun paylarına uyğun mütənasib surətdə bölüşdürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X4, Kod 210005, VÖEN **********, M/H AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) və 350 (üç yüz əlli) manat məbləğində pul İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN **********, hesab AZ30GUNA********************, bank "xxxx" ASC, VÖEN **********, M/H AZ25NABZ**********0000047944, kod 505594, SWİFT GUNAAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-70/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-70/2022
01.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver