Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-706/2025 27.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 20 iyul 2024-cü il tarixdə onun arasında bağlanmış 24 saylı təmir-tikinti podrat müqaviləsinə əsasən cavabdehə ödədiyi 5744 manat pulun və dövlət rüsumuna görə ödədiyi 77,44 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 iyul 2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında 24 saylı “Təmir-Tikinti Podrat” müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanında olan tikintinin sifarişini podratçıya həvalə edir. Müqavilənin 1.4-cü bəndinə əsasən 70 kv.m olan təmirin qiyməti 17000 manat müəyyən olunmuşdur. Müqavilənin 3.2-ci bəndinin tələblərinə əsasən ilkin olaraq tərəfindən iki dəfə ödəmək şərtilə podratçıya ümumilikdə 5744 manat ödəniş olunmuşdur. Sözügedən müqavilənin 4.1.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi işə başlandığı gündən 90 iş günü ərzində həyata keçirilməlidir. Müqavilə öhdəlikləri onun tərəfindən tam şəkildə həyata keçirilsə də, podratçı üzərinə düşən vəzifə öhdəliklərini layiqincə yerinə yetirməmiş və təmir tikinti işlərini həyata keçirməmişdir. Bununla bağlı müqavilə üzrə öhdəliklərini həyata keçirməli olan cavabdehə dəfələrlə rəsmi şəkildə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, qarşı tərəf müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Mənzildə yalnız bir usta işləmiş, o da mənzili pis vəziyyətə salmışdır. Mənzil sonradan tərəfindən təmir edilməmişdir. Mənzil təmirsiz alınmışdı. Mənzildə cavabdeh tərəfindən yalnız suvaq işləri görülmüşdür. Cavabdeh tərəfin polis idarəsinə verdiyi izahatdan sonra mənzildə cavabdeh tərəfindən heç bir iş görülməmişdir. Tərəflərindən qarşı tərəfə 5100 manat avans və bir aylıq ödəniş olaraq 644 manat ödənilmişdir. İş üzrə ekspertiza təyin edilməsinə zərurət yoxdur. Cavabdeh tərəfin polis idarəsində verdiyi izahatda bildirdiyi kimi material və usta pulu xərclərinin 2500 manat təşkil etdiyini qəbul edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdehnə ünvanlanmış pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh ilə onun arasında bağlanmış 24 saylı “Təmir-Tikinti Podrat” müqaviləsinə xitam verilməsinin və müqaviləyə əsasən ödədiyi 5744 manat pulun ona geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 5100 manat məbləğində pul vəsaiti təmir məqsədilə Cavabdeh MMC-yə ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 644 manat məbləğində pul vəsaiti S*****S*****Ə***** oğluna məxsus 416973******4837 nömrəli kart hesabına köçürülmüşdür. İş materiallarında olan Cavabdeh (direktoru X3) ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli, 24 saylı “Təmir-tikinti podrat müqaviləsi”nə əsasən podratçı sifarişçinin tapşırığı üzrə bu müqavilənin 1.2 bəndində göstərilmiş işləri (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında olan tikintini və təmiri) yerinə yetirməyi və onun nəticələrini sifarişçiyə təhvil verməyi, sifarişçi isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçi podratçıya 30 faiz ilkin ödəniş etməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.3-cü maddəsinə əsasən sifarişçi 15 gündən bir müqavilənin hissəvi ödəniş şərtlərinə əsasən aylıq ödənişin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.1-ci bəndinə əsasən işlərin təhvil verilməsi işə başlandığı gündən 90 iş günü ərzində həyata keçirilməlidir. İş materiallarında olan Cavabdeh (direktoru X3) ilə İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli, 24 saylı “Təmir-tikinti podrat müqaviləsi”nə edilmiş 1 nömrəli Əlavə Razılaşmada müqavilə müddəti 2 il, görülən işlərin dəyəri 17000 manat, avans məbləği 5100 manat, aylıq ödəniş 661 manat, hər ayın ödəniş günü hər ayın 20-dən gec olmayaraq müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin 15.01..2025-ci il tarixli Arayışından görünür ki, ünvan 3 ünvanında yaşayan X1 RPİ-nin 4-cü PŞ-nə ərizə ilə müraciət edərək, 17 iyul 2024-cü il tarixdə İnstagram sosial şəbəkəsində Pro House adlı şirkətlə tanış olaraq orada olan ***-***-**-** mobil nömrə vasitəsi ilə əlaqə saxlayaraq 20 iyul tarixdə özünü şirkətin direktoru kimi təqdim edən Səfərəliyev Səfərəli adlı şəxs ilə görüşərək ünvana gedib, ünvanda evin təmir işi ilə tanış olub 17000 manata razılaşaraq Nəsimi bazarının arxasında yerləşən 5100 manat pul verməsini, orada müqavilə bağlayaraq 5100 manat pul verməsini, təmirə başladıqdan 1 ay sonra 644 manat verməsini və işi yarışçıq qoymasını bildirmişdir. İş materiallarında olan X3 Bakı şəhər Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, 17 iyul 2024-cü il tarixdə sosial şəbəkədə ev təmiri ilə bağlı reklam yerləşdirmişdir. 17 iyulda ***-***-**-** nömrəsi ilə əlaqə saxlayan Ruslan onu təmir olunmalı olan evə dəvət etmişdir. Evə baxış keçirib 17000 manata razılığa gəlmişlər. 20 iyulda onu ofislərinə dəvət etmişdir. Ofisdə ona 5100 manat pul verilmiş və müqavilə bağlamışlar. Üç gün sonra təmirə başlanılmışdır və bugünə qədər 2500 manat material və ustalara xərclənmişdir. Qalan məbləğ dəyərində işi xx.xx.2024-cü il tarixinədək görməyə söz verir. İş materiallarında olan tərəflər arasındakı whatsapp yazışmalarından görünür ki, cavabdeh tərəf iddiaçının 5600 manat pul verdiyini etiraf edir, eyni zamanda digər bir yazışmadan da görünür ki, cavabdeh tərəf müqavilə üzrə 644 manat ödənilməli olmasını iddiaçıya bildirmiş, iddiaçı isə ödədiyi çekin şəklini cavabdeh tərəfə atmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qeyd edilən maddələrinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mülki iş üzrə tərəflər Cavabdeh (direktoru X3) ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə, 24 saylı “Təmir-tikinti podrat müqaviləsi” bağlanmış, həmin müqaviləyə əsasən podratçı Cavabdeh sifarişçi İddiaçı tapşırığı üzrə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında olan tikintini və təmiri yerinə yetirməyi və onun nəticələrini sifarişçiyə təhvil verməyi, sifarişçi isə işlərin nəticələrini qəbul etməyi və onu ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə edilmiş 1 nömrəli Əlavə Razılaşma ilə müqavilənin bəzi mühüm şərtləri razılaşdırılmış, görülən işlərin dəyəri 17000 manat, avans məbləği 5100 manat, aylıq ödəniş 661 manat, hər ayın ödəniş günü hər ayın 20-dən gec olmayaraq müəyyən edilmişdir. Eyni zamanda sözügedən müqavilədə işlərin təhvil verilməsinin işə başlandığı gündən 90 iş günü ərzində həyata keçirilməli olması qeyd edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 5100 manat məbləğində pul vəsaiti təmir məqsədilə Cavabdeh MMC-yə ödənilmişdir. Həmin gündən 1 ay sonra, yəni xx.xx.2024-cü il tarixdə 644 manat məbləğində pul vəsaiti S*****S*****Ə***** oğluna məxsus 416973******4837 nömrəli kart hesabına köçürülmüşdür. Hazırda İddiaçı Cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyini icra etməməsinə istinad edərək cavabdehə ödədiyi 5744 manat pulun və dövlət rüsumuna görə ödədiyi 77,44 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Belə ki, cavabdeh müqavilə üzrə müəyyən olunmuş işi (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 2 ünvanında olan tikintinin və təmirin yerinə yetirilməsi) həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən müqavilə üzrə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən görüləcək işin müqabilində ödədiyi məbləği tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, podrat müqaviləsi podratçının müqavilədə nəzərdə tutulan işi icra etməsini, sifarişçinin isə podratçıya razılaşdırılmış muzdu ödəməsini şərtləndirir. İddiaçı müqavilə ilə şərtləndirilmiş şəkildə ilkin olaraq avans məbləğini, daha sonra isə aylıq ödənişi həyata keçirməsinə baxmayaraq podratçı öhdəliyini lazımi şəkildə icra etməmişdir. Nəticədə iddiaçı cavabdehə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iradə ifadəsini bildirmişdir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Cavabdehdən tutulmalı olan pulun məbləğinə gəldikdə isə məhkəmə hesab edir ki, cəmi 3244 (üç min iki yüz qırx dörd) manat məbləğində pul iddiaçıya qaytarılmalıdır. Belə ki, podrat müqaviləsi üzrə 5100 manat avans məbləğinin xx.xx.2024-cü il tarixdə cavabdeh şirkətə ödənilməsi iş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli kassa mədaxil orderi və Cavabdeh direktoru X2 Bakı şəhər Binəqədi rayon Polis İdarəsində verdiyi izahatı ilə də təsdiq olunur. 644 manat məbləğində pulun da əlavə olaraq iddiaçı tərəfindən cavabdeh şirkətə ödənilməsi xx.xx.2024-cü il tarixli qəbzlə təsdiq olunur. Həmin qəbzdə həmin pulun kimə ödənilməsi birbaşa olaraq görünməsə də, həmin qəbzlə müəyyən olunan odur ki, pul vəsaiti S*****S*****Ə***** oğluna məxsus 416973******4837 nömrəli kart hesabına köçürülmüşdür. Cavabdeh direktorunun ad, soyad, ata adının X3 (S*****S*****Ə***** oğlu) olması onu təsdiq edir ki, pul vəsaiti həqiqətən onun hesabına podrat müqaviləsinin aylıq ödənişi kimi köçürülmüşdür. Sözügedən fakt iş materiallarında olan tərəflər arasındakı whatsapp yazışmaları ilə də öz təsdiqini tapmışdır. Podrat müqaviləsinə edilmiş 1 nömrəli Əlavə Razılaşmada aylıq ödənişin 661 manat, hər ayın ödəniş gününün hər ayın 20-dən gec olmayaraq müəyyən edilməsi ilə də təsdiq olunur ki, xx.xx.2024-cü il tarixli qəbzlə S*****S*****Ə***** oğluna məxsus 416973******4837 nömrəli kart hesabına göndərilmiş 644 manat məhz xx.xx.2024-cü il tarixli podrat müqaviləsi üzrə ödnilməli olan aylıq ödənişdir. Buradan təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdeh şirkətə cəmi 5100+644=5744 manat məbləğində pul ödənilmişdir. İddiaçı tərəf 5744 manat məbləğin hamısının cavabdehdən tutulmasını tələb etsə də, X3 Bakı şəhər Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında qeyd etmişdir ki, Ofisdə ona 5100 manat pul verilmiş və müqavilə bağlamışlar. Üç gün sonra təmirə başlanılmışdır və bugünə qədər 2500 manat materiala və ustalara xərclənmişdir. İddiaçı isə məhkəmədə qeyd edilən faktı (cavabdeh şirkət tərəfindən müəyyən işlərin görülməsini) inkar etməmiş, cavabdeh şirkət tərəfindən hansı məbləğdə işlərin görülməsinin müəyyən edilməsi məqsədilə ekspertizanın təyin edilməsinə razı olmadığını bildirmiş, cavabdeh şirkət tərəfindən heç bir işin görülməməsi ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, əvvəlki məhkəmə iclasında isə təmir görülməli olan mənzillərinin tam təmirsiz vəziyyətdə cavabdehin tmirinə verdiklərini, evin divarının 2 aya ağardılmasını, lakin çox pis kələ-kötür vəziyyətdə iş görüldüyünü bildirmişdir. Bu hal isə onu təsdiq edir ki, cavabdeh şirkət tərəfindən müəyyən işlər görülmüşdür. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh şirkət tərəfindən görülmüş işlərin dəyəri (cavabdeh tərəfin Bakı şəhər Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında qeyd etdiyi materiala və ustalara xərclənmiş 2500 manat) iddiaçı tərəfindən cəmi ödənilmiş məbləğdən (5744 manat) çıxılmalı, qalan məbləğ (5744 manat – 2500 manat = 3244 manat) iddiaçıya qaytarılmalıdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən 3244 (üç min iki yüz qırx dörd) manat məbləğində pul İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələbin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,74 (qırx üç manat yetmiş dörd qəpik) pul tutularaq İddiaçı xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 33,7 (otuz üç manat yetmiş qəpik) manat (77,44-43,74=33,7) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehndən 3244 (üç min iki yüz qırx dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 43,74 (qırx üç manat yetmiş dörd qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi yəni, 33,7 (otuz üç manat yetmiş qəpik) manat (77,44-43,74=33,7) iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev