Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7098/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X26 oğlunun katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta pulunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5177,31 (beş min yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat sığorta ödənişi məbləği və 71,77 (yetmiş bir manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı AtaSığorta ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və idida ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, AtaSığorta ASC ilə X10 arasında 15.05.2017-ci il tarixli icrari sığorta müqaviləsi bağlanmış, həmin müqavilə ilə BMW 520 markalı 90VV701 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əmlaka vurulan zərərə görə 5000 manat məbləğində, sağlamlığı vurulan zərərə görə 1 şəxs üçün 5000 manat, bir hadisə üçün 50000 manat məbləğində sığortalanmışdır. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında 17.11.2017-ci il tarixli TYP№113170 nömrəli protokola əsasən müəyyən olunur ki, BMW markalı 10LZ520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh S.S.Axundov küçəsində Hyundai Accent markalı HO23809 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini və D.S.K. yolunda Mercedes markalı 99DH756 dövlət qeydiyyat nişanlı avtomaşınları vuraraq hadisə yerindən yayınmışdır. X23 Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta nəticəsində X11 və X21 maddi ziyan dəymişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halların təfərrüatları haqqında arayışdan görünür ki, X14 mülkiyyətində olan BMW 520 markalı 90LZ520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə baş verdiyi anda sürücüsü Cavabdeh sürücülük hüququ olmadan inzibati xəta törətməsi nəticəsində X5 mülkiyyətində olan X15 tərəfindən idarə olunan Mercedes Benz markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və işıq dirəyinə zərər dəymişdir. İş materiallarında olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 20.11.2017-ci il tarixli 3(001)-2284/2017 saylı qərarına əsasən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AA № 541520 seriya nömrəli X9 Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, BMW 520 markalı, 10LZ520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X16r. İş materiallarında olan etibarnaməyə əsasən müəyyən olunur ki, X4 Rüfət Seymur oğluna sürücülük hüququ olduqda BMW 520i markalı, 10LZ520 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan AC№331014 seriya nömrəli X9 Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Mercedes Benz C220 CDİ minik markalı 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6r. İş materiallarında olan Nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında 26.11.2014-cü il tarixli etibarnaməyə əsasən müəyyən olunur ki, X3 Qardaşxan Mustafa oğluna Mercedes Benz C520 CDİ minik markalı 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etməyi etibar etmişdir. İş materiallarında olan X9 Şəhadətnaməsinə əsasən müəyyən olunur ki, Hyundai Accent markalı HO23809 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Sandoz Pharmaceuticals D.D. Səhmdar Cəmiyyətidir. İş materiallarında olan 01.01.2017-ci il tarixli etibarnamənin surətinə əsasən müəyyən Sandoz Pharmaceuticals D.D.Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Rzayev Emil filiala məxsus Hyundai Accent markalı, HO23809 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməyi X21 etibar etmişdir. İş materiallarinda olan "xxxx" ASC tərəfindən AtaSığorta ASC-yə ünvanlanmış arayışdan görünür ki, 07.11.2017-ci il tarixdə saat 16:00 radələrində Biləcəri-Binəqədi yolu (DSK-4) ilə Cavabdeh idarə etdiyi 10LZ520 dövlət nişanlı BMW markalı maşınla hərəkət etdiyi zaman nədənsə idarəetməni itirərək Mersedes markalı dövlət nişanı 99DH756 olan avtomobilə çırpılmış, öz növbəsində 99DH 756 dövlət nişanlı Mersedes yol qırağında "xxxx" ASC-nin Biləcəri ETSi-nə məxsus işıq dirəyinə çırpılaraq onu əymiş və yararsız hala salmışdır. 99DH756 dövlət qeydiyyat nişanlı Mersedes markalı avtomobilin sahibi AZE №09387757 nömrəli .əxsiyyəti təsdiq edən sənədlə X1 ETSİ-nə müraciət edərək dayağın onun tərəfindən düzəldilməsinə icazə istəmiş, ona bu barədə etiraz edilməmişdir. X2 dirəyi öz hesabına təmir etmiş və əvvəlki görkəminə qaytarmışdır. Ona görə də Azərişıq ASC-nin Biləcəri ETSİ-nin X2na qarşı heç bir iddiası yoxdur və gələcəkdə olmayacaq. İş materiallarında olan X12 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, o, AtaSığorta ASC-də sığortalanmış BMW markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun avtomobilini vurub hadisə yerindən yayındığını, onun maşınının isə Azərişığa məxsus dirəyə dəydiyini, hadisədən sonra Azərişığa dəyən zərər məbləğinin onun tərəfindən ödənildiyini bildirmiş və bununla bağlı ona ödəniş edilməsini xahiş etmişdir. İş materiallarında olan X12 tərəfindən AtaSığorta ASC-yə ünvanlanmış Sığorta tələbi haqqında ərizəyə əsasən müəyyən olunur ki, X12 ona məxsus Mercedes Benz markalı 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin həmin sığorta şirkətində sığortalanmış avtomobil tərəfindən vurulduğunu bildirmişdir. İş materiallarında olan Sandoz Pharmaceuticals D.D. Səhmdar cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən AtaSığorta ASC-yə ünvanlanmış 28.12.2017-ci il tarixli ərizədən görünür ki, nümayəndəliyin rəhbərliyi 07.11.2017-ci il tarixdə S.Axundov ünvanında baş vermiş YNH zamanı AtaSığorta şirkəti tərəfindən sığortalanmış BMW markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sandoz Pharmaceuticals D.D. S.C. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinə məxsus Hyundai Accent markalı, HO23809 qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirdiyini bildirmişdir. İş materiallarında olan 22.07.2017-ci il tarixli AtaSığorta ASC (Sığorta Şirkəti) ilə Abşeron Motors MMC (icraçı) arasında bağlanmış 31/17 Xİdməti müqaviləsinə əsasən müəyyən olunur ki, icraçı sığorta şirkətinin təklifinə və müştərinin müraciətinə əsasən "xxxx" MMC-yə məxsus təmir müəssisənində xidmətlər göstərir, müştəri isə xidmətin dəyərini ödəyir. Müştəri dedikdə Sığorta Şirkətinin təklifinə əsasən təmir olunmaq məqsədilə təmir müəssisəsində yerləşdirilən zərərdəymiş nəqliyyat vasitəsi nəzərdə tutulur. İş materialında olan AtaSığorta tərəfindən təqdim olunmuş 22.01.2018-ci il tarixli Sığorta aktına əsasən müəyyən olunur ki, 07.11.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Sandoz Pharmaceuticals D.D. Səhmdar cəmiyyətinə məxsus Hyundai Accent HO23809 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 182,31 manat məbləğində zərər dəymişdir. İş materiallarında olan Atasığorta tərəfindən təqdim edilmiş 10.11.2017-ci il tarixli hesablamaya əsasən müəyyən olunur ki, Sandoz Pharmaceuticals D.D. Səhmdar cəmiyyətinə məxsus Hyundai Accent HO23809 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri 182,31 manat təşkil edir. İş materiallarında olan AtaSığorta tərəfindən təqdim olunmuş 11.12.2017-ci il tarixli Sığorta aktına əsasən müəyyən olunur ki, 07.11.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində X7 məxsus Mercedes Benz CC220 CDİ markalı, 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4255 manat zərər dəymişdir. İş materiallarında olan Atasığorta tərəfindən təqdim edilmiş 10.11.2017-ci il tarixli hesablamaya əsasən müəyyən olunur ki, X7 məxsus Mercedes Benz CC220 CDİ markalı, 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmiri 4255 manat təşkil edir. İş materiallarında olan 11.12.2017-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, AtaSığorta ASC 4255 manat məbləğində pulu X7 ödəmişdir. İş materiallarında olan AtaSığorta tərəfindən təqdim olunmuş 13.12.2017-ci il tarixli Sığorta aktına əsasən müəyyən olunur ki, 07.11.2017-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində Azərişıq ASC-yə məxsus işıq dirəyinə 740 manat zərər dəymişdir. Faydalanan şəxs X6r. İş materiallarında olan Atasığorta tərəfindən təqdim edilmiş 10.11.2017-ci il tarixli hesablamaya əsasən müəyyən olunur ki, Azərişıq ASC-yə məxsus işıq dirəyinin təmiri 740 manat təşkil edir. İş materiallarında olan 14.12.2017-ci il tarixli ödəniş tapşırığına əsasən müəyyən olunur ki, AtaSığorta ASC 740 manat məbləğində pulu X7 ödəmişdir. İş materiallarında olan 23.02.2018-ci il tarixli subroqasiya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı cavabdehə pulun ödənilməsi barədə xəbərdar etmişdir. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Cavabdehnin idarə etdiyi nəqliyyat vasitəsi ilə X7 məxsus X8 idarə etdiyi Mercedes Benz C520 CDİ minik markalı 99DH756 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, Sandoz Pharmaceuticals D.D. Səhmdar cəmiyyətinə məxsus Hyundai Accent HO23809 qeydiyyat nişanlı nəqliyyat vasitəsinə və Azərişıq ASC-yə məxsus işıq dirəyinə zərər vurması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və inzibati məsuliyyətə cəlb edilməsi, Cavabdehnin idarə etdiyi BMW markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin AtaSığora ASC-də sığorta olunması Atasığorta ASC tərəfindən zərər dəymiş nəqliyya vasitələrinə dəymiş zərərin ödənilməsi iş materialları ilə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin inzibati xətanı törətməsi və hadisə yerindən yayınması sığortaçının ona qarşı subroqasiya qaydasında pul tələb etməsi üçün əsasdır. Məhkəmə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməli, Cavabdeh 5177,31 (beş min yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat sığorta ödənişi məbləği və 71,77 (yetmiş bir manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1.-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İcbari sığortalar haqqında Azərbaycan Respublikası qanununun 25-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda (25.1.1), bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda (25.1.8) yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5177,31 (beş min yüz yetmiş yeddi manat, otuz bir qəpik) manat sığorta ödənişi məbləği və 71,77 (yetmiş bir manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-7098/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7098/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver