Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-7103/2025 27.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş uşaqları xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (yüz) manat sabit pul məbləğində alimentin alınaraq ona (ataya İddiaçı) ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Yasamal rayon məhkəməsinin 15 iyul 2025-ci il tarixli, 2(004)-348/2025 nömrəli məhkəmə qərarı ilə nikahları pozulmuş, uşaqlar İddiaçı himayəsinə verilmişdir. Hal-hazırda cavabdeh uşaqları ilə maraqlanmır. Ana kimi ehtiyaclarını qarşılamır. Ailədə bir tək o işləyir. Himayəsində yaşlı xəstə anası var. Cavabdeh ana olaraq uşaqlarına az da olsa bir dəstək olmur. Hər iki valideynin borcudur ki, uşaqlarına maddi və mənəvi dəstək olsun. Aliment tələbinə görə Bakı 21 saylı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə prosesinin gedişatında iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,13 misli məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununda izahat verərək ki, iddia tələbinin təmin edilməsinin xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, o, taksi sürücüsü işləyir. 500-600 manat aylıq gəlir əldə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, izahatında bildirmişdir ki, marketdə işləyir və əmək haqqı 400 manat təşkil edir. Həmçinin kredit də ödəyir. Hər uşağa görə 50 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan: 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X6 06 sentyabr 2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2951 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd olunmuşdur 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X7 15 dekabr 2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1572 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd olunmuşdur. 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 06 iyul 2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 4179 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında İddiaçı, ana qrafasında Cavabdeh qeyd olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-348/2025 saylı, 15 iyul 2025-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia təmin edilməklə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 886 nömrə ilə qeyd edilmiş nikahı pozulması,Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X2 ataları İddiaçı yanında qalması müəyyən edilməsi, Qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh övladları xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X5 ilə ünsiyyət hüququ müəyyən edilməsi, Ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 20:00dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaqlar onların yaşayış yeri üzrə ünvanda hər həftənin şənbə günü saat 10:00-da İddiaçı tərəfindən Cavabdeh, həmin gün saat 20:00-da isə eyni ünvanda Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 537223 saylı Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh nikahları Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 03 sentyabr 2025-ci il tarixdə 458 nömrəli akt qeydi ilə qeyd edilmişdir. Mediasiya Şurası Bakı 21 saylı Mediasiya təşkilatının verdiyi 28 noyabr 2025-ci il tarixli, MŞB/21/2025-00301 saylı İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh İMS-də iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh mağazada satıcı işləyir və əmək haqqı 400 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Qeyd edilən Qanunvericilik normalarına əsaslanaraq və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqeni, həmçinin uşaqların mənafeyini, tərəflərin maddi vəziyyətini və digər diqqətəlayiq halları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi 10 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulması 10 dekabr 2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-7103/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7103/2025
27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver