Məhkəmə qərarları › İş №2(004)-717/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-717/2024

23.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-717/2024 23.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və X1 2.000 manat pul və ödədiyi 40 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-717/2024 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası, psixoloji vəziyyətini müəyyən etmək məqsədi ilə məhkəmə-psixoliji ekspertizası təyin edilmişdir. Ekspertizaların aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinə həvalə edilmişdir. Ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. Qərardadda yanlışlıqla “İddiaçı” əvəzinə “X4” göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 251 nömrəli ekspert rəyi mülki işlə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Ekspertizanın rəyində də qərardada uyğun olaraq yalnışlıqla “İddiaçı” əvəzinə “X4” yazılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-717/2024 nömrəli qərardadı ilə iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-717/2024 nömrəli qərardadında texniki səhvlə buraxılmış yanlışlıqlar düzəldilmişdir. Qərardadda texniki səhvlə yazılmış - “X4” sözləri, “İddiaçı” sözləri ilə əvəz edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-717/2024 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, ünvan 1 ünvanda yaşayır. Cavabdehlər onun doğma qardaşlarıdır. Onun Saatlı rayonu Genişkənd kəndində tarpaq sahəsi var idi. Böyük qardaşı Cavabdeh1 ona bildirmişdir ki, həmin torpaq sahəsini satıb pulunu ona versin. Onun verdiyi pulun üzərinə də Cavabdeh1 pul əlavə edib Maştağa qəsəbəsində torpaq sahəsi alsın və həmin torpaq sahəsində onun payına düşən hissəni ayırıb ona versin. O, Cavabdeh1lə razılaşmış və Saatlı rayonu Genişkənd kəndində olan torpaq sahəsini 5000 manat satıb, pulunu qardaşı Cavabdeh1 vermişdir. Cavabdeh1 Maştağa qəsəbəsində 4,2 sot torpaq sahəsi almış, həmin torpağı kiçik qardaşı Təbriz Quliyevin adına sənədləşdirmişdir. Cavabdeh1 ona bildirmişdir ki, Təbriz Quliyev 2 sot torpaq sahəsini ayırıb ona verəcəkdir. Bir müddət sonra o, qardaşı Təbriz Quliyevdən torpaq sahəsini onun adına keçirməsini istəmişdir. Bu zaman Təbriz Quliyev onu söyərək, psixi xəstə olduğunu və ona torpaq sahəsini verməyəcəyini bildirmişdir. Daha sanra onu hədələyərək torpaq sahəsi istədiyini təqdirdə ondan polisə şikayət edəcəyini bildirmişdir. Təbriz Quliyev ondan Sabunçu RPİ-nin 14-cü PB-nə şikayətlər edir. Həmin şikayətlərdə onun psixi xəstə olduğu, şizofreniya xəstəliyinin əlamətlərinin olduğuna görə ailə üzvlərinə və digər şəxslərə hücum edərək hədələdiyini, buna görə də ətrafda olan şəxslərə ziyan vurmaq ehtimalının olduğunu göstərilmişdir. Bu kimi yalan məlumatları məhəllədə və qohumlar arasında yaymaqla onu cəmiyyət arasında nüfuzdan salmağa davam edir. Dəfələrlə irad bildirməsinə baxmayaraq, Təbriz Quliyev bu hərəkətlərə son qoymur, nəticədə ona mənəvi əzab, sıxıntı, iztirab yaşadır. Həmçinin Cavabdeh1 də ona dəli deyir, onu nüfuzdan salır. O, xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində avtobus dayanacağında olarkən Cavabdeh1 üstünə gələrək, “niyə məndən icazəsiz evdən çıxmısan” deyərək üzünə şillə vurmuşdur. İnsanların gözü qarşısında onu təhqir etmişdir. Cavabdeh1 barəsində Sapunçu RPİ-nin 14-cü PB-nə şikayət etmişdir. Göründüyü kimi, Cavabdeh1 də ona mənəvi əzab, sıxıntı, iztirab yaşadır. Onun heç bir psixoloji problemi yoxdur. Onun şifahi vəsatətinə əsasən məhkəmə tərəfindən ekspertiza keçirilmiş və onun tam sağlam olduğu və heç bir psixi problemi olmadığı müəyyən edilmişdir. Cavabdehlərin hərəkətləri nəticəsində mənəvi əzab, sıxıntı, iztirab çəkmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və X2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 doğma bacılarıdır. İddiaçı əsassız olaraq qardaşlarından DİN 102 xidmətinə şikayətlər edir, yersiz səs-küy salır. Cavabdehlər iddiaçıya hər hansı bir mənəvi zərər vurmamışlar. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehlərin izahatların dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nın baş təhqiqatçısı, polis mayoru Samir Allahverdiyiyev xx.xx.2023-cü il tarixli 3034 nömrəli məktubla Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasına müraciət edərək göstərmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nə X5 bir neçə dəfə müraciət edərək, bacısı İddiaçı psixi pozuntuluğu, şizofreniyanın əlamətləri olduğuna görə ailə üzvlərinə və digər şəxslərə hücum edərək hədələdiyini və buna görə ətrafda olan şəxslərə zərər vurma ehtimalı olduğunu və xx.xx.2023-cü il tarixdə az yaşlı övladının üzərinə hücum edərək, heç bir səbəb olmadan boğmaq istəməsini bildirmişdir. Odur ki, İddiaçı barəsində xüsusi komissiya təyin edilməsi və onun qeyd edilən xəstəlikdən əziyyət çəkməsinin müəyyən edilməsi, müalicəyə ehtiyacı olub-olmaması məqsədi ilə müayinə olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(004)-717/2024 nömrəli qərardadına əsasən keçirilmiş ekspertizanın nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin verdiyi xx.xx.2024cü il tarixli 251 nömrəli ekspert rəyindən müəyyən edilir ki, İddiaçı psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. İddiaçı hazırkı psixoloji vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik aşkar edilməmişdir. İddiaçı hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli 169 nömrəli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 251 nömrəli ekspert rəyində olan “X4”nın - “İddiaçı” kimi oxunmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Cavabdehlərin hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmaqla, iddiaçı psixi xəstə adlandırılması nəticəsində uzun müddət stres, həyacan, mənəvi sarsıntı və iztirab keçirmişdir. Məhkəmə vurulmuş mənəvi zərərin əvəzi kimi cavabdehlərin hər birindən 200 manat kompensasiya tutulmasını ağlabatan və ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X8rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 200 manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 manat və cavabdeh X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - mənəvi zərərin əvəzi olaraq cavabdehlərdən 1600 manat pul tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 200 (iki yüz) manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat və cavabdeh X1 vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, ödənilmiş 40 manat dövlət rüsumunun 20 manatı olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar