Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-740/2021 09.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “əmlak tələbinə” və iddiaçı Cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X4 Cavabdeh qarşı “əmlak tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 6035 manat olan 1 ədəd böyük konsol, dəyəri 4794 manat olan 1 ədəd kiçik konsol, dəyəri 4930 manat olan 1 ədəd kreslo, dəyəri 2237 manat olan 1 ədəd kiçik masa, dəyəri 5406 manat olan 1 ədəd divan, dəyəri 2754 manat olan 2 ədəd divana aid kiçik masalar, dəyəri 7514 manat olan 1 ədəd masa, dəyəri 5202 manat olan 12 ədəd stullar, dəyəri 11492 manat olan 1 ədəd çarpayı, dəyəri 3400 manat olan 1 ədəd döşək “Hilton Otel”, dəyəri 3876 manat olan 2 ədəd tumba, dəyəri 380 manat olan 1 ədəd benç, dəyəri 5276 manat olan 1 ədəd komod, dəyəri 935 manat olan güzgü, dəyəri 2108 manat olan 1 ədəd kreslo, dəyəri 1547 manatolan ədəd kiçik masa, dəyəri 14280 manat olan 2 ədəd divan, dəyəri 3604 manat olan 1 ədəd jurnal masası, dəyəri 9520 manat olan 2 ədəd kreslo, dəyəri 10608 manat olan 1 ədəd komod, dəyəri 4760 manat olan 1 ədəd konsol, dəyəri 8670 manat olan 1 ədəd masa, dəyəri 10370 manat olan 10 ədəd stullar, dəyəri 2312 manat olan 2 ədəd kreslo-stullar, dəyəri 3740 manat olan 2 ədəd hündür tumbalar, dəyəri 2244 manat olan 1 ədəd divan masası, dəyəri 1700 manat olan 1 ədəd rəsmdən ibarət ümumi dəyəri 141.678 manat olan mebel əşyalarının, dəyəri 1530 manat olan 2 ədəd ağ torşerlər, dəyəri 1428 manat olan 2 ədəd qara torşerlər, dəyəri 31450 manat olan 11 ədəd “Collezione” çilçıraqlar, dəyəri 9945 manat olan 13 ədəd “Collezione” braları, dəyəri 7140 manat olan 2 ədəd ipək xalça, dəyəri 18360 manat olan 1 ədəd “Baccarat” gümüş xrustal güldan, dəyəri 18870 manat olan 11 ədəd “De Greggio” gümüş vaza, dəyəri 3910 manat olan 1 ədəd “De Greggio” gümüş çay servisi, dəyəri 11560 manat olan 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti, dəyəri 2380 manat olan 2 ədəd “Christofle” gümüş sous qabları, dəyəri 1190 manat olan 2 ədəd “De Greggio” gümüş kürü qabları, dəyəri 765 manat olan 1 ədəd “De Greggio” gümüş sini, dəyəri 775.2 manat olan 12 ədəd “De Greggio” gümüş salfet halqaları, dəyəri 166.600 manat olan 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, dəyəri 30940 manat olan 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi, dəyəri 2652 manat olan 12 ədəd gümüş stəkanaltılar, dəyəri 425 manat olaxı 12 ədəd gümüş qaşıqlar, dəyəri 2380 manat olan 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar, dəyəri 5270 manat olan 6 ədəd “Versace” vazalar, dəyəri 952 manat olan 4 ədəd “Vera Wang” gümüş çərçivələr, dəyəri 408 manat olan 2 ədəd “De Greggio” gümüş salfet qabları, dəyəri 3672 manat olan 24 ədəd “Tibon” qədəhlər”, dəyəri 2448 manat olan 36 ədəd “Tibon” qədəhlər”, dəyəri 5440 manat olan 5 ədəd “LLADRO/Rosental” heykəlciklər, dəyəri 2618 manat olan 7 ədəd xrustal şamdanlar, dəyəri 4165 manat olan 7 ədəd xrustal vazalar, dəyəri 13940 manat olan mətbəx qabqacağı, süfrə ləvazimatlarından ibarət ümumi dəyəri 201.278 manat olan qab-qacaqların, dəyəri 4200 manat olan 1 ədəd “LG” soyuducu, dəyəri 1200 manat olan 1 ədəd “Bosh” paltaryuyan maşın, dəyəri 600 manat olan 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba, dəyəri 4200 manat olan 1 ədəd 75" “Samsung” televizor, dəyəri 4100 manat olan 1 ədəd 70" “Samsung” televizor, dəyəri 3800 manat olan 1 ədəd 65" “Samsung” televizor, dəyəri 2600 manat olan 1 ədəd 55" “Samsung” televizor, dəyəri 2200 manat olan kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s.) ibarət ümumi dəyəri 22.900 olan məişət texnikasının, dəyəri 136.000 manat olan “Graff’ markalı 1 brilyant 2 crt+20,5 crt-hq brilyantlarla nişan üzüyü, dəyəri 17.000 manat olan “Graff’markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü, dəyəri 54.400 manat olan “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük), dəyəri 51.000 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük), dəyəri 10200 manat olan “Dior” markalı qara brilyantlarla saat, dəyəri 10200 manat olan “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon, dəyəri 2550 manat olan sırğa və üzük, dəyəri 5950 manat olan qızıl quranqabı ilə boyunbağı, dəyəri 4760 manat olan “Chopard” markalı sarı qızıl brilyantlarla üzük, dəyəri 8500 manat olan “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); dəyəri 8160 manat olan “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa, dəyəri 5100 manat olan “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər, dəyəri 12920 manat olan “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük, dəyəri 3570 manat olan “Roberto Coin” markalı sarı qızıl sırğa, dəyəri 5100 manat olan “Van Cleef”’ markalı sarı qızıl boyunbağı kulon ilə, dəyəri 15470 manat olan “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı, dəyəri 1700 manat olan “Apey” markalı ağ qızıl qolbaqdan ibarət ümumi dəyəri 352.580 manat olan zinət və bəzək əşyalarının, dəyəri 5000 manat olan göy rəngli Norka (su samuru) şuba, dəyəri 20000 manat olan qəhvəyi rəngli sobol (samur) şuba, dəyəri 5900 manat olan ağ rəngli “Gucci” palto, dəyəri 6100 manat olan qara rəngli “Lui Vuitton” palto, dəyəri 2000 manat olan ağ rəngli palto, dəyəri 37500 manat olan 8 ədəd ziyafət geyimləri, dəyəri 15000 manat olan 15 ədəd ayaqqabı, dəyəri 4800 manat olan 4 ədəd şərflər, dəyəri 30000 manat olan müxtəlif geyimlər, dəyəri 18000 manat olan 6 ədəd çantalardan ibarət ümumi dəyəri 144.340 manat olan geyimlərin Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona verilməsi, həmin əşyaların qaytarılması mümkün olmadıqda onların qiymətini təşkil edən məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, holl üzrə mebel əşyaları-1 ədəd böyük konsol (dəyəri 6035 manat olan), 1 ədəd kiçik konsol (dəyəri 4794 manat olan), 1 ədəd kreslo (dəyəri 4930 manat olan), 1 ədəd kiçik masa (dəyəri 2227 manat olan), 1 ədəd divan(dəyəri 5406 manat olan), 2 ədəd divana aid kiçik masalar (dəyəri 2754 manat olan), mətbəx üzrə- 1 ədəd masa (dəyəri 7514 manat olan), 12 ədəd stullar (dəyəri 5202 manat olan), yataq otağı üzrə- 1 ədəd çarpayı (dəyəri 11492 manat olan), 1 ədəd döşək “Hilton Otel” (dəyəri 3400 manat olan), 2 ədəd tumbalar (dəyəri 3876 manat olan), 1 ədəd benç (dəyəri 2380 manat olan), 1 ədəd komod (dəyəri 5270 manat olan), 1 ədəd güzgü (dəyəri 935 manat olan), 1 ədəd kreslo (dəyəri 2108 manat olan), 1 ədəd kiçik masa (dəyəri 1547 manat olan), Qonaq otağı üzrə-2 ədəd divan (dəyəri 14280 manat olan), 1 ədəd jurnal masası (dəyəri 3604 manat olan), 2 ədəd kreslo (dəyəri 9520 manat olan), 1 ədəd komod (dəyəri 10.608 manat olan), 1 ədəd konsol (dəyəri 4760 manat olan), 1 ədəd masa (dəyəri 8670 manat olan), 10 ədəd stullar (dəyəri 10.370 manat olan),2 ədəd kreslo-stullar (dəyəri 2312 manat olan), 2 ədəd hündür tumbalar (dəyəri 3740 manat olan), 1 ədəd divan masası (dəyəri 2244 manat olan), 1 ədəd rəsm (dəyəri 1700 manat olan), Bakı şəhəri, H.Abdullayev küçəsi 16/20 saylı evin 50 nömrəli mənzilində quraşdırılmış bütün pərdə və pərdə aksessuarları, Qab-qacaqlardan 2 ədəd ağ torşerlər (dəyəri 1530 manat olan), 2 ədəd qara torşerlər (dəyəri 1428 manat olan),10 ədəd “Collezione” çilçıraqlar (dəyəri 31450 manat olan), 11 ədəd “Collezione” braları (dəyəri 9945 manat olan), 2 ədəd ipək xalçalar (dəyəri 7140 manat olan), 1 ədəd “Baccarat” gümüş xrustal güldan (dəyəri 18.360 manat olan), 11 ədəd “De Greggio” gümüş vaza (dəyəri 18.870 manat olan), 1 ədəd “De Greggio” gümüş çay servisi (dəyəri 3910 manat olan), 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti (dəyəri 11.560 manat olan), 2 ədəd “Christofle” gümüş sous qabları (dəyəri 2380 manat olan), 2 ədəd “De Greggio” gümüş kürü qabları (dəyəri 1190 manat olan), 1 ədəd “De Greggio” gümüş sini (dəyəri 765 manat olan), 12 ədəd “De Greggio” gümüş salfet halqaları (dəyəri 775.2 manat olan), 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi(dəyəri 16.660 manat olan), 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi (dəyəri 30.940 manat olan), 12 ədəd gümüş stəkanaltılar(dəyəri 2652 manat olan), 12 ədəd gümüş qaşıqlar(dəyəri 425 manat olan), 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar (dəyəri 2380 manat olan), 6 ədəd “Versace” vazalar (dəyəri 5270 manat olan), 4 ədəd “Vera Wang” gümüş çərçivələr (dəyəri 952 manat olan), 2 ədəd “De Greggio” gümüş salfet qabları(dəyəri 408 manat olan), 23 ədəd “Tibon” qədəhlər (dəyəri 3672 manat olan), 36 ədəd “Tibon” qədəhlər (dəyəri 2448 manat olan), 4 ədəd “LLADRO/Rosental” heykəlciklər (dəyəri 5440 manat olan), 7 ədəd xrustal şamdanlar (dəyəri 2618 manat olan), 7 ədəd xrustal vazalar (dəyəri 4165 manat olan), mətbəx qab-qacağı, süfrə ləvazimatları (dəyəri 13.940 manat olan), Məişət texnikası- 1 ədəd “LG” soyuducu (dəyəri 4200 manat olan), 1 ədəd “Bosh” paltaryuyan maşın(dəyəri 1200 manat olan), 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba(dəyəri 600 manat olan), 1 ədəd 75" “Samsung” televizor (dəyəri 4200 manat olan), 1 ədəd 70" “Samsung” televizor(dəyəri 4100 manat olan), 1 ədəd 65" “Samsung” televizor (dəyəri 3800 manat olan), 1 ədəd 55" “Samsung” televizor (dəyəri 2600 manat olan), Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s) (dəyəri 2200 manat olan), “Graff” markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla nişan üzüyü (dəyəri 136000 manat olan), “Graff ’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü (dəyəri 17.000 manat olan), “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük) (dəyəri 54.400 manat olan),“Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük) (dəyəri 51.000 manat olan),“Dior” markalı qara brilyantlarla saat (dəyəri 10.200 manat olan), “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon (dəyəri 10.200 manat olan), qızıl Quranqabı ilə boyunbağı( dəyəri 5950 manat olan) sırğa və üzük; (dəyəri 2250 manat olan), “Chopard” markalı sarı qızıl brilyantlarla üzük (dəyəri 4760 manat olan), “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük) (dəyəri 8500 manat olan), “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa(dəyəri 8160 manat olan), “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər(dəyəri 5100 manat olan), “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük (dəyəri 12.920 manat olan), “Roberto Coin” markalı sarı qızıl sırğa(dəyəri 3570 manat olan), “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulon ilə (dəyəri 5100 manat olan), “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı (dəyəri 15.470 manat olan), “Apey” markalı ağ qızıl qolbaq ziynət və bəzək əşyaları(dəyəri 1700 manat olan),Geyim əşyaları- göy rəngli Norka (su samuru) şuba(dəyəri 5000 manat olan), qəhvəyi rəngli Sobol (samur) şuba, (dəyəri 20000 manat olan), ağ rəngli “Gucci” palto (dəyəri 5900 manat olan), qara rəngli “Lui Vuitton” palto (dəyəri 6100 manat olan), ağ rəngli palto (dəyəri 2040 manat olan), 8 ədəd ziyafət geyimləri (dəyəri 37.500 manat olan), 12 ədəd ayaqqabı(dəyəri 15.000 manat olan), 4 ədəd şərflər(dəyəri 4800 manat olan), müxtəlif geyimlərin (dəyəri 30.000 manat olan) və 6 ədəd çantaların(dəyəri 18.000 manat olan) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2020-ci il tarixdə iddiaçı Cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək dəyəri 136000 manat kimi qeyd edilmiş Graff’ markalı 1 brilyant 2 crt+20,5 crt-hq brilyantlarla olan nişan üzüyünün, dəyəri 17.000 manat kimi qeyd edilmiş "Graffmarkalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyünün, dəyəri 54.400 manat kimi qeyd edilmiş "Leo Pizzza" markalı ağ qızıl brilyantlarla dəstin (kulon, qolbaq, sırğa, üzük), dəyəri 51.000 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl brilyantlarla dəstin (boyunbağı, qolbaq, sırğa, üziik), dəyəri 10200 manat olan "Dior"markalı qara brilyantlarla saatın, dəyəri 10200 manat kimi qeyd edilmiş "Tiffani" markalı ağ qızıl brilyantlarla saat kulonun, dəyəri 2550 manat kimi qeyd edilmiş sırğa və üzüyün, dəyəri 5950 manat kimi qeyd edilmiş boyunbağının, dəyəri 4760 manat kimi qeyd edilmiş "Chopard" markalı sarı qızıl brilyantlarla üzüyün, dəyəri 850 manat kimi qeyd edilmiş "Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəstin (sırğa, boyunbağı, üzük), dəyəri 8160 manat kimi qeyd edilmiş "Apey" markalı çəhrayı qızıl brilyantlarla sırğanın, dəyəri 5100 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl brilyantlarla pusetlərin, dəyəri 12920 manat kimi qeyd edilmiş "i ıgerit" markalı ağ qızıl brilyantlarla təkqaş üzüyün, dəyəri 3570 manat kimi qeyd edilmiş "Roberto Coin" markalı sarı qızıl sırğanın, dəyəri 5100 manat kimi qeyd edilmiş "Van Cleef'' markalı sarı qızıl boyunbağı kulonun, dəyəri 15470 manat olan "Messika" markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı dəstinin, dəyəri 1700 manat kimi qeyd edilmiş "Apey" markalı ağ qızıl qolbağının birgə nikah dövründə əldə olunmuş əmlak kimi iddiaçı və cavabdeh arasında bərabər paylarda bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək bildirdi ki, tərəflər nikahda olublar, sonradan nikahları qeydiyyat şöbəsində pozulub. Nikah zamanı və nikahdan əvvəl iddiaçı tərəfindən cehiz əşyaları kimi C.Salayeva özünə məxsus mebellər, qab-qacaq, pal-paltar və məişət texnikalarını Bakı şəhəri, Həsən Abdullayev küçəsi 16/20 saylı evin 50 saylı mənzilində yerləşdirilmişdir. Bugün də həmin əşyalar həmin mənzildədir. Əşyaların xarakteristikası və qiyməti siyahı şəklində iddia ərizəsində qeyd edilmişdir. Həmin əşyalar o ünvanda cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılır. Qızıl-zinət əşyalarının bəziləri iddiaçının özünə məxsus olub və valideynləri tərəfindən alınıb. Bəziləri nişan vaxtı, toy, ad günü və 8 Mart hədiyyəsi olaraq olaraq, bəziləri isə evləndikdən sonra el adəti - “ayaqaçdı” kimi xanıma verilib. Həmin qızıl zinət əşyaları da qanunsuz olaraq cavabdehdə saxlanılır. Vəkil2 qarşılıqlı iddia ərizəsini qəbul etməyərək bildirdi ki, qarşı tərəf üç əşyadan (həmin sözügedən üç əşya üzükdən (dəyəri 80000 dollar), Quranqabı formasında boyunbağıdan (3500 dollar) və xəz dəri kürkdən (dəyəri 20000 manat) ibarətdir) imtina olunduğu təqdirdə digər əşyaları verəcəklərini söyləyirlər. Bununla da dolayısı ilə C.Salayevaya məxsus əşyaları qanunsuz saxladıqlarını etiraf edirlər. Cavabdehin atası “Graff” markalı nişan üzüyünün gəlnində olmasını istədiyi, hazırda Cəmilə Salayevanın onların gəlini olmaması səbəbini əsas gətirərək həmin nişan üzüyünü qaytarmaq istəməmişlər. Quranqabı formasında boyunbağı isə cavabdehin atası Rauf müəllimin anasından qalıb və əhd olunub ki, Rauf müəllimin nəvəsinə veriləcək, yəni Sərxanın gələcəkdə doğulacaq övladına. Bunu əsas gətirərək cavabdeh tərəf Cəmilə övlad dünyaya gətirmədiyi üçün həmin boyunbağını vermək istəmir. Sobol Samur şubanın isə cavabdehin anasına məxsus olduğunu, Moskva şəhərinə gedərkən geyinmək üçün Cəmiləyə verildiyi bildirilmişdir. Vəkillərin iştirakı ilə videoçəkiliş aparılarkən həmin kürk Cəmilə Salayevanın qardirobunda olmuşdur. Sonradan əmlaklar üzərinə həbs qoyularkən, icra məmuru ilə birlikdə oraya gedəndə həmin kürk və qızıl zinət əşyalarının bir çoxu orada olmamışdır. Vəkil2 qarşılıqlı iddia tələbi ilə bağlı bildirdi ki, qarşılıqlı iddia tələbində qarşı tərəf həmin əşyaların hədiyyə olaraq verildiyini qəbul edir, sadəcə o hədiyyənin yalnız Cəmilə xanıma deyil, ailəyə hədiyyə verildiyini qeyd edir. Sərxana qadın zinət əşyaları hədiyyə edilə bilməz. Sərxan bəyə “Rolex” saat hədiyyə olunub və o da deyir ki, nə vaxt bu əşyalar qaytarılacaq onda o da saatı qaytaracaqdır. Bu hədiyyələr isə xanıma verilmişdir. Birgə təsərrüfat hesabına əldə edilməmişdir. Həmin əşyalar heç bir halda ümumi əmlak sayıla bilməz və bölünə bilməz. Qarşılıqlı idia tələbi əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, onun tərəfi heç nəyi etiraf etmir, sadəcə digər əşyaları mübahisələndirmir. Halbuki mübahisələndirilsə o, əmindir ki, o əşyalar nə Cəmilə Salayevanındır, nə Cavabdehdır, nə də o qiymətədir. Əvvəl tərəflərin valideynləri mübahisəni dayandıracaqlarını demiş, əks təqdirdə isə onlar çalışacaq ki, əşyaların Cəmiləyə aid olmadığını sübuta yetirsinlər. Əşyanı digərindən fəqləndirən onun qiymətidir. Qarşı tərəf onlardan monitor istəsə cavabdeh tərəf olaraq Cavabdeh əşyanı versə iddiaçı tərəf onun həmin əşya olmadığını mübahisələndirəcək. Beləliklə də qətnamənin icrası mümkünsüz olacaq. İndiyə qədər iddia dəqiqləşdirilmiyib, həcmi də azaldılmayıb. Cavabdeh sülhlə ayrılmağa razı olsa da qarşı tərəf buna zidd hərəkətlər etmişdir. C.Salayevanın tələb etdiyi “Graff” dəstdə iki üzük var. Onlar o vaxt tərəflər boşanarkən hər biri özünə məxsus olan əşyanı götürməsi barədə razılaşmışdırlar. Sonradan Cəmilə xanım bəzi əşyalara tələb irəli sürmüş, şərtləri pozmuşdu və bununla da o akt qüvvədən düşmüşdür. O, qızıl zinət əşyalarını şəxsən Cəmiləyə təqdim etmiş və sonra aparmışdır. Onlarda görüntülər var, hansında ki o, altı ədəd qutunu Cəmiləyə göstərir və Cəmilə hansıların ona aid olduğunu deyir. Video görüntüdə xanım hansı əşyaları özü ilə gətirdiyini də qeyd edir. Amma indi ona aid olmayan əşyaları da istəyir. “Graff” klon Cəmilədədir, lakin heç vaxt onun olmayıb. O klon Sərxanın bacısına məxsus olub. Bundan əlavə o boyunbağı qıza verilməyib, çünki övladı olmayıb. İddiada o yalnız qızıl zinət əşyalarının birgə nikahdan əldə olunmuş əmlak hesab edilməsini xahiş edirəm. Əlavə edilmiş siyahıda yenə qiymət yazılıb. O əşyaları Sərxanın atası Rauf müəllim alıb. İddiada “Graff” markalı 20.5 karat brilyant 136000 manat kimi qeyd olunub. O, iddianı qismən- əşyaların tələbi olan hissəsində qəbul edir. Quranqabı formasında boyunbağını, “Graff” markalı 20.5 karat brilyant dəyəri 136000 manat kimi qeyd olunan üzüyü və Sobol (samur) xəz dəri kürkün tələbini qəbul etmir, qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra aktına əlavədən müəyyən olunur ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5722/2020 saylı “iddianın təmin etmə tədbiri haqqında” qərar icra olunmuş, holl üzrə mebel əşyaları-1 ədəd böyük konsol (dəyəri 6035 manat olan), 1 ədəd kiçik konsol (dəyəri 4794 manat olan), 1 ədəd kreslo (dəyəri 4930 manat olan), 1 ədəd kiçik masa (dəyəri 2227 manat olan), 1 ədəd divan(dəyəri 5406 manat olan), 2 ədəd divana aid kiçik masalar (dəyəri 2754 manat olan), mətbəx üzrə- 1 ədəd masa (dəyəri 7514 manat olan), 12 ədəd stullar (dəyəri 5202 manat olan), yataq otağı üzrə- 1 ədəd çarpayı (dəyəri 11492 manat olan), 1 ədəd döşək “Hilton Otel” (dəyəri 3400 manat olan), 2 ədəd tumbalar (dəyəri 3876 manat olan), 1 ədəd benç (dəyəri 2380 manat olan), 1 ədəd komod (dəyəri 5270 manat olan), 1 ədəd güzgü (dəyəri 935 manat olan), 1 ədəd kreslo (dəyəri 2108 manat olan), 1 ədəd kiçik masa (dəyəri 1547 manat olan), Qonaq otağı üzrə-2 ədəd divan (dəyəri 14280 manat olan), 1 ədəd jurnal masası (dəyəri 3604 manat olan), 2 ədəd kreslo (dəyəri 9520 manat olan), 1 ədəd komod (dəyəri 10.608 manat olan), 1 ədəd konsol (dəyəri 4760 manat olan), 1 ədəd masa (dəyəri 8670 manat olan), 10 ədəd stullar (dəyəri 10.370 manat olan),2 ədəd kreslo-stullar (dəyəri 2312manat olan), 2 ədəd hündür tumbalar (dəyəri 3740 manat olan), 1 ədəd divan masası (dəyəri 2244 manat olan), 1 ədəd rəsm (dəyəri 1700 manat olan), qabqacaqlardan 2 ədəd ağ torşerlər (dəyəri 1530 manat olan), 2 ədəd qara torşerlər (dəyəri 1428 manat olan),10 ədəd “Collezione” çilçıraqlar (dəyəri 31450 manat olan), 11 ədəd “Collezione” braları (dəyəri 9945 manat olan), 2 ədəd ipək xalçalar (dəyəri 7140 manat olan), 1 ədəd “Baccarat” gümüş xrustal güldan (dəyəri 18.360 manat olan), 11 ədəd “De Greggio” gümüş vaza (dəyəri 18.870 manat olan), 1 ədəd “De Greggio” gümüş çay servisi (dəyəri 3910 manat olan), 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti (dəyəri 11.560 manat olan), 2 ədəd “Christofle” gümüş sous qabları (dəyəri 2380 manat olan), 2 ədəd “De Greggio” gümüş kürü qabları (dəyəri 1190 manat olan), 1 ədəd “De Greggio” gümüş sini (dəyəri 765 manat olan), 12 ədəd “De Greggio” gümüş salfet halqaları (dəyəri 775.2 manat olan), 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi(dəyəri 16.660 manat olan), 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi (dəyəri 30.940 manat olan), 12 ədəd gümüş stəkanaltılar(dəyəri 2652 manat olan), 12 ədəd gümüş qaşıqlar (dəyəri 425 manat olan), 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar (dəyəri 2380 manat olan), 6 ədəd “Versace” vazalar (dəyəri 5270 manat olan), 4 ədəd “Vera Wang” gümüş çərçivələr (dəyəri 952 manat olan), 2 ədəd “De Greggio” gümüş salfet qabları(dəyəri 408 manat olan), 23 ədəd “Tibon” qədəhlər (dəyəri 3672 manat olan), 36 ədəd “Tibon” qədəhlər (dəyəri 2448 manat olan), 4 ədəd “LLADRO/Rosental” heykəlciklər (dəyəri 5440 manat olan), 7 ədəd xrustal şamdanlar (dəyəri 2618 manat olan), 7 ədəd xrustal vazalar (dəyəri 4165 manat olan), mətbəx qab-qacağı, süfrə ləvazimatları (dəyəri 13.940 manat olan), Məişət texnikası- 1 ədəd “LG” soyuducu (dəyəri 4200 manat olan), 1 ədəd “Bosh” paltaryuyan maşın(dəyəri 1200 manat olan), 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba(dəyəri 600 manat olan), 1 ədəd 75" “Samsung” televizor (dəyəri 4200 manat olan), 1 ədəd 70" “Samsung” televizor(dəyəri 4100 manat olan), 1 ədəd 65" “Samsung” televizor (dəyəri 3800 manat olan), 1 ədəd 55" “Samsung” televizor (dəyəri 2600 manat olan), Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın və s) (dəyəri 2200 manat olan), “Geyim əşyaları- göy rəngli Norka (su samuru) şuba(dəyəri 5000 manat olan), ağ rəngli “Gucci” palto (dəyəri 5900 manat olan), qara rəngli “Lui Vuitton” palto (dəyəri 6100 manat olan), ağ rəngli palto (dəyəri 2040 manat olan), 8 ədəd ziyafət geyimləri (dəyəri 37.500 manat olan), 12 ədəd ayaqqabı(dəyəri 15.000 manat olan), 4 ədəd şərflər(dəyəri 4800 manat olan), müxtəlif geyimlərin (dəyəri 30.000 manat olan) və 6 ədəd çantaların(dəyəri 18.000 manat olan) üzərinə həbs qoyulmalı, onların istifadəsi cavabdehə və digər şəxslərə qadağan olunmalıdır. Lakin siyahıda göstərilən qızıl-zinət əşyaları və dəyəri 20.000 manat göstərilən qəhvəyi rəngli Sobol (samur) şuba mənzildə aşkar edilməmişdir. İş materiallarında olan AZ-İ № 370370 seriaylı nikahın pozulması haqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh və İddiaçı arasındakı nikah xx.xx.2020-ci il tarixdə onların birgə ərizəsi əsasında pozulmuş və bu barədə Nəsimi rayon Qeydiyyat Şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 240 nömrə ilə qeyd edilmişdir. İlkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında verdiyi izahatda “Graff” markalı iki üzüyün də onlarda olduğunu, dəyəri 136.000 manatlıq olan “Graff” markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla nişan üzüyünün Cavabdeh qalması şərti ilə digər “Graff ’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyünün C.Salayevaya verilməsinə razı olduğunu bildirmişdir. Bundan əlavə quranqabı qızıl boyunbağı ilə Cəmilənin qaynatasının anasından Sərxanın övladı olanda yadigar qalsın deyə verilmişdir. Odur ki, həmin quranqabı boyunbağı ilə ailə yadigarı olan bir əşya olduğundan onun Cəmilə Salayevaya verilməsinə razı deyildir. Qəhvəyi rəngli Sobol (samur) şuba isə Sərxanın anasının olmuş, Moskvaya gedərkən geyinmək üçün Cəmiləyə verilmişdir. Əgər göstərilən bu üç əşyadan C.Salayeva tərəfindən imtina olunarsa digər əşların və qızılların verilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh təmsil edən Vəkil1 və C.Salayevanı təmsil edən K.Nəsibovun imzası ilə təsdiq olunan xx.xx.2020-ci il tarixli Aktdan müəyyən olunur ki, Mərdəkan qəsəbəsində yerləşən bağ evindəki əşyaların (qızıl-zinət əşyaları-GRAFF komlektinə aid 2 ədəd üzüklər və sair qızıl-zinət əşyaları) yerində olduğu təsdiq edilmiş və həmin əşyaların qaytarılmasına heç bir etiraz olmamışdır. Tərəflər razılaşmışlar ki, əmlakın verilməsi yalnız nikahın pozulması haqqında ərizələr müvafiq qaydada verildikdən sonra həyata keçiriləcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək və proses iştirakçılarının izahatını dinləyərək hesab edir ki, ilkin iddia tələbi qismən edilməlidir. Holl üzrə mebel əşyaları :1 ədəd böyük konsol, 1 ədəd kiçik konsol, 1 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd divan, 2 ədəd divana aid kiçik masalar.Mətbəx üzrə: 1 ədəd masa, 06 ədəd stullar.Yataq otağı üzrə:1 ədəd çarpayı, 1 ədəd döşək “Hilton Otel”, 2 ədəd tumbalar, 1 ədəd benç, 1 ədəd komod, 1 ədəd güzgü, 1 ədəd kreslo, 1 ədəd kiçik masa.Qonaq otağı üzrə: 2 ədəd divan, 1 ədəd jurnal masası, 2 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd konsol, 1 ədəd masa, 10 ədəd stullar, 2 ədəd kreslo-stullar, 2 ədəd hündür tumbalar, 1 ədəd divan masası, 1 ədəd rəsm Qab-qacaqlardan 2 ədəd ağ torşerlər; 2 ədəd qara torşerlər; 10 ədəd “Collezione” çilçıraqlar, 11 ədəd “Collezione” braları, 2 ədəd ipək xalçalar; 1 ədəd “Baccarat” gümüş xrustal güldan ; 11 ədəd “De Greggio” gümüş vaza; 1 ədəd “De Greggio” gümüş çay servisi; 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti; 2 ədəd “Christofle” gümüş sous qabları; 2 ədəd “De Greggio” gümüş kürü qabları; 1 ədəd “De Greggio” gümüş sini ; 12 ədəd “De Greggio” gümüş salfet halqaları; 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi; 12 ədəd gümüş stəkanaltılar, 12 ədəd gümüş qaşıqlar; 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar; 6 ədəd “Versace” vazalar; 4 ədəd “Vera Wang” gümüş çərçivələr; 2 ədəd “De Greggio” gümüş salfet qabları; 23 ədəd “Tibon” qədəhlər, 36 ədəd “Tibon” qədəhlər”, 4 ədəd “LLADRO/Rosental” heykəlciklər, 7 ədəd xrustal şamdanlar, 7 ədəd xrustal vazalar, mətbəx qab-qacağı, süfrə ləvazimatları. Məişət texnikası: 1 ədəd “LG” soyuducu; 1 ədəd “Bosh” paltaryuyan maşın; 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba; 1 ədəd 75" “Samsung” televizor; 1 ədəd 70" “Samsung” televizor; 1 ədəd 65" “Samsung” televizor; 1 ədəd 55" “Samsung” televizor; Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın) Geyimlər: qəhvəyi rəngli Sobol (samur) şuba, göy rəngli Norka (su samuru) şuba; ağ rəngli “Gucci” palto; qara rəngli “Lui Vuitton” palto; ağ rəngli palto; 8 ədəd ziyafət geyimləri; 12 ədəd ayaqqabı; 4 ədəd şərflər; müxtəlif geyimlər; 6 ədəd çantalar. Bakı şəhəri, H.Abdullayev küçəsi 16/20 saylı evin 50 nömrəli mənzilində quraşdırılmış bütün pərdə və pərdə aksessuarları “Graff” markalı 1 brilyant 2 crt+20,5 crtlıq brilyantlarla nişan üzüyü; “Graff ’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü; “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük); “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük); “Dior” markalı qara brilyantlarla saat; “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon; sırğa və üzük;; “Chopard” markalı sarı qızıl brilyantlarla üzük; “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa; “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər; “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük; “Roberto Coin” markalı sarı qızıl sırğa; “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulon ilə; “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı; “Apey” markalı ağ qızıl qolbaq ziynət və bəzək əşyaları, qızıl Quranqabı ilə boyunbağı Cavabdeh alınaraq C.Salayevaya verilməlidir. Belə ki, xx.xx.2021-ci il tarixli məhkəmə protokolundakı cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatından müəyyən olunur ki, iddia ərizəsində göstərilən əmlaklar hazırda Cavabdeh evindədir və Graff markalı nişan üzüyünü, quranqabı qızıl boyunbağı ilə və Sobol şubanın Cavabdeh qalması şərtilə digər əşyaların, o cümlədən qızıl-zinət əşyalarının Cəmilə Salayevaya verilməsinə etiraz etmir. Bu da həmin əşyaların Cavabdeh olmasını sübut edir. İddia tələbi əmlakların dəyəri hissəsində rədd olunmalıdır. Belə ki, məhkəməyə həmin əmlakların dəyəri ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Bundan əlavə ilkin iddia üzrə cavabdehin, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili X1 xx.xx.2021-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ünvanlanmış “əmtəəşünaslıq ekspertizasının keçirilməsi” barədə ərizəsini məhkəmə təqdim etmişdir. Məhkəmə vəsatətin təmin edilməməsi qənaətinə gəlmişdir. Belə ki, cavabdeh tərəf xx.xx.2020-ci il tarixdə iddiaçı ilə sonda barışacaqlarını bildirmiş, yalnız 3 əşyadan imtina olduğu təqdirdə digər əşyaların verilməsinə razı olduğunu bildirmişdir. İddia vindikasion iddia olduğundan və əşyaların cavabdehdə olduğu sübuta yetirildiyindən və vəsat məhkəmə baxışının sonunda verildiyindən məhkəmə vəsatətin təmin edilməməsi qərarına gəlmişdir və hesab edir ki, iddia ərizəsinə dəqiqləşmədə göstərilən əşyaların cavabdehdə olması iş materialları və tərəflərin izahatı ilə sübuta yetirildiyindən cavabdehdə olan mövcud əşyalar iddiaçıya qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki,əşyalar mövcud olmadıqda onun dəyərinin müəyyən edilməsi zəruriəti yaranır. Məhkəmə xüsusilə vurğulayır ki, iş üzrə vəsatətlər ya məhkəmənin hazırliq iclasında, ya da işə mahiyyəti üzrə baxılmasına qədər, ya da vəsatətin verilməsi üçün əsaslar yaranan anda verilə bilər. Əks mövqe işin baxılması müddətlərinə riayət edilməsinə və prosessual qənaət prinsipinin gözlənilməsinə mane olur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd olunmalıdır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bölünməsini tələb etdiyi əmlakların birgə nikah dövründə alınmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Qət etdi: İlkin iddia tələbi qismən təmin edilsin. Aşağıda adları göstərilən əşyalar Cavabdeh alınıb iddiaçı X3 verilsin. Holl üzrə mebel əşyaları :1 ədəd böyük konsol, 1 ədəd kiçik konsol, 1 ədəd kreslo, 1 ədəd kiçik masa, 1 ədəd divan, 2 ədəd divana aid kiçik masalar. Mətbəx üzrə: 1 ədəd masa, 06 ədəd stullar. Yataq otağı üzrə:1 ədəd çarpayı, 1 ədəd döşək “Hilton Otel”, 2 ədəd tumbalar, 1 ədəd benç, 1 ədəd komod, 1 ədəd güzgü, 1 ədəd kreslo, 1 ədəd kiçik masa. Qonaq otağı üzrə: 2 ədəd divan, 1 ədəd jurnal masası, 2 ədəd kreslo, 1 ədəd komod, 1 ədəd konsol, 1 ədəd masa, 10 ədəd stullar, 2 ədəd kreslo-stullar, 2 ədəd hündür tumbalar, 1 ədəd divan masası, 1 ədəd rəsm Qab-qacaqlardan 2 ədəd ağ torşerlər; 2 ədəd qara torşerlər; 10 ədəd “Collezione” çilçıraqlar, 11 ədəd “Collezione” braları, 2 ədəd ipək xalçalar; 1 ədəd “Baccarat” gümüş xrustal güldan ; 11 ədəd “De Greggio” gümüş vaza; 1 ədəd “De Greggio” gümüş çay servisi; 1 ədəd 12 nəfərlik “Christofle” gümüş çəngəl-bıçaq dəsti; 2 ədəd “Christofle” gümüş sous qabları; 2 ədəd “De Greggio” gümüş kürü qabları; 1 ədəd “De Greggio” gümüş sini ; 12 ədəd “De Greggio” gümüş salfet halqaları; 1 dəst 12 nəfərlik “Versace” çay-yemək servisi, 1 dəst 12 nəfərlik “Haviland RİTZ İMPERİAL” çay-yemək servisi; 12 ədəd gümüş stəkanaltılar, 12 ədəd gümüş qaşıqlar; 14 ədəd gümüş süfrə qaşıqları, lopatkalar; 6 ədəd “Versace” vazalar; 4 ədəd “Vera Wang” gümüş çərçivələr; 2 ədəd “De Greggio” gümüş salfet qabları; 23 ədəd “Tibon” qədəhlər, 36 ədəd “Tibon” qədəhlər”, 4 ədəd “LLADRO/Rosental” heykəlciklər, 7 ədəd xrustal şamdanlar, 7 ədəd xrustal vazalar, mətbəx qab-qacağı, süfrə ləvazimatları. Məişət texnikası: 1 ədəd “LG” soyuducu; 1 ədəd “Bosh” paltaryuyan maşın; 1 ədəd “Ariston” quraşdırılmış mikrodalğalı soba; 1 ədəd 75" “Samsung” televizor; 1 ədəd 70" “Samsung” televizor; 1 ədəd 65" “Samsung” televizor; 1 ədəd 55" “Samsung” televizor; Kiçik məişət texnikası (tozsoran, blender, mikser, ətçəkən maşın, şirəçəkən maşın) Geyimlər: qəhvəyi rəngli Sobol (samur) şuba, göy rəngli Norka (su samuru) şuba; ağ rəngli “Gucci” palto; qara rəngli “Lui Vuitton” palto; ağ rəngli palto; 8 ədəd ziyafət geyimləri; 12 ədəd ayaqqabı; 4 ədəd şərflər; müxtəlif geyimlər; 6 ədəd çantalar. Bakı şəhəri, H.Abdullayev küçəsi 16/20 saylı evin 50 nömrəli mənzilində quraşdırılmış bütün pərdə və pərdə aksessuarları “Graff” markalı 1 brilyant 2 crt+20,5 crt-lıq brilyantlarla nişan üzüyü; “Graff ’ markalı Darojka ağ qızıl brilyantlarla nişan üzüyü; “Leo Pizzza” markalı ağ qızıl brilyantlarla dəst (kulon, qolbaq, sırğa, üzük); “Apey” markalı ağ qızıl brilyantlarla dəst (boyunbağı, qolbaq, sırğa, üzük); “Dior” markalı qara brilyantlarla saat; “Tiffani” markalı ağ qızıl brilyantlarla saat kulon; sırğa və üzük;; “Chopard” markalı sarı qızıl brilyantlarla üzük; “Roberto Coin” markalı sarı qızıl brilyantlarla dəst (sırğa, boyunbağı, üzük); “Apey” markalı çəhrayı qızıl brilyantlarla sırğa; “Apey” markalı ağ qızıl brilyantlarla pusetlər; “Magerit” markalı ağ qızıl brilyantlarla təkqaş üzük; “Roberto Coin” markalı sarı qızıl sırğa; “Van Cleef’ markalı sarı qızıl boyunbağı kulon ilə; “Messika” markalı çəhrayı qızıl brilyantlarla boyunbağı, qolbaq, üzük, ayaq qolbağı; “Apey” markalı ağ qızıl qolbaq ziynət və bəzək əşyaları, qızıl Quranqabı ilə boyunbağı. İlkin iddia tələbi əşyaların qiyməti hissəsində təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X3 qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-740/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-740/2021
09.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver