Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-756/2021 02.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X7 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh X3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan 66 ədəd cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda onların dəyəri olaraq 75020 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X12 ilə 05 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Ailə həyatı qurduqdan sonra iddiaçı cavabdehin daimi qeydiyyatda olduğu Bakı şəhəri Yasamal rayonu H.B.ünvan 1 ünvanda yaşamışdır. Cavabdehlə birgə nikahdan 14 iyul 2007-ci il təvəlüdlü X9, 19 aprel 2009-cu il təvəlüdlü X10 və 10 oktyabr 2012-ci il təvəlüdlü Cavabdeh2 adlı övladları olmuşdur. O, yaşadığı ünvana gəlin köçərkən bütün cehiz əşyalarını həmin evə gətirmişdir və bu günə kimi də əmlakları həmin mənzildə, yəni cavabdehdədir. Mütəmadi olaraq narkotik vasitələr qəbul etdiyinə, ailəsinə işgəncələr verdiyinə, məişət pozğunluğuna, qumar, topaz oyunlarına, əxlaqsız hərəkətlərə və sair çirkin əməllərə qurşandığına görə cavabdehlə aralarında bağlanılmış rəsmi nikah Yasamal rayon məhkəməsi 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Cavabdehin qeyd olunan hərəkətləri barəsində DİN-nə müraciət edilmiş o, X8 əmri ilə orqandan xaric edilmiş və cavabdeh bundan hiddətlənərək iddiaçının mülkiyyətində olan əmlakı qaytarmamışdır. İddiaçı 3 azyaşlı övladı ilə birlikdə 2018-ci ilin dekabr ayından həmin mənzilə buraxılmır, yaşadığı və əmlakı olduğu evə gedib əşyaları oradan çıxarmaq üçün qarşı tərəfə müraciət etsə də, cavabdehlər cehiz əşyalarını iddiaçıya verilməmişlər. Onun hazırda cavabdehdə qalan əmlakları aşağıdakılardan ibarətdir:
1. Bir dəst yataq mebeli 4000 manat
2. Bir ədəd paltar dolabı 4000 manat
3. İki ədəd tumba 1000 manat
4. Bir ədəd kamod 1000 manat
5. Bir ədəd bir qapılı dolab 1000 manat
6. Bir ədəd qabaq masa və 8 ədəd stul 4000 manat
7. 1 ədəd güzgülü kamod - 4000 manat
8. İki ədəd servant - 2000 manat
9. Bir ədəd tumba - 1000 manat
10. Bir dəst çay servis qabları - 1000 manat
11. Bir dəst çay servis qabları - 2000 manat
12. Bir dəst farfor yemək dəsti - boşqablar- ədəd - 2000 manat
13. Yemək dəsti-(boşqablar-12 ədəd, kasa 6 ədəd, buludlar 4 ədəd, salat qabı 6 ədəd, 2 ədəd ləpə qabı) - 2500 manat
14. 12 ədəd “Çexiya” istehsallı içki bokalı - 500 manat
15. 12 ədəd böyük füjer-600 manat
16. 12 ədəd kiçik fujer- 250 manat
17. 12 ədəd uzun fujer- 400 manat
18. 12 ədəd böyük festival bokal-fujer 400 manat
19. 2 ədəd qızılı rəngdə xrustal ləpə qabı - 500 manat
20. 2 ədəd farfor qab-500 manat
21. 2 ədəd farfor qızılı, göy rəngdə konfet qabı - 400 manat
22. 2 ədəd Çexiya istehsallı konfet qabı - 1500 manat
23. 1 ədəd Çexiya istehsallı xrustal güldan-1000 manat
24. 3 ədəd üzərində mələk təsviri olan qab - 3000 manat
25. 3 ədəd fiqurlu mələk şəkillə farfor qablar- 2600 manat
26. 3 ədəd farfor meyvə qabı -1700 manat
27. 2 ədəd Çexiya istehsallı xrustal səbət konfet qabı - 700 manat
28. 1 ədəd 3 bucaq böyük meyvə qabı - 450 manat
29. 4 ədəd çexiya istehsallı mürəbbə qabı - 2300 manat
30. 1 ədəd böyük çexiya istehsalı güldan 370 manat
31. 1 ədəd çexiya istehsallı gül qabı - 270 manat
32. 2 dəst göy rəngli almaniya istehsalı meyvə qabı - 3000 manat
33. 2 ədəd ağzı qapaqlı konfet qabı - 1900 manat
34. 1 ədəd göy rəngli xrustal güldan -1300 manat
35. 1ədəd böyük süvenir saat - 2700 manat
36. 2 ədəd göy rəngli qızılı konfet qabı - 600 manat
37. 12 ədəd xrustal stəkan - 360 manat
38. 1 komplekt çəngəl-bıçaq, qaşıq naboru - 1200 manat
39. 2 ədəd xrustal dəst qablar - 1700 manat
40. 3 komplekt qazan, tava dəstləri - 600 manat
41. 12 dəst yataq dəsti çexol, mələfələr, yastıq üzləri - 1700 manat
42. 8 ədəd süfrə - 800 manat
43. 1 ədəd qabyuyan makina - 1500 manat
44. 1 ədəd soyuducu - 2700 manat
45. 18 şamdanlı çilçıraq - 1500 manat
46. 6 dəst yorğan üzü - 500 manat
47. 4 dəst yun döşək - 350 manat
48. 3 dəst sintetik yorğan - 170 manat
49. 6 dəst yastıq - 250 manat
50. 1 ədəd 3x4 ölçüdə xalça 1500 manat
51. 1 ədəd 2x3 ölçüdə xalça 400 manat
52. 1 ədəd 2x2 ölçüdə xalça-350 manat
53. 1 ədəd Beko samovar - 200 manat
54. 1 ədəd yataq otağının pərdəsi - 450 manat
55. 1 ədəd qonaq otağının pərdəsi - 1200 manat
56. 1 ədəd mətbəx pərdəsi - 400 manat
57. 1 ədəd yataq otağı pərdəsi - 400 manat
58. 1 ədəd xarici istehsallı paltar yuyan aparat – 1500 manat
59. 1 ədəd ət maşını Tefal- 500 manat
60. 1 ədəd şirə qabı - 150 manat
61. Mətbəx qabları 200 manat
62. 2 ədəd farfor qənd qabı 50 manat
63. 2 dəst farfor meyvə qabı 100 manat
64. Xrustal mürəbbə qabı 50 manat
65. Tozsoran aparat 300 manat
66. Balıqqulaq təsvirli qab 500 manat
Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X3 nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia tam əsaslı deyil. İddianı qismən qəbul edir. Belə ki, hazırki iş üzrə iddianı təmini tədbiri haqqında Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2351/2021 saylı 22.01.2020-ci il tarixli qərarının icrası ilə bağlı icra məmurları Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında olmuş və 15 fevral 2021-ci il tarixdə akt tərtib etmişlər. Yasamal Rayon İcra Şöbəsinin icra məmurlarının iştirakı ilə tərtib olunmuş həmin aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti ev 84 mənzil 115-də aşağıdakı əşyalar olmuşdur. bir dəst yataq mebeli, bir ədəd paltar dolabı (4000 manat), iki ədəd tumba (1.000 manat), bir ədəd komod (1000 manat), bir ədəd bir qapılı dolab (1000 manat), bir ədəd qabaq masa və 8 ədəd stul (4000 manat), 1 ədəd güzgülü komod (4.000 manat), iki ədəd servant (2.000 manat), bir ədəd tumba (1.000 manat), bir dəst çay servis qabları (1.000 manat), 2 ədəd qızılı rəngdə büllur ləpə qabı (500 manat), bir ədəd Çexiya istehsallı büllur güldan (1.000 manat), 3 ədəd farfor meyvə qabı (1.700 manat), 2 ədəd Çexiya istehsallı büllur səbət konfet qabı (700 manat),‘1 ədəd Çexiya istehsallı gül qabı (270 manat), 1 ədəd böyük suvenir saat (2.700 manat), 1 komplekt çəngəl-bıçaq, qaşıq dəsti (1.200 manat), 2 ədəd büllur qablar dəsti (1.700 manat), qazan və tavadan ibarət 3 ədəd dəst (600 manat), mələfə, yastıq üzləri və çexollardan ibarət yataq dəsti (12 ədəddən 6-sı var-1.700 manatın yarısı-850 manat), 8 ədəd süfrə (800 manat), 1 ədəd qabyuyan makina (1.500 manat), 1 ədəd soyuducu (2.700 manat), 18 şamdanlı çilçıraq (1.500 manat), 6 dəst yorğan üzü (500 manat), 4 dəst yun döşək (350 manat), 3 dəst sintetik yorğan (170 manat), 6 dəst yastıq (250 manat), 1 ədəd 3x4 m. ölçüdə xalça (1.500 manat), 1 ədəd 2x3 m. ölçüdə xalça (400 manat), 1 ədəd “Veko” markalı samovar (200 manat), 1 ədəd yataq otağının pərdəsi (450 manat), 1 ədəd qonaq otağının pərdəsi (1.200 manat), 1 ədəd mətbəx pərdəsi (400 manat), 1 ədəd yataq otaq pərdəsi (400 manat), 1 ədəd xarici istehsallı paltar yuyan aparat (1.500 manat), 1 ədəd ‘Tefal" ət maşını (500 manat), 1 ədəd şirə qabı (150 manat), mətbəx qabları (200 manat), 2 ədəd farfor qənd qabı (50 manat), büllur mürəbbə qabı (50 manat), tozsoran aparat (300 manat). Digər əşyalar aşkar olunmamışdır. Odur ki, iddia tələbinin aktda göstərilən evdə olan əşyaların iddiaçıya verilməsi hissəsində təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirdi ki, o, iddiaçının anasıdır. İddia ərizəsində siyahıda göstərilən bütün əşyalar cehiz olaraq qızına verilmiş və qızı cavabdehlərə məxsus mənzildən sonuncu dəfə çıxdıqdan sonra həmin əşyalar orada qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, iddiaçının valideynləri onun qonşularıdır. Cehiz əşyalarının qablaşdırılmasında iştirak etmişdir. Əsasən qab-qacaq əşyalarını o, qablaşdırmışdır. İddiaçı gəlin köçdükdən sonra onların evinə 2 dəfə getmişdir və iddiaçıya verilmiş cehiz əşyalarını həmin evdə görmüşdür. İddiaçı ayrılıb atasının evinə gəldikdən sonra, onun cehiz əşyalarından hansınısa gətirməsini və ya satmasının şahidi olmamış, bu barədə eşitməmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialında olan “X1” MMC-nin 04 iyun 2021-ci il tarixli, 364 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu H.B.Zərdabi prospekti ev 84 mənzil 115-də olan 25 adda cehizlik qab-qacaq və digər cehiz mallarının hazırkı bazar qiyməti nəzəri və təxmini hesablama yolu ilə 15348 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla – fotoşəkillərlə, şahid ifadələri ilə iddia ərizəsində göstərilən əşyaların iddiaçıya valideynləri tərəfindən hədiyyə olunduğu, həmin əşyaların iddiaçının nikaha daxil olduqdan sonra köçdüyü Cavabdeh2 məxsus mənzilə aparıldığı, iddiaçının cavabdehlə boşandıqdan sonra həmin əşyaların həmin mənzildə qaldığı və cavabdehlər tərəfindən iddiaçıya qaytarılmadığı müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq həmin əmlakların qaytarılması tələbi ilə məhkəməyə müravciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia təmin edilsin. Aşağıda göstərilən əşyalar cavabdehlər X13 və Cavabdeh2 alınaraq İddiaçı verilsin:
1. Bir dəst yataq mebeli 4000 manat
2. Bir ədəd paltar dolabı 4000 manat
3. İki ədəd tumba 1000 manat
4. Bir ədəd kamod 1000 manat
5. Bir ədəd bir qapılı dolab 1000 manat
6. Bir ədəd qabaq masa və 8 ədəd stul 4000 manat
7. 1 ədəd güzgülü kamod - 4000 manat
8. İki ədəd servant - 2000 manat
9. Bir ədəd tumba - 1000 manat
10. Bir dəst çay servis qabları - 1000 manat
11. Bir dəst çay servis qabları - 2000 manat
12. Bir dəst farfor yemək dəsti - boşqablar- ədəd - 2000 manat
13. Yemək dəsti-(boşqablar-12 ədəd, kasa 6 ədəd, buludlar 4 ədəd, salat qabı 6 ədəd, 2 ədəd ləpə qabı) - 2500 manat
14. 12 ədəd “Çexiya” istehsallı içki bokalı - 500 manat
15. 12 ədəd böyük füjer-600 manat
16. 12 ədəd kiçik fujer- 250 manat
17. 12 ədəd uzun fujer- 400 manat
18. 12 ədəd böyük festival bokal-fujer 400 manat
19. 2 ədəd qızılı rəngdə xrustal ləpə qabı - 500 manat
20. 2 ədəd farfor qab-500 manat
21. 2 ədəd farfor qızılı, göy rəngdə konfet qabı - 400 manat
22. 2 ədəd Çexiya istehsallı konfet qabı - 1500 manat
23. 1 ədəd Çexiya istehsallı xrustal güldan-1000 manat
24. 3 ədəd üzərində mələk təsviri olan qab - 3000 manat
25. 3 ədəd fiqurlu mələk şəkillə farfor qablar- 2600 manat
26. 3 ədəd farfor meyvə qabı -1700 manat
27. 2 ədəd Çexiya istehsallı xrustal səbət konfet qabı - 700 manat
28. 1 ədəd 3 bucaq böyük meyvə qabı - 450 manat
29. 4 ədəd çexiya istehsallı mürəbbə qabı - 2300 manat
30. 1 ədəd böyük çexiya istehsalı güldan 370 manat
31. 1 ədəd çexiya istehsallı gül qabı - 270 manat
32. 2 dəst göy rəngli almaniya istehsalı meyvə qabı - 3000 manat
33. 2 ədəd ağzı qapaqlı konfet qabı - 1900 manat
34. 1 ədəd göy rəngli xrustal güldan -1300 manat
35. 1ədəd böyük süvenir saat - 2700 manat
36. 2 ədəd göy rəngli qızılı konfet qabı - 600 manat
37. 12 ədəd xrustal stəkan - 360 manat
38. 1 komplekt çəngəl-bıçaq, qaşıq naboru - 1200 manat
39. 2 ədəd xrustal dəst qablar - 1700 manat
40. 3 komplekt qazan, tava dəstləri - 600 manat
41. 12 dəst yataq dəsti çexol, mələfələr, yastıq üzləri - 1700 manat
42. 8 ədəd süfrə - 800 manat
43. 1 ədəd qabyuyan makina - 1500 manat
44. 1 ədəd soyuducu - 2700 manat
45. 18 şamdanlı çilçıraq - 1500 manat
46. 6 dəst yorğan üzü - 500 manat
47. 4 dəst yun döşək - 350 manat
48. 3 dəst sintetik yorğan - 170 manat
49. 6 dəst yastıq - 250 manat
50. 1 ədəd 3x4 ölçüdə xalça 1500 manat
51. 1 ədəd 2x3 ölçüdə xalça 400 manat
52. 1 ədəd 2x2 ölçüdə xalça-350 manat
53. 1 ədəd Beko samovar - 200 manat
54. 1 ədəd yataq otağının pərdəsi - 450 manat
55. 1 ədəd qonaq otağının pərdəsi - 1200 manat
56. 1 ədəd mətbəx pərdəsi - 400 manat
57. 1 ədəd yataq otağı pərdəsi - 400 manat
58. 1 ədəd xarici istehsallı paltar yuyan aparat – 1500 manat
59. 1 ədəd ət maşını Tefal- 500 manat
60. 1 ədəd şirə qabı - 150 manat
61. Mətbəx qabları 200 manat
62. 2 ədəd farfor qənd qabı 50 manat
63. 2 dəst farfor meyvə qabı 100 manat
64. Xrustal mürəbbə qabı 50 manat
65. Tozsoran aparat 300 manat
66. Balıqqulaq təsvirli qab 500 manat Siyahıda göstərilən əşyaların qaytarılması mümkün olmadıqda onların dəyəri cavabdehlər X13 və Cavabdeh2 tutularaq İddiaçı verilsin. İddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova