Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-7616/2021 03.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı2 İnqilab qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Cavabdeh3 qarşı Maraqlı şəxs cəlb edilməklə alqı-satqı müqaviləsinin ləğv olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçılar İddiaçı2 İnqilab qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və İddiaçı2 İnqilab qızı arasında bağlanmış 03.11.2021-ci il tarixli AN-İ ******* saylı 4Ə-1793 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi və 100 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 150.1.6-cı maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilənin 19-cu bəndində göstərilir ki, tərəflərin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Lakin iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı2 İnqilab qızı alqısatqı müqaviləsinin ləğvi ilə bağlı Cavabdeh1 təklif göndərilməsinə və həmin təklifin cavabdeh tərəfindən alınmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, iddiaçılar qanunla nəzərdə tutulmuş, cavabdehlərlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət etməmişlər. Beləliklə, iddia ərizəsi geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal rayon məhkəməsinə şikayət verə bilərlər. Hakim Təhminə Xəlilova İş № 2(004)-7616/2021 MƏHKƏMƏDƏN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Yasamal rayon məhkəməsi Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçılar İddiaçı2 İnqilab qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Kontoru və Cavabdeh3 qarşı maraqlı şəxs Maraqlı şəxs cəlb edilməklə alqısatqı müqaviləsinin ləğv olunması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 03 dekabr 2021-ci il tarixdə saat 14.30-da Bakı şəhərində, məhkəmənin binasında nəzərdən keçirərək məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim Prosessual hərəkət saat 14:50-də başa çatdı. Protokol 03 dekabr 2021-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-7616/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-7616/2021
03.12.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver