Məhkəmə qərarları › İş №2(004)-803/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-803/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-803/2021 30.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi Nəcad-X5, onun nümayəndəsi və eyni zamanda vəkili X6, cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan 11545 manat dəyərində cehiz əmlaklarının və 14000 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə xx xxxx 2020-ci il tarixdə rəsmı nikaha daxil olaraq anası X2 ilə birgə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 197/199, 20 saylı mənzilə cehiz əmlaklarını yerləşdirməklə həmin ünvana gəlin köçmüşdür. Birgə nikahlarından uşaqları olmamışdır. İlk vaxtlar münasibətləri normal olsa da, lakin sonradan pozulmuşdur. Hazırda valideynlərinin yanında yaşayır. Birgə yaşamaqları mümkün olmadığından nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cehiz və qızıl-zinət əşyaları cavabdehlərdə qalsa da onları tələb etməyinə baxmayaraq vermirlər. Cavabdehlərin hərəkətlərini qanunsuz hesab elədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərdə olan cehiz əmlakları və qızıl-zinət əşyaları aşağıdakılardan ibarətdir: dəyəri 3332 manat olan yataq otağı üçün mebel dəsti; dəyəri 289 manat olan Samsung markalı tozsoran; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütü; dəyəri 102 manat olan buxarlı ütü; dəyəri 120 manat olan duxovka (tok peçi); dəyəri 267 manat olan TEFAL markalı blender; dəyəri 69 manat olan mikser; dəyəri 379 manat olan MOULİNEXX HV 10 markalı ətçəkən maşın; dəyəri 110 manat olan ütü stolu; dəyəri 110 manat olan obednıy servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkan; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkan; dəyəri 19 manat olan 6 ədəd fujer bakal; dəyəri 16 manat olan 6 ədəd su bakalı; dəyəri 15 olan 6 ədəd kofe bakalı; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabı; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəki (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəki (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəki; xörək qaşığı, çəngəl, bıçaq, çay qaşığı, aş qaşığı, lapatka salat üçün, mürəbbə qaşığı, dolma qaşığı, iti bıçaqlar, maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları; dəyəri 100 manat olan 4 ədəd balaca qazan; dəyəri 95 manat olan 2 ədəd tava (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazan (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabı; dəyəri 210 manat olan 2 ədəd xalça; dəyəri 205 manat olan 3 ədəd süfrə (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsi; dəyəri 50 manat olan əl-üz dəsmalları; dəyəri 480 manat olan 10 ədəd pastellər (ağ mirvari dəst, ağ dəst); dəyəri 946 manat olan dəst-şampan rəngli, blu marin, qızılı dəst, qırmızı dəst, yasəmən dəst, sarı dəst, boz dəst; dəyəri 140 manat olan 3 ədəd pakrıval; dəyəri 170 manat olan 3 ədəd yastıq; dəyəri 60 manat olan 1 ədəd yorğan; dəyəri 280 manat olan pərdələr dəst; dəyəri 85 manat olan çaynik (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çayniki; dəyəri 280 manat olan 2 ədəd əl sumkasının (üstü mexli və qırmızı); dəyəri 2000 manat olan 3 ədəd toy qiyafətləri; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı; dəyəri 31 manat olan 5 ədəd tort bişirən qablar (balaca, orta, açılıb bağlanan); dəyəri 50 manat olan çay dəsmalları; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı; dəyəri 10 manat olan 1 ədəd blinçik tavası; dəyəri 180 manat olan şamlı şüşə qazan tava; dəyəri 30 manat olan 4 ədəd domaşnik; dəyəri 80 manat olan 1 ədəd çəkmə və dəyəri 14000 manat olan ağ qızıl dəst. İşə məhkəmədə baxıldığı vaxt iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, dəyəri 3332 manat olan yataq otağı üçün nəzərdə tutulan "Elegance" adlı ağ mebel dəstinin (şifoner, taxt ,iki tumbo,trumo); dəyəri 289 manat olan Samsung markalı tozsoranın; dəyəri 229 manat olan Tefal markalı buxarlı ütünün; dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütünün; dəyəri 120 manat olan Türkiyə istehsalı Elif markalı duxovkanın (tok peçi); dəyəri 267 manat olan TEFAL markalı blender naborunun; dəyəri 69 manat olan mikserin (tort); dəyəri 379 manat olan MOULİNEXX HV 10 markalı ətçəkən maşının; dəyəri 110 manat olan ütü stolunun (açıq mavi rəngində); dəyəri 110 manat olan Qızıl gül naxışlı obednıy servizin (mətbəx); dəyəri 90 manat olan 12 ədəd xrustal böyük stəkanın; dəyəri 70 manat olan 12 ədəd xrustal armudu stəkanın; dəyəri 19 manat olan 6 ədəd göy rəngli fujer bakalın; dəyəri 16 manat olan 6 ədəd su bakalının; dəyəri 15 manat olan 6 ədəd kofe bakalının; dəyəri 30 manat olan 2 ədəd şüşə qənd qabının; dəyəri 98 manat olan 12 ədəd böyük nəlbəkinin (qızılı); dəyəri 70 manat olan 12 ədəd armudu nəlbəkinin (qızılı); dəyəri 35 manat olan 12 ədəd mürəbbə qabı nəlbəkinin (qızılı); dəyəri 7 manat olan 6 ədəd şüşə mürəbbə nəlbəkinin; dəyəri 400 manat olan 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtalarının; dəyəri 100 manat olan 4 ədəd balaca qazanın; dəyəri 95 manat olan 2 ədəd tavanın (içi ağ); dəyəri 45 manat olan 1 ədəd qazanın (içi ağ); dəyəri 18 manat olan 6 ədəd şüşə limon qabının; dəyəri 210 manat olan 2 ədəd ipək xalçanın (İran istehsalı); dəyəri 205 manat olan 3 ədəd süfrənin (tül); dəyəri 120 manat olan 4 ədəd hamam qətvəsinin; dəyəri 50 manat olan əl-üz dəsmallarının; dəyəri 160 manat olan ağ atlas; dəyəri 210 manat olan Blu marin (şhanpan rəngində); dəyəri 250 olan qızılı dəst; dəyəri 180 manat olan qırmızı dəst; dəyəri 180 manat olan yasəməni rəng dəst; dəyəri 70 manat olan boz dəst; dəyəri 70 manat olan sarı yaşıllı dəst pastel dəstlərinin; dəyəri 280 manat olan ağ üstü mirvari dəst; dəyəri 140 manat olan 3D qəhvəyi güllü dəst; dəyəri 100 manat olan boz rəngində yun dəst; dəyəri 180 manat olan ağ (Blu Marin) dəst; dəyəri 100 manat olan Vilur (açıq qəhvəyi) yataq örtüklərinin; dəyəri 280 manat olan decor tül günlük pərdə dəstinin; dəyəri 170 manat olan 3 ədəd yastığın; dəyəri 60 manat olan 1 ədəd yorğanın; dəyəri 85 manat olan çaynikin (ana bala); dəyəri 15 manat olan 1 ədəd dəm çaynikinin; dəyəri 200 manat olan əl sumkasının (üstü mexli qara); dəyəri 80 manat olan qırmızı əl sumkasının; dəyəri 300 manat olan uzun qara rəngində toy qiyafətinin; dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafətinin; dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafətinin; dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabının; dəyəri 5 manat olan orta boy, dəyəri 6 manat olan 2 ədəd balaca, dəyəri 5 manat olan 1 ədəd yığılan tort bişirən qabların; dəyəri 50 manat olan çay dəsmallarının; dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabının; dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabının; dəyəri 10 manat olan 1 ədəd blinçik tavasının; dəyəri 180 manat olan şamlı şüşə qazan tavanın; dəyəri 30 manat olan 4 ədəd domaşnikin; dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmənin; dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzinin (açıq yaşıl rəngində); dəyəri 250 manat olan 2 ədəd ləpə qabının; dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabının; dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabının; dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabının; dəyəri 100 manat olan 1 ədəd meyvə qabının; cəmi 13024 manat dəyərində cehiz əmlaklarının və dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin, ümumilikdə 27024 manat dəyərində cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 qızı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, tərəflər arasında nikah 2020-ci ilin mart ayında bağlanmış və qızı Günel cavabdehlərə məxsus mənzili 2020-ci ilin avqust ayında tərk eləmişdir. Yusif iki ayın gəlini olan qızını döymüş, ona qarşı kobud davranmışdır. Qızı cavabdehlərlə birlikdə eyni mənzildə yaşamışdır. Cavabdeh1 ona zəng edərək, qızının aparmağını, oğlunun isə düzəlməyəcəyini bildirmişdir. Cavabdeh1 qızına məxsus qızıl-zinət əşyalarını özünə məxsus xüsusi seyfdə saxlayırdı. O, qızını cavabdehlərə məxsus mənzildən apararkən qızının üzərində gündəlik taxdığı qızıllar və 2-3 paket şəxsi geyim əşyaları olmuşdur. Qızı evi tərk edərkən, özü ilə başqa əşyalar götürməmişdir. Belə ki, iddiaçı evi boşanmaq niyyəti ilə tərk etməmişdir. Qızı ilə yoldaşı arasında əvvəl də, söz-zöhbətlər olmuş, cavabdeh barışmaq məqsədi ilə onu götürərək Novxanı kəndində bağ evinə aparmış, orada da aralarında olan münasibət düzəlmədiyindən iddiaçı bir-başa ata evinə qayıtmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili X12iddiaçının nümayəndəsi ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiqlə və əlavə olaraq bildirdi ki, iddiaçı Cavabdeh2 nikaha daxil olaraq, cavabdehlərə məxsus mənzilə gəlin köçmüşdür. Gəlin köçməmişdən qabaq da, cavadbehlərə məxsus mənzilə cehiz əşyalarını gətirmişdir. İddia ərizəsində qeyd edilmiş cehiz əşyaları iddiaçının valideynləri tərəfindən alınmış və onlara küllü miqdarda pul xərclənmişdir. Lakin həmin malların alınmasına dair bütün qəbzlər iddiaçı tərəfindən saxlanılmamışdır. Belə ki, heç bir insan boşanmaq üçün ailə qurmur və gəlin gəldiyi mənzilə cehiz əşyalarını akt tərtib edərək yerləşdirmiş, Eləcə də, iddiaçı gətirdiyi cehiz əşyalarının alınma qəbzlərini saxlamamışdır. Bundan başqa iddiaçı anasıgilə qayıdarkən onun üzərində gündəlik istifadə etdiyi qızıl-zinət əşyaları olmuşdur. Digər hədiyyəlik kimi verilmiş bahalı zinət əşyaları cavabdehlərə məxsus mənzildə olan seyfdə saxlanılmışdır. Bütün bu dediklərini onların məhkəməyə təqdim etdikləri şahidlər də öz ifadələri ilə təsdiq edə bilərlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və eyni zamanda vəkili X7 iddia tələbini qismən etiraf edərək bildirdi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi kimi hazırlıq iclasında bildirdiyi kimi tərəflərindən iddia qismən qəbul edilmişdir. Belə ki, iddia ərizəsində qeyd olunan 62 adda müxtəlif məişət əşyalarından Yasamal icra və Probasiya şöbəsinin əməkdaşının tərtib etdiyi xx.xx.2021-ci il tarixli aktı ilə müəyyənləşən (akta daxil olmayan) ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalı iddiaçı tərəfindən cavabdehin yaşayış yerini tərk edən zaman götürülməmişdir və iddiaçıya məxsusdur. Qeyd etmək istəyir ki, məhkəmədə iddia qaldıranadək evdə yer tutduğu üçün dəfələrlə iddiaçıdan əşyaların götürülməsi xahiş olunsa da, iddiaçı bu istiqamətdə heç bir addım atmamışdır. Cavabdeh isə sözügedən əşyaları ilkin yerləşdirildikləri otaqda toxunmadan saxlamış, istifadə etməmişdir. Lakin əşyaların əksəriyyəti iddiaçı evi tərk etməzdən öncə onun istifadəsində olmasına, qeyd olunan əşyaların həm yararlı, həm də yararsız olduğu halda, amartizasiya dəyərlərini nəzərə almadan onlara xəyali qiymət müəyyənləşdirilmişdir. İddiaçı ərizədə qeyd olunan 63 adda əşyalar üçün müəyyənləşdirdiyi 13024 manat məbləğində dəyərdə olduğunu sübut edəcək heç bir qəbz, sənəd və başqa sübutu məhkəməyə təqdim etməmişdir. Bu barədə sual yönəltdikdə isə “bütün aldıqları bahalı mallardı, mən qızıma nacaq brend mallar almışam” deyə mücərrəd cavabla kifayətlənməkdədir. Habelə iddiaçı ərizədə qeyd olunan lakin cavabdehlərin yaşayış yerində və sərəncamında olmayan, onlar tərəfindən saxlnılmayan əşyaların iddiaçı tərəfindən həqiqətən satın alınması və ya nikahdan öncə onun mülkiyyətində olması barədə məhkəməyə heç bir maddi sübut təqdim etməmişdir. Yenə də, iddiaçı sözügedən əşyaların (akta daxil olmayan) cavabdehin ünvanında olması və ya onlar tərəfindən istifadə olması barədə də, məhkəməyə maddi sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycanın toy adətlərinə “ev bəzədilməsi” kimi bir adətdə daxildir. Hansında ki, “qız evi” qızın cehizlərini “oğlan evi”ndə yerləşdirir, evi bəzəyir və təbii ki, müasir dövrdə bu zaman foto-video çəkilişdən istifadə olunur və ya ən azından iştirakçılardan kimsə şəxsi telefonu ilə foto çəkir. Belə olan təqdir də, iddiaçıdan ən azından bir belə fotonu məhkəməyə təqdim etməsini tələb etdikləri halda iddiaçı bunu edə bilməmişdir. Bunun səsəbi isə Cavabdeh1 və həmin zaman evdə olan digər şahidlər bildirdiyi kimi əşyalar (akta daxil olmayan) cavabdehlərin ünvanına iddiaçı və onun anası tərəfindən gətirilmişdir, onların yanında başqa heç kəs olmamış, əşyalar bu şəxslər tərəfindən otağa yerləşdirilmişdir. Əgər iddiaçı bunun əksini iddia edirsə MPM-yə uyğun olaraq sübutların məhkəməyə təqdim olunmasını xahiş edir. İddia ərizəsində yer alan dəyəri 14000 manat dəyərində zinət əşyalarına dair isə bildirmək istəyir ki, sözügedən zinət əşyaları (bazar dəyəri iddia ərizəsində göstərilən qiymətdən çox aşağıdır) həqiqətəndə cavabdeh tərəfindən iddiaçıya toy, nişan və doğum günü hədiyyəsi kimi verilmişdir. Hədiyyə verildiyi andan sözügedən bütün zinət əşyaları cavbdehlərin istifadəsində olmamış və onlar tərəfindən saxlanılmamışdır. İddiaçı bunun əksini iddia etsə də, məhkəməyə bununla bağlı sübut təqdim edə bilməməkdədir. Məhkəmənin diqqətini xüsusi ilə iddaçının evi tərk etdiyi məqamə kəçmək istəyir. İddiaçı evi tərk edən zaman evdə heç kəs olmamış, hər iki cavabdeh iş yerlərində olduğundan iddiaçı evdə tək olmuşdur. Yenə də, iddiaçının nümayəndəsinin öz izahatında bildirdiyi kimi iddiaçını evdən valideyinləri götürmüşdür və iddiaçı evi tərk edən zaman özünün şəxsi geyim əşyalarını da, özüylə götürmüşdür. Göründüyü kimi iddiaçı sərbəst surətdə heç bir maneə ilə qarşılaşmadan evi tək etmişdir və şəxsi əşyalarını da, özü ilə aparmaq imkanına malik olmuşdur. Belə olan halda təbii olaraq ortaya sual çıxır ki, əgər zinət əşyaları evdəydisə niyə İddiaçı evi tərk edən zaman zinət əşyalarımda digərləri ilə birlikdə götürməmişdir ?! Bu suala cavab olaraq isə iddiaçının nümayəndəsi “Cavabdeh1 toydan sonra ziynət əşyalarını Güneldən alaraq evdə ki, seyfdə saxlayırdı və açarı Güneldə yox idi.” cavabını verməkdədir. Lakin iddianı həmişəki kimi MPM-in tələblərini kənara qoyaraq evdə seyf olduğunu və Cavabdeh1 ziynət əşyalarını orada saxladığını sübut etmək vəzifəsindən imtina edir. Şahidlərlə əlaqədar bildirmək istəyir ki, şahid kimi məhkəmədə izahat verən heç bir şahid iddiaçının iddiasını təsdiq etməmiş və iddiaçı kimi konkret hallarla bağlı mücərrəd və qeyri-dəqiq cavablar vermişlər. Belə ki şahid Roman Nəsirov izahatında, iddiaçının qonşusu olduğunu, cehiz əşyalarını 166 xidmətindən istifadə edərək cavabdehlərin ünvanına apardığını, mənzilin dəhlizində yerləşdirdiyini, evin Yasamal rayonunda, mənzilin binanın ikinci mərtəbəsində sağ tərəfdə yerləşdiyini bildirir. Lakin onun tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmişdir. Şahid təxminən neçə sayda əşyaların olduğunu xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana gəldiyini bildirsə də, avtomobilin kuza ölçüsünü xatırlamır, ərizədə qeyd olunan televizor, tozsoran, duxovka (soba), mikrodalğalı soba kimi mənzilə yerləşdirdiyi əşyaların növü barədə karobkalarda olduqları üçün barədə dəqiq məlumat verə bilmədiyini qeyd edir. Halbu ki, qeyd olunan əşyalar xüsusi forma və ölçüyə malik qutularda yerləşdirilirlər və onların üzrərində müvafiq fotoları təsvir olunur. X19 izahatında iddiaçının qonşusu və şahid arvadı olduğunu, iddia ərizəsində qeyd olunan əşyaların bəzi tekstil məhsullarının Sədərək TM-dən alınmasında iştirak etdiyini, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini, ərizədə qeyd olunan bütün əşyaları xatırlamadığını, amma televizor, tozsoran, duxovka (soba), 2 ütü və tekstil məhsullarının qablaşdırılmasında iştirak etdiyini, habelə evin bəzdilməsi üçün cavabdehin ünvanın olduğunu təsdiq edir. Lakin tərəfindən ona ünvanlanan suallara verdiyi cavablarda ziddiyətli və aydın olmayan hallar mövcuddur. Şahid evin Yasamal rayonunda hansı ünvanda və ya nəyin yanında yerləşdiyini təxminən də olsa təsvir edə bilməmiş, mənzildə əşyaların yerləşdirildiyi otağın quruluşunu, mənzildəki yerini və əşyaların otaqda necə yerləşdirildiyini təsvir edə bilmir, xatırlamır. Şahid təxminən neçə sayda əşyaların olduğunu və markalarını xatırlamır, 166 xidmətinin avtomobili ilə ünvana göndərildiyini bildirsə də, avtomobilin kuza ölçüsünü təsvir edə bilmir, əşyların arasında televizorun olduğunu bildirsə də, iddia ərizəsində televizor qeyd edilməmişdir. Digər şahid Arzu Fərhadova izahatında iddiaçının qonşusu olduğunu, iki ilə yaxın müddətdə qonşuluqda kirayə tutduğu evdə yaşadığını, əşyaların cavabdehin ünvanına göndərilməzdən əvvəl iddiaçının evində qablaşdırılmasında iştirak etdiyini bildirmişdir. Lakin ona ünvanlanan suala cavab olaraq iddia ərizəsi ilə məhkəmədə izahat verməmişdən öncə tanış olduğunu, əşyaların siyahısını və növünü gördüyünü bildirmişdir. Belə olan halda şahidin bitərəfliyinə və məhkəməyə ona məlum olan faktiki hallar barədə dürüst məlumat verdiyinə etibar edilə bilməz. Qeyd edilənlərə əsasən ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalının cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarlmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında bildirmişdir ki, o, iddiaçının qonşusudur və eyni binada yaşayırlar. İddiaçının cehizi gəlin köçdüyü evə aparılarkən o da, iştirak etmişdir. 166 daşınma xidmətinin maşınında o da, getmişdir. Qutuların, çemodanların evə daşınmasında köməlik etmişdir. Lakin iddiaçıya məxsus cehiz əşyalarının açılmasında iştirak etməmişdir. İddiaçının atası evinə qayıtması barədə məlumatı vardır. Cavabdehlər iddiaçıya məxsus cehiz əşyalarını onun özünə qaytarmamışdırlar. Əgər iddiaçıya məxsus cehiz əşyaları qaytarılsa idi, bundan məlumatı olardı. Şahid ona veril əlavə suallarla bağlı bildirdi ki, iddiaçının gəlin getdiyi evin dəqiq ünvanını xatırlamır. Belə ki, həmin evə cəmi 1 dəfə getmişdir. İddiaçıya məxsus cehizlər toydan təxminən 1 həftə, 10 gün qabaq cavabdehlərə məxsus mənzilə aparılmışdır. Tərəflərin toyları 2020-ci ilin mart ayında olmuşdur. İddiaçıya məxsus cehiz əşyalarının olduğu bağlamaları evin dəhlizinə qədər daşımışdır. Əşyalar bağlı qutularda olduğu üçün içində nə olduğunu bilmir, lakin tozsoran və ütünü xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, o, iddiaçı ilə qonşudur. Günel üçün bütün cehiz əşyaları anası Fəxriyyə xanımla birlikdə almışlar. Fəxriyyə xanım qızı üçün ən bahalı əşyaları almışdır. Deyirdi ki, onun bir qızı vardır və onun üçün hər şeyin ən bahalısını almalıdır. Texniki əşyaların hamısını İrşad Telekomdan almışlar. Lakin markaları yadında deyildir. Qab qacağın əksəriyyətini isə Sədərək Ticarət Mərkəzindən almışdır. Bütün əşyalar nişandan sonra, toydan əvvəl alınmışdır. Cehiz əmlakları Günelin gəlin köçdüyü evə aparılarkən həyat yoldaşı da, iştirak etmişdir. 166 daşınma xidmətinin maşınında yoldaşı da getmiş və yüklərin evə daşınmasında köməlik etmişdir. Cehiz əşyalar toydan təxminən 1 həftə, 10 gün qabaq 166 daşınma xidmətinin maşınında aparılaraq cavabdehə məxsus mənzildə yerləşdirilmişdir. İddiaçıya alınmış cehiz əşyalarının heç biri yerli istehsal olmamışdır. O, həmin əşyaların qablaşdırılmasında və cavabdehlərə məxsus mənzildə açılıb yerləşdirilərkən şəxsən iştirak etmişdir. Günelə xınayaxdı mərasimində qızıllar hədiyyə edilmiş, qız toyunda isə ağ qızıl brilliyant taxılmışdır. Lakin iddiaçı atası evinə qayıdan zaman qızılları sonuncuda görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, o, iddiaçı ilə qonşudur və gediş-gəlişləri vardır. Gülelin toyunda iştirak etməmiş, lakin evində olmuşdur. Toydan 3-4 gün qabaq evdə hazırlıq işləri görülərkən iştirak etmişdir. Cehiz əşyaların qablaşdırılmasında iştirak etmiş, lakin əşyalar alınan zaman iştirak etməmişdir. 2020-ci ilin avqust ayında Günel döyülərək atası evinə qayıtmışdır. Güleni valideynləri evə gətirmişdir. Həmin vaxt o da, iddiaçının valideynlərinin evində idi. Günelin qablarını, ütüsünü və digər əşyalarını görmüşdür. Mətbəxdə istifadə olunan qabları bəzəkli qablar idi. İddiaçı evdən gəlin çıxarkən o da, onların evində olmuş və Günelin qaynanasının yolka şəklində olan qızılları nümayiş etdirərək Günelin üzərinə taxdığının şahidi olmuşdur. O iddia ərizəsi ilə tanışdır və ərizədə qeyd edilən əşyaların həqiqətəndə alındığını təsdiq edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Səadət Sarayı tərəfindən verilmiş nikahın bağlanması haqqında xx.xx.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 ilə X15 qızı arasında xx.xx.2020-ci il tarixdə Səadət Sarayında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 227 nömrə ilə qeyd edilmişdir. - Zəmanət talonundan görünür ki, X18 oğlu tərəfindən xx.xx.2017-ci il tarixdə alınmış satış qiyməti 229 manat olan 1 ədəd Tefal buxarlı ütü və satış qiyməti 379 manat olan Moulinexx ət çəkən üçün 2 illik zəmanət verilmişdir. - Zəmanət talonundan görünür ki, X18 oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə alınmış satış qiyməti 289 manat olan 1 ədəd Samsung tozsoran üçün 1 illik zəmanət verilmişdir. - Saloğlu MMC-nin xx.xx.2020-ci il tarixli sifariş formundan görünür ki, X15 qızı dəyəri 3044 manat olan 1 ədəd Elegance elit çarpayı və dəyəri 288 manat olan Rio matrasını sifariş verərək, ümumilikdə 3332 manat məbləğində ödəniş etmişdir. - Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, cavabdehlərə məxsus mənzildə məhkəmə qərardadında qeyd edilmiş iddiaçıya məxsus Samsung markalı tozsoran, Tefal markalı buxarlı ütü, dəyəri 102 manat olan GARMENT STEAMER markalı buxarlı ütü, Türkiyə istehsalı Elif markalı duxovka (tok peçi), TEFAL markalı blender naboru, mikser (tort), MOULİNEXX HV 10 markalı ətçəkən maşın, Qızıl gül naxışlı obednıy serviz (mətbəx ), 12 ədəd xrustal böyük stəkan, 12 ədəd xrustal armudu stəkanı, 6 ədəd göy rəngli fujer bakal, 6 ədəd kofe bakalı, 12 ədəd böyük nəlbəki (qızılı), 12 ədəd armudu nəlbəki (qızılı), 12 ədəd mürəbbə qabı nəlbəki (qızılı), 6 ədəd şüşə mürəbbə nəlbəki, 18 ədəd xörək qaşığı, 18 ədəd çəngəl, 18 ədəd bıçaq, 18 ədəd çay qaşığı, 4 ədəd aş qaşığı, 3 ədəd lapatka salat üçün, 6 ədəd mürəbbə qaşığı, 4 ədəd dolma qaşığı, 4 ədəd iti bıçaqlar, 3 ədəd plasmas, 1 ədəd taxta maşa, taxta qaşıqlar, çömçələr, limon vilkası, sarımsaqəzən, tort lapatka və bıçağı, bıçaq itiləyən, ət döyən, qənd doğrayan, göyərti taxtaları, 1 ədəd yorğan, dəyəri 15 manat olan 1 ədəd dəm çayniki, dəyəri 200 manat olan əl sumkası ( üstü mexli qara ), dəyəri 1000 manat olan uzun qırmızı-qəhvəyi rəngində toy qiyafəti, dəyəri 700 manat olan uzun ağ-boz qarışıq rəngində uzun toy qiyafəti, dəyəri 75 manat olan 2 ədəd şüşə duxovka qabı, dəyəri 6 manat olan 2 ədəd şüşə çərəz qabı, dəyəri 7 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 5 manat olan 1 ədəd şüşə tort qabı, dəyəri 10 manat olan 1 ədəd blinçik tavası, dəyəri 180 manat olan şamlı şüşə qazan tava, dəyəri 30 manat olan 2 ədəd domaşnik, dəyəri 80 manat olan 1 ədəd nabuk (boz yaşıl) çəkmə, dəyəri 55 manat olan mətbəx üçün elektron tərəzi (açıq yaşıl rəngində), dəyəri 250 manat olan 2 ədəd ləpə qabı, dəyəri 300 manat olan 2 ədəd iki mərtəbəli şirniyyat qabı, dəyəri 200 manat olan 2 ədəd ayaqlı şirniyyat qabı, dəyəri 150 manat olan 2 ədəd iç-içə 3 dənəli çərəz qabı, dəyəri 100 manat olan 1 ədəd meyvə qabı, dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəsti aşkar edilməmişdir. İşin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, Nəccad_X17 ilə Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə Səadət Sarayında nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İddiaçı cavabdehlərə qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 27024 manat dəyərində cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçının gəlin köçərkən apardığı cehiz əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılmasını hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə cavabdehlərin etiraf etdiyi miqdarda tutulmalıdır. Belə ki, məhkəmə iclasında cavabdehlərin nümayəndəsi xx.xx.2021-ci il tarixli aktı ilə müəyyənləşən (akta daxil olmayan) ağ mebel dəsti; ütü stolu; pərdə; 6 kofe stəkanı; 6 su bakalı; 3 yastıq; 2 ədəd natamam postel; boz rəngdə billura oxşayan odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə; 3 ədəd (2 balaca, 1 böyük) tort bişirən qab; 2 ədəd doğrama taxtası; 2 ədəd bıçaq; tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; qapağı işləməyə soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalı iddiaçı tərəfindən cavabdehin yaşayış yerini tərk edən zaman götürülməməsini etiraf etmiş və sadalanan əşyaların hazırda da, cavabdehə məxsus mənzildə olduğunu bildirmiş, iddiaçı tərəflər isə bunun əksini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən, Bakı şəhəri Yasamal rayonu İcra şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktı da, nəzərə alır. Belə ki, sözü gedən mənzildə iddiaçıya məxsus iddia ərizəsində qeyd edilmiş və müvafiq məhkəmə qərardadında göstərilmiş əmlakların aşkar edilməməsi müəyyən edilmişdir. Bundan başqa məhkəmə həmçinin iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında dindirilmiş şahid ifadələrinə də tənqidi yanaşaraq, həmin ifadələri inandırıcı hesab etmir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının özünə məxsus əmlakları cavabdehin qanunsuz sahibliyindən geri tələb etmək hüququ olduğundan, ona məxsus olan və cavabdehlər tərəfindən etiraf edilən ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd Elif markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakları cavabdehlərin qanunsuz sahibliyində olduğundan, həmin əmlaklar cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəyəri 14000 manat olan De Grisoqono markalı İtalyan istehsalı olan 50 qramlıq, 750 problu ağ qızıl briliant (sırğa, sep klonuyla, üzük, qolbaq) dəstin cavabdehlərdən alınaraq iddiaçıya qaytarılması hissəsinə münasibətdə hesab ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehlərə məxsus mənzili ailə-məişət münaqişəsi zəminində evi ani olaraq tərk etmədiyindən, sonuncu qeyd olunan şəraitdə qızıl-zinyət əşyalarının götürməsi imkanına malik olmuşdur. Belə ki, məhkəmə iclasında tərəflərin etirafedici izahatları ilə müəyyən edilmişdir ki, tərəflərin aralarında olan münasibətlər pisləşdiyinə görə, iddiaçı cavabdehlərin evdə olmadığı vaxt öz valideynlərini zəng edərək, onun gəlib götürmələrini xahiş etmiş və valideynləri ilə birlikdə onlara məxsus mənzilə geri qayıtmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3, 217.4 və 77.1-ci maddələrinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “X3” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbinin qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd Elif markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakı alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ağ rəngli yataq mebel dəsti (şifoner, taxt, iki tumbo, trumo); 1 ədəd ütü stolu; 1 ədəd dəst pərdə (dekor, tül, günlük); 6 ədəd kofe stəkanı; 6 ədəd su bakalı; 3 ədəd yastıq, 1 ədəd sarı yaşıllı postel dəsti; 1 ədəd natamam qırmızı postel dəsti; 1 ədəd boz rəngli yun (billura oxşayan) odeal; 1 ədəd içi ağ qazan; 1 ədəd içi ağ tava; 3 ədəd kiçik şüşə qapaqlı qazan; 1 ədəd çaynik 1 ədəd dəmliklə birlikdə (anabala- 1 ədəd çaynik və 1 ədəd dəmlik); 3 ədəd tort bişirən qab (2 balaca, 1 böyük); 2 ədəd doğrama taxtası (plastmas və taxta); 2 ədəd bıçaq; 1 ədəd tort kəsən və lapatası; 2 ədəd kiçik şüşə çərəz qabı; 2 ədəd şüşə qənd qabı; 1 ədəd Elif markalı soba; 3 ədəd əl-üz dəsmalı və 5 ədəd çay dəsmalından ibarət cehiz əmlakı alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar