Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-835/2021 14.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı “əmək haqqı və gecikmə faizinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin iyun ayı üçün əmək haqı 370 manat, gecikmə faizi 411 manat, cəmi 781 manat, iyul ayı üçün əmək haqqı 909 manat, gecikmə faizi 727 manat, cəmi 1636 manat, avqust ayı üçün əmək haqqı 664 manat, gecikmə faizi 325 manat, cəmi 989 manat ödənilməmiş əmək haqqı, 30 manat dövlət rüsumu, ümumilikdə 3436 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “X1 Mərkəzi” MMC-dən 2020-ci ilin iyun ayından etibarən yekun məhkəmə qərarı qəbul edilən günədək ödənilməmiş əmək haqqının və gecikmə faizinin onun xeyrinə tutulması barədə qətmamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, xx xxxx 2020-ci il tarixində "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə baş mühasib vəzifəsinə qəbul edilmişdir. Əmək haqqı 1000 manat qəbul edilmişdir. İşlədiyi dövrdə özünə aid bütün mühasibatlıq işlərini görmüşdür. xx xxxxxx 2020-ci il tarixdə ona zəng edilərək bildirilmişdir ki, şirkət başqa şəxslərə satılmış, ofis başqa ünvana köçürülmüşdür. O, yeni ünvanı soruşduqda ona bildirilmişdir ki, artıq şirkətə yeni baş mühasib təyin olunmuşdur, ona görə də ünvanı deyə bilmirlər. O dəfələrlə müdriyyətə zəng edib ünvanı öyrənmək və bu məsələyə aydınlıq gətirilməsinə çalışsa da, cəhdləri boşa çıxmışdır. Beləliklə, o, yeni iş axtarmaq üçün işdən çıxma ərizəsi yazmağa məcbur olmuş və xx xxxxxx 2020-ci il tarixində işdən çıxma ərizəsi ilə müdriyyətə müraciət etdikdə ərizəsi qəbul edilmişdir. Lakin sonradan əmək kitabçasında işdən çıxma günü xx.xx.2020-ci il qeyd olunmuş, e-gov.az portalında isə onu xx.xx.2020-ci il tarixindən işdən azad etmişlər. İşdən çıxmağına baxmayaraq, işlədiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək haqqını almamışdır. Şirkətin ona iyun ayı üçün əmək haqqı - 370 manat, gecikmə faizi 41 1 manat, cəmi 781 manat: iyul ayı üçün əmək haqqı - 909 manat, gecikmə faizi 727 manat, cəmi 1636 manat: avqust ayı üçün əmək haqqı - 664 manat, gecikmə faizi 325 manat, cəmi 989 manat borcu vardır. 2020-ci ilin iyun ayından başlayaraq yekun məhkəmə qərarı qəbul edilən günədək ödənilməmiş əmək haqqının və gecikmə faizinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddiaçının bildirdiyinə görə ona əmək haqqı cavabdeh tərəfindən təqsirli olaraq gecikdirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən və rəsmi elektron sistemdən görünür ki, iddiaçı əvvəlki direktor Şahid tərəfindən işə götürülmüş və onun dövründə işləmişdir. Onlarda olan ərizəsindən və məhkəməyə təqdim etdiyi əmək kitabçasından görünür ki, iddiaçı öz istəyi ilə keçmiş direktor Şahid tərəfindən işdən azad edilmiş və sonuncunun yerinə təsisçi tərəfindən xx.xx.2020-ci il tarixdə X3 təyin edilmişdir. Ona görə də iddiaçının nə üçün işdən çıxması, əmək haqqının tam verilib-verilməməsi və ümumiyyətlə vaxtında son haqq-hesabın aparılıb aparılmaması işləri ilə məşğul olmaq mümkün olmamışdır. Çünki Şahid şirkətin aktiv və passivlərini yeni direktora təhvil verməmişdir. Bu günə qədər də bu işləri yerinə yetirməmiş və əvvəlki direktorun vaxtında işçilər də daxil olmaqla kreditorlar qarşısında yaranmış öhdəlikləri təhvil verməmişdir. Yalnız bir müddət əvvəl iddiaçının məhkəmədə iş açmasından xəbər tutulmuşdur. Elə buna görə direktor Ələsgərov Əliheydərin tapşırığı ilə cəmiyyətdə araşdırma aparılmışdır. İlkin yoxlama zamanı müəyyən edilmişdir ki, əksər işçilərin adına bankda maaş kartları sifariş verilərək açılmış, həmin kartlar işçilərə verilməmiş və karta yüklənmiş əmək haqqlar çıxarılaraq mənimsənilmişdir. İşçilərə maaşların verilməsinə görə məsuliyyəti direktor ilə bərabər şirkətdə baş mühasib işləmiş iddiaçı da daşıyır. Lakin həmin əmək haqqlarının mənimsənilməsinin qarşısını almaq üçün onun tərəfindən heç bir tədbir görülməmişdir və əksinə həmin dövrdə işləmiş şəxslərin bildirdiyinə görə onlar bu məsələdə əlbir olmuşlar. Bununla bağlı yekun yoxlama aktı tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. Bir müddət sonra hüquq mühafizə orqanlarına onlar tərəfindən şikayət olunacaqdır. Göstərilən şahidlər məhkəmədə iddiaçının baş mühasib işlədiyi dövrdə onların əmək haqqlarının keçmiş direktor tərəfindən mənimsənilməsini, əvvəlki direktorun dövründə işçilərin adına maaş kartlarının açılması üçün banka sifariş verilməsini, lakin alınmış kartlara köçürülmüş əmək haqqılarının direktor tərəfindən mənimənilməsini, baş mühasib işləyən iddiaçı tərəfindən bu işin rəsmiləşdirilməsinə yardım göstərilməsini və uzun müddət əmək haqqı ala bilməmələrini, onlarla bərabər iddiaçının əmək haqqısının gecikdirilməsini bildirdilər. İddiaçı şirtkətin pul vəsaitinin onun tərəfindən mənimsənilməsini inkar etsə də, həmin vaxt kartların işçilərdən alınmasını, yeni kartların sifariş verilməsini və asan imzanın onda olduğunu, asan imza ilə bankda rəsmiləşdirmə işlərini elektron qaydada apardığını bildirmişdir. Bu onu göstərir ki, özünü şirkətdə baş mühasib hesab edən iddiaçı bilə-bilə keçmiş direktor Şahid tərəfindən şirkətə daxil olan pul vəsaitinin işçilərdən alınmış əmək haqqı kartlarından çıxarılaq mənimsənilməsinə göz yummuşdur. Şahidlərin ifadələrini məhkəməyə təqdim etməklə göstərmək istəyir ki, əmək bildirişləri sisteminə işçi kimi salınmış iddiaçıya əmək haqqının verilməməsi və sonradan gecikdirilməsi hazırki direktor olan işəgötürənin təqsiri ucbatından baş verməmişdir. İddiadan məlumat aldıqdan sonra şirkətin rəhbərliyi göstəriş vermişdir ki, əlavə tələb istisna olmaqla iddiaçının pulunu versin, lakin iddiaçı razı olmamışdır. Əmək meqaviləsində işəgötürənlə işçinin imzası yoxdur. İddiaçının rəsmi işçi olmadığına görə hüququ yoxdur. İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan “X1 Mərkəzi” MMC ilə Axud-zadə Günel Mehman qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13/2020 saylı əmək müqaviləsinin surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixədək 1000 manat əmək haqqı müəyyən edilməklə baş mühasib vızifəsinə işə qəbul edilmişdir. Bir ay sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 07/20-HK saylı işə qəbul barəsində əmrin surətinə əsasən İddiaçı 09..06.2020-ci il taixdən etibarən əmək haqqı ödənilməklə “X1 Mərkəzi” MMC-də baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildirişə əsasən xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə “X1 Mərkəzi” MMC tərəfindən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarıında olan İddiaçı tərəfidən yazılmış xx.xx.2020-ci il tarixli ərizəyə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə etibarən “X1 Mərkəzi” MMC-də tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında xx.xx.2020-ci il tarixli, 09 saylı əmrdən müəyyən olunur ki, “X1 Mərkəzi” MMC ilə Axud-zadə Günel Mehman qızı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 13/2020 saylı əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə “X1 Mərkəzi” MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2 maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş ödəniş cədvəlinə əsasən 2020-ci il 01-15 iyun tarixləri üzrə İddiaçı 368,98 manat ödəniş edilmişdir. İş materiallarında olan Əliheydər Ələsgərov tərəfindən Şahid ünvanlanmış müraciət ərizəsinə əsasən Əliheydər Ələsgərov xx.xx.2020-ci il tarixdən “X1 Mərkəzi” MMC-nin direktoru təyin edilmişdir. Təyin edildiyi günə qədər şirkətin direktoru Şahid olmuşdur. Lakin Şahid işdən azad edildikdən sonra şirkəti aktiv və passivləri ilə ona təhvil verməmişdir. Şirkətin mövcud tələblərinə, borclarına, mühasibatlığına və kadr heyətinə dair sənədləri təhvil-təslim aktı ilə ona təhvil verməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, 2019-cu ilin dekabr ayından "X1 Mərkəzi” MMC-də işləyir. 2020-ci ilin fevral ayına kimi maaş verilməmişdir. Mart ayının ortası hələ də maaş yox idi. MMC-də işləyən Elenora xanım onlara bildirmişdir ki, onların maaş kartlarında problem var. Kartlar dəyişməlidir. May ayında kartları yığıldı. Onlara dedilər yeni kart üçün işdən çıxıb yenidən işə qəbul olmalıdırlar. Yenidən işə qəbul ediləndən sonra da kartlar verilmədi. Avqustda ona iş yoldaşları məlumat verdi ki, maaşlar köçmüşdür və sonradan yenidən çıxıldı. O, bu barədə banka məlumat vermişdir. Ona bildirdilər ki, Şahid burdadır, onların kartlarını yeniləyir. Maaş köçməmişdən əvvəl işçinin biri demişdir ki, Günel xanımla danışmışdır, o bildirimşdir ki, onlar maaşları aldılar, onlar da məsələni müdiriyyətlə həll edərlər. 2019-cu il dekabrından 2020-ci ilin avqust ayına qədər ona 840 manat pul yüklənib. Halbuki, aprelin 5-indən mayın 5-nə qədər istisna olmaqla hər gün işə çıxmışdırlar. Pulsuz işləyib haqqı tələb etmədiyinə səbəb onlara pulun yoxluğunun deyilməsi olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, dekabrda işə qəbul olunmuşdur. Kartları yeni kartlar verilməsi üçün yığılmışdır. Sonra məlum olmuşdur ki, karta pul mədaxil edilmiş və yarım saatdan sonra pul məxaric olmuşdur. Kartları təhvil verəndə Günel xanım işləyirdi. Rəsmiləşdirmə işlərini Elyonora və Günel xanım edirdi. Pulla bağlı Günel xanımdan da soruşmuşdur. Bütün bu proseslər əvvəlki rəhbərliyin dövründə baş vermişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dinrilmiş X8 ifadəsində bildirmişdir ki, Günel xanım mühasib işləmişdir. Maaş kartlarından pul çıxması ilə bağlı Günel xanıma bildirəndə xəbəri olmadığını bildirmişdir. Bu pozuntular əvvəlki rəhbər Şahid vaxtında olurdu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2020-ci ilin mart ayında işə qəbul olmuşdur. Avqust ayına qədər maaş almamışdır. Ona işdən çıxarıldığını bildirmiş, lakin səbəbini bildirməmişdirlər. Bank kartını onlardan yığmışlar və bildirmişdirlər ki, kartlarda problem var və yeni kartlar veriləcəkdir. Sonrdan bildirmişdir ki, maaş karta köçmüşdür və onlardan xəbərsiz pulu çıxarmışdırlar. Sonra ona bildirmişlər ki, onun kartına iki min beş yüz manat pul köçəcəkdir. O da onda kart olmadığını və kartın ondan aldıqlarını bildirmişdir. Onda Bank Respublikanın kartı var, həmin karta köçürmək üçün onun şəklini ata bilər. Onar katın şəklini göndərməyini istəmiş, o da göndərmişdir. Sonra ofisə gəlmiş və Elyonora xanım əmək kitabçasını yazdığını görmüşdür. O, pulunun köçməyini soruşanda, ona həmin gün günortadan sonra pul onun kartına oturacaq. Üstündən 20 dəqiqə keçmişdi ki, iddaçı ona bildirmişdir ki, Elnur müəllimlə Vüqar müəllim onun kartına pulun oturmağına icazə vermir. O orda Elnurla Vüqarla mübahisə etmişdir. Sonra çıxıb getmişdir. İddiaçı mühasib idi. Onların kartını mühasibatlıq bir dəfə mayda, sonra iyun ya iyul da almışdır. Kartı mühasibatlıqda Elyonora xanım almışdır və kartı verməklə bağlı ona zəngi Günel xanım vurmuşdu. Günel xanım ona zəng edəndə dedi ki, şəxsiyyət vəsiqənin surətini və kartını ona atsın. Günel xanım dedi pul günortadan sonra köçəcəkdir, sonradan bilmişdir ki, pul köçmüşdür amma başqası pulu çıxarmışdır. Pulun başqasının çəkməyini Bəhruz adlı işçi ona demişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə "X1 Mərkəzi” MMC-də baş mühasib vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İddiaçı ona ödənilməmiş əmək haqqını və gecikmə faizini tələb edir. Cavabdeh isə iddianı qəbul etməyərək bildirir ki, iddiaçı ilə imzalanmış əmək müqaviləsi olmadığına görə hesab edir ki, iddiaçı onun işçisi olmamışdır. Bundan əlavə qeyd edir ki, əvvəlki direktorun təqsirli hərəkətləri nəticəsində iddiaçıya və digər işçilərə əmək haqqı ödənilməmişdir. Hətta digər işçilərə əmək haqqının ödənilməməsində əvvəlki direktorla yanaşı baş mühasib vəzifəsində işləmiş iddiaçının da təqsiri vardır. Digər dəlili odur ki, əvvəlki direktorla hazırki direktor arasında təhvil-təslim olunmamışdır. Məhkəmə cavabdehin dəlilləri ilə bağlı qeyd edir ki, imzalanmış əmək müqaviləsi məhkəməyə təqdim edilməsə belə, işə qəbul barədə əmrdən, elektron sistemdə aparılmış qeyddən, əmək kitabçasının surətindən müəyyən olunur ki, iddiaçı cavabdeh “X1 Mərkəzi” MMC-nin işçisi olmuşdur. Digər dəlili odur ki, əvvəlki direktorun təqsirli hərəkətləri nəticəsində ödəniş olunmamışdır. Cavabdehin vəsatəti əsasında dinlənilmiş şahidlər də bunu təsdiqləmişlər. Məhkəmə bununla bağlı qeyd edir ki, hazırki iş üzrə işəgötürən əvvəlki direktor deyil, cavabdeh “X1 Mərkəzi” MMC-dir. Buna baxmayaraq, məhkəmə qeyd edir ki, cavabdehin müvafiq qərar olmadan əvvəlki direktoru əmək haqqının mənimsənilməsində ittiham edərək iddiaçının da bu mənimsəmədə əlbir olmasını qeyd etməsi əsassızdır. Cavabdeh bildirmişdir ki, hazırki direktor əvvəlki direktora xx.xx.2020-ci il tarixli məktub göndərmiş və təhvil-təslim edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Çünki avqust ayında bildirişin göndərilməsi qeyd edilsə də 7 aydan çox vaxt keçməsinə baxmayaraq bununla bağlı lazımi orqanlara müraciət edilməmişdir. Məhkəmə bir daha vurğulayır ki, hazırki iş üzrə işəgötürən hər hansı direktor deyil, məhz cavabdeh “X1 Mərkəzi” MMC-dir. Əmək haqqı işəgötürənin təqsiri üzündən vaxtında ödənilməmişdir. Məhkəmə bir məqamı da qeyd edir ki, işdən azad edilmə barədə əmrdən və əmək kitabçasının sürətindən müəyyən olunun ki, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə işçinin xahişi ilə xitam verilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, işçi tərəfindən işdən azad edilmə barədə ərizə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. Əmək müqaviləsinə xitam verilmə barədə bildiriş isə xx.xx.2020-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2020-ci il tarixli çıxarışına əsasən X1 Mərkəzi” MMC-nin hazırki qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəyə qeydə əsasən bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, İddiaçı 2020-ci ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqqı və xx.xx.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən hesablanaraq ödənilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 2020-ci ilin iyun, iyul və avqust ayları üzrə ödənilməmiş əmək haqqı və xx.xx.2021-ci il tarixədək hər gecikdirilmiş gün üçün əmək haqqının 1 (bir) faizi məbləğində pul cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən hesablanaraq ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh “X1 Mərkəzi” MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-835/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-835/2021
14.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver