Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-886/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı "ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipoteka yüklülükdən azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli, 12-SKMF-1-0-716-14 saylı ipoteka müqaviləsi ilə Cavabdeh ASC-nin ("xxxx" KB ASC) xeyrinə yüklü edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı məxsus olan Bərdə rayonu, Hacallı kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 156 kv.m ümumi, 114.7 kv.m yaşayış, 41.3 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 0.25 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilməsinin ləğv edilməsi və ipotekaya xitam verilərək yüklülükdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 12-SKMF-1-0-716-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh ASC ona 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayırmağı öhdəsinə götürmüşdür. Bundan sonra xx.xx.2014-cü il tarixli, 12-SKMF-1-0-716-14 saylı əlavə kredit müqaviləsinə əsasən ona Cavabdeh ASC tərəfindən illik 6 faiz olmaqla, 16 aylıq güzəşt müddəti ilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 12-SKMF-1 -0-716-14 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Bərdə rayonu, Hacallı kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 156 kv.m ümumi, 114.7 kv.m yaşayış, 41.3 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi 0.25 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(021)- 34/2020 saylı qərardadı ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. X1 Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(115)-172/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi iddia müddəti ötürüldüyündən təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(104)-229/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 21,09.2022-ci il tarixli, 2- 2(115)-172/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(102)-159/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(104)-229/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin bu günədək ipotekaya qoyduğu evi yüklülükdən azad edə bilmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ididaçıya məxsus Bərdə rayonu, Hacallı kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 156 kv.m ümumi, 114.7 kv.m yaşayış, 41.3 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin 0.25 ha torpaq sahəsi ilə birlikdə girovdan azad edilməsi üçün Cavabdeh ASC-yə müraciət etmiş, lakin Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixli, 4-21/5033-23 saylı məktubla imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına əsasən iddia müddətinin keçməsi əsası ilə kreditorun tələb hüququ məhdudlaşdırıla bilər, lakin qeyd olunan əsasla bağlı ipoteka müqaviləsinə və həmin müqavilə əsasında reyestrdə qeydə alınmış ipoteka predmetinin yüklülüyünə xitam verilə bilməz. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında göstərilən əsasa görə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-172/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Cavabdeh ASC-nin cavabdeh İddiaçı qarşı «kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia tələbi iddia müddəti ötürüldüyündən təmin edilməmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(104)-229/2022 saylı qətnaməsinə əsasən müəyyən edilir ki, Gəncə Kommersiya Məhkəməsinin 21,09.2022-ci il tarixli, 2-2(115)-172/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-2(102)-159/2023 saylı qərarına əsasən müəyyən edilir ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(104)-229/2022 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. - "xxxx" ASC-nin İddiaçı Yəhya oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən bank müştəriyə izah etmişdir ki, AR Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. İddia müddətinin keçməsinin əsas öhdəliyin xitamına səbəb olmadığı nəzərə alınarsa, iddia müddətinin keçməsi “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsi üzrə əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamı əsası kimi qəbul edilə bilməz. KM-in Plenumu mövcud qanunvericilikdən çıxış edərək belə qənaətə gəlmişdir ki, əsas tələb üzrə iddia müddəti keçdiyi haqda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Beləliklə işin məhkəmə tərəfindən müəyən edilmiş halları odur ki, İddiaçı Yəhya oğlu ilə "xxxx" ASC ("xxxx" KB ASC) arasında kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. İddiaçı Yəhya oğlu kredit müqaviləsinin təminatı olaraq mülkiyyətində olan Bərdə rayonu, Hacallı kəndində 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən 156 kv.m ümumi, 114.7 kv.m yaşayış, 41.3 kv.m yardımçı sahədən ibarət 1 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evini 0.25 ha torpaq sahəsi ilə birlikdə ipoteka ilə yüklü etmişdir. Bundan spnra bank tərəfindən kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəmədə iddia tələbi qaldırılmış, lakin hazırda qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən iddia müddəti ötürüldüyündən iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı kredit müqaviləsi üzrə iddia müddətinin ötürüldüyünü əsas gətirərərək onun mülkiyyətində olan, lakin hazırda bank ("xxxx" ASC) qarşısında ipoteka ilə yüklü edilmiş əmlakın yüklülükdən azad edilməsi və ipotekaya xitam verilməsini tələb edir. Cavabdehin nümayəndəsi isə AR Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2022-ci il tarixli qərarına istinad edərək iddia müddətinin keçməsinin əsas öhdəliyin icrasının təmini vasitəsi olaraq ipotekanın xitamına əsas olmayacağını bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, işin hallarından müəyyən olunur ki, tərəflər arasında kredit münasibətlərindən yaranmış mübahisə üzrə bank - "xxxx" ASC kredit borcunun tutulması ilə bağlı məhkəmədə iddia qaldırmaq, yəni borcu məcburi qaydada icra etdirmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Lakin həmin kredit müqaviləsinin təminatı olaraq bankla İddiaçı Yəhya oğlu arasında bağlanmış və hazırda qüvvədə olan ipoteka müqaviləsinə əsasən təmin edilmiş öhdəlik icra edilmədiyindən ipoteka müqaviləsi və müqavilədən irəli gələn yüklülüyə xitam verilməsinə qanuni əsas mövcud deyildir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və.i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikasının “İpoteka haqqında” qanununun 528-ci maddəsinə əsasən ipotekaya ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və digər hallarda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında qeyd edilir ki, ipoteka öhdəliyi əsas öhdəliklə bağlı əlavə öhdəlik sayılır. Yalnız borc öhdəliyinin aradan qalxması halında əşya ipoteka yüklülüyündən azad edilə və ipotekaya xitam verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası olaraq kredit müqaviləsi üzrə borcun məhkəmə qaydasında tələb edilməsinə dair iddia müddətinin ötürüldüyünü bildirsə də, həmin iddia müddəti kredit müqaviləsi, yəni əsas öhdəliyin məhkəmə qaydasında təminatına yönəldilmişdir. Hazırkı halda isə mübahisə əsas öhdəliyin təminatı olan ipoteka yüklülüyünün xitamıdır. İpoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Bununla da əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsini Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsi və həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur. Qərarda həmçinin qeyd edilmişdir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Bununla yanaşı o da göstərilməlidir ki, girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. Bununla da əsas tələb üzrə iddia müddəti keçdiyi halda əlavə tələb olaraq ipotekaya məcburi tutma yönəldilə bilməsə də, ipotekaya xitam verilmir və ipoteka predmetinin yüklülüyü davam edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "Yelo Bank” ASC-yə qarşı "ipoteka müqaviləsinə xitam verilməsi və əmlakın ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 6759, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-886/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-886/2024
08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver