Məhkəmə qərarları › İş №2(004)-889/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-889/2021

22.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-889/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz və qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz və qızıl zinət əşyalarının geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ünvan 1 ünvanında olan cehiz və qızıl zinət əşyalarının və ya onların dəyərinin alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə xx.xx.2014-cü ildə ailə həyatı qurmuşlar. Bu nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1 dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra sonra o, cavabdehlərə məxsus onların yaşadığı evə gəlin köçmüşdür. Gəlin köçərkən ona atası tərəfindən cehiz əşyaları və qızıl zinyət əşyaları alınmışdır, budan əlavə də ona toy mərasimində qızıl zinyət əşyaları bağışlanmışdır. Sonuncu dəfə xx xxxxxxx 2020-ci ildə cavabdehlə baş vermiş dava dalaş zamanı onunla yaşamaq istəmədiyini bildirmiş bundan sonra o, uşağı ilə birlikdə valideynlərinin yanına getmişdir. Evdən çıxan zaman nə qızıllarını nə də cehiz əşyalarını götürmək imkanı olmamışdır. O, Cavabdeh1 məxsus evə gəlin köçmüş ondan və Cavabdeh2 əşylarını tələb etsə də Cavabdeh2 ev “mənim evim deyildir deyərək get ev sahibindən tələb et demişdir”. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, Cavabdeh2 ilə ailə qurarkən toyda ona qızıl dəsti hədiyyə edilib (sırğa, üzük, qolbağı və boyunbağıdan ibarət). Həmin dəsti və nişan üzüyünü toydan sonra o, Cavabdeh2 vermişdir. Valideynlərinin də bundan xəbəri olub. Bundan sonra anasının ona hədiyyə etdiyi boyunbağını da birgə yaşadıqları dövrdə Cavabdeh2 vermişdir. Həmin vaxt qarşı tərəf ona zinət əşyalarının lombarda qoyulduğunu bildirib və ödənişi ödədikdən sonra əşyaları ona qaytaracağını bildirmişdir. Lakin ödəniş etmədiyi üçün zinət əşyaları borcun əvəzinə tutulub. Bu səbəbdən də iddia tələbini müdafiə edərək qeyd etdiyi zinət əşyalarının ona qaytarılmasını və bu barədə qətnamə qəbul etməyini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsini qismən etiraf edərək, ünvan 1 ünvanında yerləşən cehiz əşyaları – 1 dəst yataq mebeli, 1 taxt, 1 qarderob, 1 termo (1500 manat), 1 televizor 107 ekran plazma (700) manat, 1 gül qabı, 1 süfrə (250 manat), pərdə və 1 ədəd tozsoranın (400 manat) və qızıl-zinyət əşyalarının dəyəri olaraq 3000 manat məbləğində pulun ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Çünki tərəfər ailə qurduqdan sonra o, öz evini onlara verərək ayrı yaşamışdır. İddiaçı cehiz əşyaları hal-hazırda onun onlara verdiyi evdədir. Nə vaxt istəsə, iddiaçı gedib əşyalarını götürə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə hesa edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlamış iddia tələbinin qismən etiraf edilməsi barədə ərizədən görünür ki, o, iddia ərizəsini ünvan 1 ünvanında yerləşən cehiz əşyaları – 1 dəst yataq mebeli, 1 taxt, 1 qarderob, 1 termo (1500 manat), 1 televizor 107 ekran plazma (700) manat, 1 gül qabı, 1 süfrə (250 manat), pərdə və 1 ədəd tozsoranın (400 manat) və qızıl-zinyət əşyalarının dəyəri olaraq 3000 manat məbləğində pulun ondan alınaraq iddiaçıya verilməsinə razı olduğunu bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, iddia tələbi qismən qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə iddia tələbinin iddiaçıya məxsus qızıl-zinət əşyalarının qalan hissəsinin cavabdehdən alınaraq iddiaçıya qaytarılması hissəsi üzrə qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilməməlidir. Belə ki, iddiaçı həmin hissədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin iddia tələbi Cavabdeh1 aid hissədə də təmin edilməməlidir. Belə ki, Cavabdeh1 digər Cavabdeh2 atasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının onunla heç bir ailə münasibətləri olmamışdır, onlar bir yerdə yaşamamışlar. İddiaçı tələb etdiyi cehiz və qızıl zinət əşyalarının Cavabdeh1 olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin digər cavabdehin etiraf ərizəsindən də görünür ki, o iddia tələbini qismən etiraf edərək, əşyaların geri qaytarılması öhdəliyini öz üzərinə götürür. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən cehiz əşyaları – 1 dəst yataq mebeli, 1 taxt, 1 qarderob, 1 termo (1500 manat), 1 televizor 107 ekran plazma (700) manat, 1 gül qabı, 1 süfrə (250 manat), pərdə və 1 ədəd tozsoranın (400 manat) və qızılzinyət əşyalarının dəyəri olaraq 3000 manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən cehiz əşyaları – 1 dəst yataq mebeli, 1 taxt, 1 qarderob, 1 termo (1500 manat), 1 televizor 107 ekran plazma (700) manat, 1 gül qabı, 1 süfrə (250 manat), pərdə və 1 ədəd tozsoranın (400 manat) və qızıl-zinyət əşyalarının dəyəri olaraq 3000 (üç min) manat məbləğində pul Cavabdeh2 alınaraq iddiaçıya verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar