Məhkəmə qərarları › İş №2(004)-91/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-91/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-91/2020 22.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə iddia ərizəsi mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxx” ASC-dən ona vurulmuş 5500 manat məbləğində ziyanın və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qabul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci il tarixdə o, Cavabdeh ASC ilə bir il müddətinə daşınmaz əmlakın icbari sığorta sazişi bağlamışdır. Sığorta predmeti onun mülkiyyətində olan ticarət dükanı olmuşdur və sığorta məbləği 16234 manat təşkil etmişdir. Müqaviləyə əsas kimi ona RAZ ********** saylı, BA 807754 nömrəli şəhadətnamə verilmişdir. 2018-ci ilin ilk aylarında Ağdaş şəhərində su-kanalizasiya xəttlərin təzələnməsi işləri aparılırdı və əksər yerlərdə ekskovator və başqa ağır texnika vasitələri ilə qazıntı və yük daşımaları işləri görülürdü. 2018-ci ilin sentyabr ayının ikinci yarısında iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın yerləşdiyi Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində qazıntı işləri aparılarkən dükanda ciddi çatlar baş vermişdir. Həmin halı əlavə olunan şəkillərdən görmək mümkündür. İddiaçı sığorta təşkilatına, Ağdaş Rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin ona verilən cavablar faktiki olaraq imtina olmuşdur. Baxmayaraq ki, sığorta Cəmiyyəti üzərinə öhdəliklər götürmüş və ona dəymiş ziyanı öhdəliyinə götürmüşdür. O inşa işləri üzrə mütəxəssisə müraciət etmiş və dəymiş ziyanın təxmini dəyəri ilə maraqlanmışdır. Mütəxəssisin dediyinə görə dəymiş ziyan təxminən 5500 manat təşkil edir. Hazırda onun mütəxəssis rəyinə ehtiyacı var və bundan sonra dəymiş ziyanı cavabdehdən tələb edir. Cavabdeh hər bir halda bəhs olunan hadisəni araşdırmalı, dəymiş ziyanı mütəxəssis vasitəsi ilə müəyyən etməli olduğu halda bunu etməmiş, öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək əlavə olaraq izahatında bildirdi ki, baş vermiş hadisə “İcbari sığortalar haqqında qanunun” 36.1 maddəsində sadalanan təminat verilən sığorta hadisəsi hesab olunmur. Azərbaycan Respublikası Maliyyə Nazirliyin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən “xxxxxxxxx” ASC-yə göndərilən xx xxxx 2014-ci il tarixli DXxx/xx-1523 nömrəli məktuba əsasən “İcbari sığorta haqqında” qanunun 36-ci maddəsi ilə müəyyən olunmuş daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinin siyahısında ağır çəkili və iri qabaritli yükdaşıyan nəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmadığından qeyd olunan icbari sığorta ilə belə hallar nəticəsindən yaranan zərərlərə təminat verilmir. Bununla əlaqədar AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsinə imtina edilmişdir. Həmçinin, Ağdaş rayonun İcra Hakimiyyəti tərəfindən göndərilən xx xxxxxx 2018-ci il tarixli 081 0-34-150 saylı məktubda qeyd edilib ki, Ağdaş şəhərinin su-kanalizasiya xətlərinin yenidən qurulması layihəsi çərçivəsində S.Səlimoğlu küçəsində iddiaçıya məxsus mağazanın qarşısında aparılan qazıntı işləri zamanı torpaq qatında yüngül sürüşmələr olmuş və nəticədə mağaza binasının divarlarında xüsusən künc hissələrdə kiçik üfıqi və şaquli çatlar yaranmışdır. Baş vermiş hadisə sığorta hadisəsi olmadığından iddia tələbini qəbul etmir və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: AR FHN X1 Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində olanmağaza binasına vizual texniki baxış keçirilmiş, baxış zamanı mağazanın girişindəki səkidə çökmə əmələ gəldiyi müşahidə olunmuşdur. Mağaza binasının xarici və daxili divarlarında çata rast gəlinmişidir. BA seriyalı, 807754 saylı Daşınmaz Əmlakın İcbarı Sığorta Şəhadətnaməsindən görünür ki, Sığortaçı“xxxxxxxxx” ASC tərəfindənSığortalı İddiaçı mülkiyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək icbari sığorta edilmişdir. Azərbaycan Respublikası Ağdaş Rayonu Ağdaş Bələdiyyəsi Sədrinin 224 nömrəli, xx.xx.2005-ci il tarixli qərarından müəyyən olunur ki, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi, 4 saylı evdə yaşayan İddiaçı Oktay oğlunun ərizəsi nəzərə alınaraq yaşadığı ünvanın həyətyanı ərazisində, üzü küçəyə olmaqla mövcud mağazasının 9.0m x 10.8 = 97.2 kv metr ölçüdə torpaq sahəsi qeydiyyata alınmış və müvafiq qaydada icarəyə verilmişdir. Ağdaş Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 08/Q-34-150 saylı məktubundan görünür ki, Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində cavabdeh İddiaçı məxsus mağaza binasına baxış keçirilmiş, baxış zamanı mağaza binasında heç bir fövqəladə vəziyyət aşkar edilməmişdir. Lakin, Ağdaş şəhərinin su-kanalizasiya xətlərinin yenidən qurulması layihəsi çərcivəsində S.Səlimoğlu küçəsində, ona məxsus mağazanın qarşısında aparılan qazıntı işləri zamanı torpaq qatında yüngül sürüşmələr olmuş və nəticədə mağaza binasının divarlarında, xüsusən künc hissələrində kiçik üfiqi və şaquli çatlar yaranmışdır. “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının xx.xx.2018-ci il tarixli sığorta tələbinə cavab olaraq ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, sığorta tələbinin məzmununa əsasən məlum olmuşdur ki, ağır yük avtomobillərinin intensiv hərəkətləri nəticəsində əmlakın zədələnməsi baş vermiş, eyni zamanda AR FHNnin X1 Dövlət Agentliyinin arayışına əsasən həmin dövrdə qeyd edilən ərazidə hər hansı təbii fəlakət baş verməmişdir. “İcbari sığortalar haqqında Qanunun” 36.1-ci bəndində göstərilən hərəkətlər sığorta hadisəsi hesab olunur. Təbii fəlakətlərin baş verməsi təsdiq olunmamış, eyni zamanda ağır yük avtomobillərinin intensiv hərəkəti nəticəsində əmlakın zədələnməsi, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur. Bununla bağlı AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya şığorta müqaviləsinə görə sığorta hadisəsis hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyinə əsasən, Ağdaş şəhəri, S.Səlimov küçəsində yerləşən İddiaçı məxsus mağaza binasının divarlarında üfiqi və şaquli çatlar olduğu və həmin mağazada yaranan çatların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1802 manat məbləğində müəyyən edilmişdir. ərardadın ikinsi sualı üzrə isə Ağdaş Rayonu İcra Hakimiyyəti başçısı aparatının Tikinti və Memarlıq Şöbəsinin məktubunu, baxış zamanı qeyri-yaşayış sahəsində olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini (iri yük maşınlarının hərəkəti, qazıntı işlərinin aparılması, torpağın kipləşdirilməsi) nəzərə alaraq, tədqiq olunan ünvanda yerləşən mağazanın qarşısında aparılmış tikinti işləri nəticəsində çatlar yarana bilər. Lakin həmin çatların dəqiqliklə su-kanalizasiya xətlərinin yenidən qurulması nəticəsində əmələ gəlməsi Azərbaycan Respublikası FHN X1 Dövlət Agentliyinin mütəxəssis rəyi təqdim olunduqdan sonra müəyyən oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 884.3-cü maddəsinə əsasən sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası MM-in 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.9-cu maddəsinə əsasən Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın üçüncü şəxslərin hərəkətləri ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bundan əlavə həmin Qanunun 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağdaş şəhərinin sukanalizasiya xətlərinin yenidən qurulması işləri aparılan zaman İddiaçı mülkiyyətində olan Ağdaş şəhəri, S.Səlimov küçəsində yerləşən mağazanın daxili və xarici divarlarında çatlar əmələ gəlmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyinə əsasən, baxış zamanı qeyriyaşayış sahəsində olan çatları və tikilinin qarşısında aparılan tikinti işlərini nəzərə alaraq, tədqiq olunan ünvanda yerləşən mağazanın qarşısında aparılmış tikinti işləri nəticəsində çatlar yarana bilər. Cavabdeh “xxxxxxxxx” ASC tərəfindən iddiaçı ünvanlanmış məktubda isə AR Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi səbəbindən sığorta ödənişinin verilməsindən imtina edilmişdir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.9-cu maddəsinə əsasən daşınmaz əmlaka üçüncü şəxslər tərəfindən dəyən zərər sığorta hadisəsi hesab edilir. Göründüyü kimi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyinə əsasən hadisənin iddiaçının mülkiyyətində olan mağazanın qarşısında aparılmış təmir-tikinti işləri səbəbindən baş verməsi mümkün hesab edilmişdir ki, buda öz növbəsində hadisənin üçüncü şəxsin müdaxiləsi səbəbindən baş verməsini, yəni hadisənin “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunnunu 36.1.9-cu maddəsinə əsasən sığorta hadisəsi hesab edilməsi deməkdir. Məhkəmə hesab edir ki, sadalananlara əsasən iddia tələbi qismən təmin edilməli, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyinə əsasən cavabdeh “xxxxxxxxx” ASC-dən 1802 manat dəymiş zərər tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdeh “xxxxxxxxx” ASC-yə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdeh “xxxxxxxxx” ASC-dən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri cavabdeh “xxxxxxxxx” ASCdən tutulmalıdır. Belə ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – xx.xx.2020-ci il tarixli, 5611 saylı ekspert rəyinə əsasən ekspertizanın tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən 1802 (bir min səkkiz yüz iki) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh “xxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar