Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-918/2021 12.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların bölünməsi tələbinə dair” ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “payların bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********65-05101-093002 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli **********03-05301-093027 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli **********97-11301 reyestr nömrəli çıxarışlara əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi məhəllə 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bağ evinin qiymətinin müəyyən olunması üçün əvvəlcədən ekspertiza keçirilməsi, ekspertiza nəticəsində müəyyənləşdirilən qiymətə uyğun olaraq açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh paylı mülkiyyətlərində olan:
1. ünvan 1 ünvanda yerləşən mənzilin iddiaçıya məxsus 2/5 hissəsinə görə 228.000 manat;
2. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 468-469, ev 23, mənzil 15 ünvanda yerləşən mənzilin iddiaçıya məxsus 2/5 hissəsinə görə 96.000 manat;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin iddiaçıya məxsus 2/5 hissəsinə görə 164.000 manat vəsaitin cavabdeh tərəfindən qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində kompensasiya şəklində iddiaçıya ödənilməklə eyni anda iddiaçının həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi; Cavabdeh tərəfindən İddiaçı kompensasiya ödənilmədiyi təqdirdə:
1. ünvan 1 ünvanda yerləşən mənzilin 570.000 manata;
2. Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə -68-469, ev 23, mənzil 15 ünvanda yerləşən mənzilin 240.000 manata;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinin əmlak payına uyğun olaraq 260000 manat X1 verməklə onun paya hüququnun itirilməsi, Sadıx Dadaşov küçəsindəki 83A nömrəli binanın 1 nömrəli mənzili hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada, yəni X2 228000 manat, Cəbrailova (Qədirova) Şəfayə Sədrəddin qızına isə 342000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdeh Cəbrayılova (Qədirova) Şəfayə Sədrəddin qızı ilə aralarında olan nikaha Kürdəmir Rayon Məhkəməsinin 2(041)- 14/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair 2(103)-10493/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ünvan 1; Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, bina 23, məhəllə 468-469, mənzil 15; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 863 ünvanlarında yerləşən mənzillərin 3/5 hissəsinə cavabdehin, 2/5 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən **********65-05101-093002 reyestr nömrəli (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019), **********03-05301-093027 reyestr nömrəli (qeydiyyat nömrəsi 111960879, qeydiyyat tarixi xx.xx.2019), **********97-11301 reyestr nömrəli qeydiyyat tarixi-xx.xx.2019cu il) elektron çıxarışlar verilmişdir. Bundan sonra daşınmaz əmlakın naturada bölgüsünün həyata keçirilməsi məqsədilə cavabdehə xx.xx.2019-cu il tarixində yazılı müraciət etmiş, cavabdeh öz iradə ifadəsini bildirməmiş və bununla bağlı qarşılıqlı razılıq əldə edilməmişdir. Buna görə də mübahisə predmeti olan əmlakların naturada bölgüsünün həyata keçirilməsinin təmin edilməsi tələbi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(004)-298/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmçinin, cavabdeh paylarının qarşılığında ona 60000 - 80000 manata iki otaqlı mənzil alıb vermək və ya ümumi mülkiyyətdə olan Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilin satılması və əldə olunan vəsaitdən ona 500000 manat verilməsi kimi kompensasiya ilə bağlı müxtəlif qeyri-real təkliflər irəli sürsə də, bunlardan heç birini realizə etməmiş və bildirmişdir ki, nagd şəkildə pul ödəməyə maddi imkanı yoxdur. Cavabdehin qeyd olunan əmlakların satılmaqla ona kompensasiya vermək niyyəti yoxdur. Belə ki, 2(004)-298/2020 saylı xx.xx.2020-ci il tarixli iş üzrə məhkəmə tərəfindən təyin edilmiş tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının icrası ilə bağlı ekspert həmin ünvanlarda yerləşən mənzillərin ekspertizası aparmaq istəsə də, cavabdeh tərəfindən maneçilik törədilərək, ekspert və aidiyyəti şəxslərin əraziyə daxil olmasına imkan yaradılmamışdır. Buna görə də ekspertiza mənzillərə daxil olmadan vizual olaraq aparılmışdır. Cavabdeh tərəfindən edilən bu kimi hərəkətlər onun mülkiyyət hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaratmaq niyyətindən xəbər vermiş olur. Bununla da, cavabdeh tərəfindən kompensasiya verilməsi, mənzillərin satılması və onun dəyərinin ödənilməsi kimi vədləri absurd xarakter daşıyır və hər vəchlə onun konstitusion qaydada təsbit edilmiş mülkiyyət hüququndan istifadə etməsinə maneələr yaradır. Göstərilənlərə əsasən, Mülki Məcəllənin 220.6-cı maddəsinin tələblərinə uyğun olaraq, ümumi paylı mülkiyyətdə olan daşınmaz əmlaklar açıq hərracda satılmalı və əldə edilən pul vəsaiti daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada mülkiyyətçilərə ödənilməlidir. Odur ki, ilkin iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iiddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 qarşılılıq iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-298/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mübahisəli daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə cavabdehə, 3/5 hissə ona məxsus olması qət edilmişdir. Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 30856 nömrəli ekspert rəyi ilə Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsindəki 83A nömrəli binanın 1 nömrəli mənzilinin qiyməti 570000 manat, ünvan 3 468- 469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin qiyməti 240000 manat və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinin qiyməti 410000 manat müəyyən olunmuşdur. X2 ünvan 3 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinə görə payına uyğun 260 000 min manat kompensasiya ödənilməsini, Sadıx Dadaşov küçəsindəki 83A nömrəli binanın 1 nömrəli mənzilinin hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada ona 228000 min manat, özünə isə 342 000 min manat ödənilməsini təklif etmiş, cavabdeh bu təklifin qeyri-real olduğunu bildirmişdir. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Beləliklə məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 220.2, 220.3, 220.4 və 220.6-cı maddələrini nəzərə alaraq müəyyən etmişdir ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 10492/2018 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 5 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı, 3/5 hissəsinə isə Cavabdeh mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********65-05101-093002 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2019-cu il tarixli **********03-05301-093027 daşınmaz əmlakın reyestr nömrəli və xx.xx.2019-cu il tarixli **********97-11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışlarına əsasən Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; ünvan 5 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin 2/5 hissəsi İddiaçı və 3/5 hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-298/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********65- 05101-093002 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin; xx.xx.2019-cu il tarixli **********03-05301-093027 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan ünvan 5 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və xx.xx.2019-cu il tarixli **********97- 11301 daşınmaz əmlakın reyestr nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə İddiaçı, 3/5 hissə Cavabdeh olmaqla naturada bölünməsi” tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, tərəflərin paylı mülkiyyətinə olan Bakı şəhəri Yasamal rayonu Sadıx Dadaşov küçəsindəki 83a nömrəli binanın 1 nömrəli mənzilinin, ünvan 5 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilinin və Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan 863 nömrəli bağ evinin daşınmaz əmlakın dövlət reyestrində müəyyən edilmiş nisbətə uyğun olaraq 2/5 hissə İddiaçı, 3/5 hissə Cavabdeh olmaqla naturada bölünməsi mümkün deyildir. Ona görə də ilkin iddia üzrə iddiaçı mübahisəli daşınmaz əmlaklara cavabdeh tərəfindən ona müvafiq kompensasiya ödənilməklə paylı mülkiyyət hüququna xitam verilməsi, bu olmadıqda, həmin əmlakların açıq hərracdan satılması və əldə olunmuş vəsaitin tərəflər arasında paylarına mütənasib qaydada bölünməsini xahiş etmişdir. Eyni zamanda, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh İddiaçı ünvan 3 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinə görə payına uyğun olaraq 260000 manat kompensasiya verilməklə onun paya hüququnun itirilməsi, Sadıx Dadaşov küçəsindəki 83A nömrəli binanın 1 nömrəli mənzili hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlaklarda olan paylara mütənasib qaydada, yəni X2 228000 manat, ona isə 342000 manat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı ünvan 3 468-469 ünvandakı 23 nömrəli binanın 15 nömrəli mənzilə və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 863 nömrəli bag evinə görə payına uyğun olaraq 260000 manat kompensasiya ödənilməklə onun həmin əmlaklara olan pay hüquqlarına xitam verilməli, ünvan 1 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılaraq, satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada İddiaçı və Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh tərəfindən 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh paylı mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, məhəllə 468-469, ev 23, mənzil 15 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə İddiaçı həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. ünvan 1 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti paylarına mütənasib qaydada İddiaçı və Cavabdeh ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissədə təmin edilməsin. İlkin və qarşılıqlı iddia ərizələrinə görə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Ayaz Məmmədov