Məhkəmə qərarları › İş №2(004)-931/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-931/2024

19.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-931/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı "əmlakın qaytarılması və pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı "əmlakın qaytarılması və pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək ünvan 3-ə cehiz apardığı 2 nəfərlik yataq dəsti -1000 manat (krem rəng 2 nəfərlik çarpayı, krem rəng dolab, krem rəng termo) 2-ci yataq dəsti - 600 manat (ağ üstü qəhvəyi bəzəklə tək nəfərlik çarpayı - 230 manat , qəhvəyi, güzgülü dolab 370 manat), dəhliz üçün qəhvəyi dolab – 250 manat, mətbəx mebeli krem rəng 1000 manat, açıq qəhvəyi künc divan - 550 manat, krem rəng jurnal masası - 150 manat, krem rəng böyük masa + krem rəng 6 stul - 500 manat, krem rəng komod - 250 manat, 1 ədəd “Star-X” markalı plazma televizor - 300 manat, “Vestel” markalı ağ rəng paltaryuyan 6 kq - 500 manat, “Samsung” markalı ağ rəng qab yuyan 800 manat, “Samsung” markalı qara rəng tozsoran - 450 manat, “Galaksi” markalı elektrikli qara rəng soba - 200 manat, “Eurolux” markalı boz rəng ətçəkən - 80 azn, ağ rəng soyuducu - 500 manat, üstü qızılı naxışlı “Galaksi” markalı qara qazan dəsti (3 qazan, 1 tava) - 260 manat, mavi güllü qazan dəsti 150 mnat, 5 ədəd tək-tək qazan 200 manat, “Galaksi” markalı qara rəngli tava dəsti 12 tava 180 manat, çemodan bıçaq dəsti 150 manat, mavi bıçaq dəsti 30 manat, çemodan çəngəl bıçaq qaşıq dəsti 250 manat, 1*2 metr ölçülü 2 ağ xalça 150 manat, 2*2 ağ xalça 90 manat, 4*6 mavi boz ağ qarışıq rəng xalça 600 manat, açıq qəhvəyi dəhliz xalçası 200 manat, ağ rəng bəzəkli örtük - 200 manat, qəhvəyi uzun tüklü örtük - 70 manat, ağ rəng zərli tül pərdə 3 ədəd 250 manat, krem rəng zərli zal pərdəsi - 200 manat, 2 ədəd çilçıraq - 150 manat, 20 ədəd dəsmal - 100 manat, 10 ədəd mələfə (tək-cüt) - 150+350 manat, hər birindən 18 ədəd üstü şəkilli ağ boşqab - 300 manat, 10 ədəd fərqli meyvə qabı - 200 manat Olan cehiz əşyalarının natura şəkildə özləri, özləri yoxdursa əşyalarının cəmi dəyəri 10.630 manat pulun, ümümi dəyəri 10.000 manat olan Dəst ağ qızıl üstü işləməli qaşlarla (İtaliya) qızılı 750 əyyar təqribi 30 qram 4500 manat, badamvari işləməli qaşlarla üzük, badamvari işləməli qaşlarla sırğa, badamvari işləməli qaşlarla qolbaq, yanlardan ortaya doğru dolğunlaşan badamvari, damlavari işləməli qaşlarla boyunbağı, nişan üzüyü: Ağ və sarı qızılın qarışığı işləmələr və qaşlar ortada dik gül dizaynı 750 əyyar 6.5 qram 900 manat, “Nikolay” Klon 5-lik - 450 manat, boyunbağı - 250 manat, buruq tros boyunbağı ortada “Nikolay” klonu “Nikolay” 10luq klon - 1000 manat, boyunbağısı tros 20 qr -1300 manat, dəyəri 1600 manat olan boyunbağı, ortası işləməli saçaqlı 1 ədəd ərəb qızılı kalyenin natura şəkildə özləri, özləri yoxdursa cəmi dəyərləri 10.000 manat pulun ümumilikdə cehiz və qızıl əşyalarının özləri, özləri yoxdursa cəmi 20.630 (iyirmi min altı yüz otuz) manat pulun həmçinin ödədiyi dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikah 28 mart 2019-ci il tarixdə Gəncə Regional “ASAN xidmət'’ Mərkəzi Qeydiyyat şöbəsində 684 nömrə ilə qeyd olunmuşdur. Birgə nikahdan uşaqları yoxdur. Bildirir ki, hazırda cavabdehlə münasibətləri pozulduğu üçün nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Cavabdehlə hazırda nikahı pozulduğu üçün məhkəmədə iddia qaldırdığı üçün həmin qızıl-zinyət və cehiz əşyalarının və ya dəyərinin qaytarılması da məhkəmə qaydasında alınmasını istəyir. Bildirir ki, yuxanda qeyd etdiyi əşyaları birgə nikah dövründə əldə etmişlər. Ona görə də həmin əşyaları ona qaytarılmasını istəyir. Qeyd edir ki, qızıl-zinyət və cehiz əşyalarının siyahısında 2 nəfərlik yataq dəsti -1000 manat (krem rəng 2 nəfərlik çarpayı, krem rəng dolab, krem rəng termo) 2-ci yataq dəsti - 600 manat (ağ üstü qəhvəyi bəzəklə tək nəfərlik çarpayı - 230 manat, qəhvəyi, güzgülü dolab 370 manat), dəhliz üçün qəhvəyi dolab – 250 manat, mətbəx mebeli krem rəng 1000 manat, açıq qəhvəyi künc divan - 550 manat, krem rəng jurnal masası - 150 manat, krem rəng böyük masa + krem rəng 6 stul - 500 manat, krem rəng komod - 250 manat, 1 ədəd “Star-X” markalı plazma televizor - 300 manat, “Vestel” markalı ağ rəng paltaryuyan 6 kq - 500 manat, “Samsung” markalı ağ rəng qab yuyan 800 manat, “Samsung” markalı qara rəng tozsoran - 450 manat, “Galaksi” markalı elektrikli qara rəng soba - 200 manat, “Eurolux” markalı boz rəng ətçəkən - 80 azn, ağ rəng soyuducu - 500 manat, üstü qızılı naxışlı “Galaksi” markalı qara qazan dəsti (3 qazan, 1 tava) - 260 manat, mavi güllü qazan dəsti 150 mnat, 5 ədəd tək-tək qazan 200 manat, “Galaksi” markalı qara rəngli tava dəsti 12 tava 180 manat, çemodan bıçaq dəsti 150 manat, mavi bıçaq dəsti 30 manat, çemodan çəngəl bıçaq qaşıq dəsti 250 manat, 1x2 metr ölçülü 2 ağ xalça 150 manat, 2x2 ağ xalça 90 manat, 4x6 mavi boz ağ qarışıq rəng xalça 600 manat, açıq qəhvəyi dəhliz xalçası 200 manat, ağ rəng bəzəkli örtük - 200 manat, qəhvəyi uzun tüklü örtük - 70 manat, ağ rəng zərli tül pərdə 3 ədəd 250 manat, krem rəng zərli zal pərdəsi - 200 manat, 2 ədəd çilçıraq - 150 manat, 20 ədəd dəsmal - 100 manat, 10 ədəd mələfə (tək-cüt) - 150+350 manat, hər birindən 18 ədəd üstü şəkilli ağ boşqab - 300 manat, 10 ədəd fərqli meyvə qabı - 200 manat olan əşyalar və ümümi dəyəri 10.000 manat olan dəst ağ qızıl üstü işləməli qaşlarla (İtaliya) qızılı 750 əyyar təqribi 30 qram 4500 manat, badamvari işləməli qaşlarla üzük, badamvari işləməli qaşlarla sırğa, badamvari işləməli qaşlarla qolbaq, yanlardan ortaya doğru dolğunlaşan badamvari, damlavari işləməli qaşlarla boyunbağı, nişan üzüyü - ağ və sarı qızılın qarışığı işləmələr və qaşlar ortada dik gül dizaynı 750 əyyar 6.5 qram 900 manat, “Nikolay” Klon 5-lik - 450 manat, boyunbağı - 250 manat, buruq tros boyunbağı ortada “Nikolay” klonu “Nikolay” 10luq klon - 1000 manat, boyunbağısı tros 20 qr -1300 manat, dəyəri 1.600 manat olan boyunbağı, ortası işləməli saçaqlı 1 ədəd ərəb qızılı kalyedən ibarətdir. Cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu ona geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz verərək iddiaçının sərbəst həyat sürmək istəyindən ötəri ailə dağılmış, anasının müdaxiləsi ilə bu vəziyyətə gəlib çıxmışdır. Nəticədə nigah ləğv edilmişdir. 4 may 2022-ci ildə iddiaçının anası və atası onlara qonaq gəlmişlər. Həmin axşam qonaq olub çıxıb getmişlər. O, 5 may 2022-ci ildə səhər tezdən saat 6:30 radələrində evdən çıxıb işə, saat 7-8 arası isə anası Əhmədlidə yaşayan dayısıgilə getmişdir. Saat 3-4 radələrində anası evə qayıdarkən evin həyət qapısının açıq olduğunu, yuxarı qalxdıqda isə giriş qapısının açıq olduğunu görüb tez evə daxil olaraq evdə hər şeyin yerə töküldüyünü gördükdən iddiaçını səsləyib, amma cavab almamışdır. Gəlinin evdə olmadığını görüb evə oğru girdiyini zənn etmiş, gəlinin mobil telefonuna zəng etmiş, lakin o, telefonu açmamışdır. 102-ni yığmaq istəyəndə yoldaşının anasına zəng edib dəqiqləşdirmək istəmişdir. Çünki otaqlarda hər şey alt üst olub, şfanerdə nə mövcud olmuşdursa hamısı yerdə olub. Qızın anasına yığıb və bildirib ki, gəlin evdə yoxdur, ev dağınıqdır. İddiaçının anası bildirib ki, xəbəri yoxdur və öyrənib deyəcəkdir. 1-2 saat ərzində iddaçıya zəng çatmayıb və sonda anası zəng edib və bildirib ki, Fədayə evdədir, çantasını yığıb gəlib. Amma niyə gəlməsini bilmir. Sonradan Fədayə özü zəng edib bildirir ki, əşyalarını yığıb evdən getmişdir, daha qayıtmayacaqdır. Bunları yazmaqda məqsədi odur ki, iddia tələbində 10 min manat dəyərində qızıl-zinət əşyalarından bəhs edən iddiaçı evdən gedərkən hər nəyi vardısa yığıb aparmışdır. Belə ki, ətir, geyim, paltarları, qızılları - nəyi vardısa hamısını rahat şəkildə yığıb, evi dağıdıb çıxıb getmişdir. Onlara qızılları aparmaqlarına etiraz etmədiyini, lakin anasının 2 dənə qızılını və onun üzüyünü apardıqlarını, geri vermələrini tələb etsə də qarşı tərəf buna kobud reaksiya vermişdir. Əgər iddiaçını döysəydi, hər hansı bir şikayət olsaydı, polis gəlib aparsaydı onda ehtimal edərdi ki, qızıllar evdə qalıb, apara bilməyib. Lakin göründüyü kimi, evdə olmadığını, gec gələcəyini bilib rahat şəkildə hər şeyini yığıb və evi tərk edib getmişdir. Necə olur ki, 50 manat dəyərində ətiri, 20 manat dəyərində şalvarını, kurtkasını, ayaqqabılarını aparır və bütün geyim, istifadə olan əşyalarını aparıb, amma iddia etdiyi 10 min manat dəyərində qızılları aparmır. Cavabdeh evlilik dövründə anasının qızıllarını taxıb gəzmiş, onlarla şəkil çəkdirmiş və həmin iddia ərizəsinə şəkilləri də əlavə edərək guya ki, bu ona hədiyyə olaraq verilən qızıl olub deyə tələb etmişdir. Halbuki, anası toyda həmin qızılları taxmışdır. Əgər hədiyyə veribsə necə özü taxır kimi sual da meydana çıxır. İddia tələbində həmçinin yalandan yazdığı mətbəx avadanlığı, yataq dəsti və sair ki, iddiaçı biləbilə yalan danışır. Çünki onlar əvvəl qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamışlar. Həmin iddia etdiyi əşyalar da o evdədir. Lakin hal-hazırda isə Binəqədidə yaşayırlar. İddiaçının iddia elədiyi həmin cehizlər sonradan əmisinin aldıqlarıdır. Belə ki, o, gəlin gələrkən çox ucuz mebellər gətirmiş və həmin ünvana yerləşdirmişlər. Lakin anası o evi satıb sonradan Binəqədiyə köçdükdə iddiaçı köhnə əşyalarını aparmaqdan imtina etmişdir. Çünki gətirdiyi mebellər çox ucuz olmuş, onlar tez-tez usta çağırıb həmin avadanlıqları təmir elətdirmişlər, özü də bu avadanlıqlardan bezmişdir. Mətbəx avadanlığı, yataq dəsti, çilçıraq, pərdə və s. hamısı orda qalmışdır. Həmçinin cehiz gətirdiyi pərdələri də evi alan şəxsə pul əvəzi satmışdır. Anası alan evə köçərkən anası evə təzə avadanlıqlar almış və onlardan istifadə etməyə başlamışlar. Həmin ünvandan iddiaçının bir neçə avadanlığını gətirmişlər ki, onları qaytarmağa etiraz etmir. Fakt olaraq iddiaçının tələb etdiyi avadanlıqlar iddiaçının gəlin olaraq gəldiyi evdə iddiaçın öz razılığı ilə qoyulub və iddiaçı tərəfindən imtina edilmişdir. Bu da onu göstərir ki, iddiaçının iddia etdiyi mebellər onun qanunsuz istifadəsində deyildir. İndi isə tələb etməsi qərəzli olmasını, yalandan uydurub şişirtməklə guya ki, ondan acıq çıxmağını düşünür. İddiaçı bildirir ki, guya onun əşyalarını qaytarmaqdan imtina etmişdir. Halbuki, özü bildirmişdir ki, gəlib əşyalarını aparsın. İddiada qeyd olunanların əksəriyyəti yalandır. Əgər əksini sübut edə bilirlərsə bunu faktlarla sübut etməlidirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan övladları yoxdur. Cavabdehlə tez-tez münaqişələri olmuş və cavabdeh ona şiddət göstərmişdir. Sonuncu dəfə 2022-ci ilin may ayında şiddət göstərmiş, 1 gün əvvəl valideynlər onları barışdırmağa cəhd göstərmişdir. Lakin o, cavabdehlə birlikdə yaşadığı evdə gecələdikdən sonra, ertəsi gün cavabdeh işə getmiş, bundan bir müddət sonra qaynanası evi tərk etmişdir. Evdən çıxan zaman evdə heç kim olmamışdır. Evdən çıxma səbəbi uzun sürən şiddətlə davam edən münaqişə olmuşdur və gecə düşünüb qərarlaşmışdır ki, onların artıq ailə kimi yaşaması mümkün deyildir. Hətta ana və atası cavabdehin anasının dəvəti ilə görüşmüşlər. Bu 2022-ci ilin may ayında baş tutmuşdur. Səhər o, evdən çıxanda isə yoldaşı işə getmiş, qayınanası isə evdə olmamışdır. Qayınanası evdən gedəcəyini bilmirdi, çünki bilsə icazə verməyəcək idi. Qayınanası da, valideynləri də onların barışmağını istəmişdir. Qızıl-zinət əşyaları qayınanasının otağında saxlanılırdı, qayınanası isə həmişə öz otağının qapısını bağlayırdı. Həyat yoldaşı səhər saat 07:30-da, qayınanası isə təxmini 10:00-10:30 aralığında evdən çıxmış, qaynanası çıxandan bir müddət sonra isə o evdən çıxmışdır. İstədiyi vaxt qızıl-zinət əşyalarını götürüb istifadə edə bilirdi, bununla bağlı qadağa yox idi. Əvvəllər qızıl-zinət əşyalarını özündə saxlayırdı, lakin sonradan məhəllədə oğruların olması söz-söhbətinə görə qızılları qayınanası öz otağında saxlamağa başladı. Qızıllar əlindən zorla alınmamışdır. Qayınanası razılıqla qızıl-zinət əşyalarını ondan almış, amma hara və necə qoyduğunu bilmirdi. O, öz geyim əşyalarını çantaya yığaraq evdən çıxmışdır. Mətbəx mebelinin cavabdehin bildirdiyi kimi satılan evdə qoyulduğunu qəbul edir. Lakin yataq mebeli və televizor digər evdə olarkən qırılmışdır. Bunun səbəbi isə qarşı tərəfin şiddətinin və davası olmuşdur. Bu cür davalar olanda qarşı tərəf şiddətə meyilli olduğu üçün ya ona, ya da əşyalara hücüm etmişdir. Çox qırıqlar olmuşdur, bərpası mümkün deyildir. Televizorun qırılmağını etiraf edir. Cehiz əşyalarından bəzilərinin mövcud olmadığını qəbul edir. Yataq dəsti əvvəlki satılan evdə qalmışdır. Cavabdeh tərəfindən təqdim edilmiş siyahıda olan əmlakların əvvəlki evdə qalması faktını, mələfə, dəsmallar, meyvə qabları, qazanalar barədə qeyd etdiklərini, digər əşyaların isə cavabdehdə olmasını qəbul edir. Soyuducuya dair qəbzi yoxdur, onu qəbul etmir. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən əşyaların qiymətinin müəyyən edilməsi ilə bağlı sübut yoxdur. İddiaçı alınan malların qəbzlərini saxlamamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 izahat verərək bildirmişdir ki, iddiaçının nəyi varsa aparmışdır. Hətta anasına məxsus olan qızıl-zinət əşyalarını da götürüb aparmışdır. Qızıllar həmişə iddiaçının otağında şkafda çəkməcədə saxlanılmışdır. İddiaçı nə zaman istəyibsə qızılları taxıb, buna qadağa olmayıb. O, heç vaxt qızılların marağında olmamışdır. Cehizlər 2019-cu ildə iddiaçının əmisi tərəfindən alınmış və evə gətirilmişdir. Onlar 2020-ci ildə anasına məxsus evdə yaşamışlar. 2020-ci ildən anası evi sataraq Binəqədi rayonunda yerləşən həyət evi almış, onlar da oraya köçmüşlər və anası ilə birlikdə yaşamağa davam etmişlər. İddiaçı iddia tələbində göstərilən əşyalardan imtina edib və pul müqabilində evi alan şəxsə əşyaları satıb. Həmin əşyalar bahalı olmadığı üçün iddiaçı onlardan imtina etmişdir. 2-ci yataq dəsti ondadır. Dəhliz dolabı, tək nəfərlik dəstin dolabı və televizor ondadır. Lakin televizor sınmış və həmin vəziyyətdə də saxlanılmışdır. Təqdim etdiyi siyahıda qeyd olunan əşyalarla bağlı iddianı qəbul edir. Onda olan və etiraf etdiyi əşyaların siyahısını məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-763/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə X6 arasında Gəncə Regional “Asan Xidmət” X1 xx.xx.2019-cu il tarixdə, 684 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Onlar yola getmədikləri üçün 1-1,5 il əvvəl iddiaçı anassıgilə gəlmiş, sonra isə boşanmışlar. İddiaçı gələndə hansı əşyaları gətirdiyini sonradan onun dediklərinə əsasən bilmişdir. İddiaçı oradan çıxarkən boşanmaq məqsədi olmamışdır. O, 6-7 ay barışıq olmasını gözləmiş, lakin qarşı tərəfdən hər hansı cəhd olmamışdır. O, iddiaçının hadisədən bilavasitə evə gələmsini və gələrkən hansı əşyalarla gəlməsini görməmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları odur ki, cavabdeh iddiaçının keçmiş əridir. Lakin iddiaçı oğlu ilə cavabdeh xx.xx.2023-cü il tarixdə boşanmışdır. Lakin faktiki olaraq 2022-ci ilin may ayından ayrı yaşayırlar. Onlar nikah dövründə ünvan 3 ünvanında yaşamışlar. Lakin tərəflər nikaha daxil olduqları vaxt onlar ünvan 4 ünvanında yerləşən evdə yaşamış, iddiaçının cehiz əşyaları da ilkin olaraq həmin mənzilə aparılmışdır. Lakin həmin ev satılarkən iddiaçının da razılığı ilə müəyyən əşyalar dəyəri ödənilməklə həmin evdə saxlanılmışdır. Hazırda iddiaçı onun mülkiyyətində olan və ona məxsus əşyaların cavabdehin yaşadığı mənzildən çıxaılaraq ona təhvil verilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək iddia ərizəsində qeyd olunan əşyaların müəyyən hissəsinin həmin evdə olmasını qəbul etdiyini, lakin qalan hissənin, həmçinin qızıl zinət əşyalarının onda olmadığını bildirir. Məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, cavabdeh etiraz verərək iddiaçının qeyd etdiyi əşyalardan 2 nəfərlik yataq dəsti (krem rəng 2 nəfərlik çarpayı, krem rəng dolab, krem rəng termo), krem rəng mətbəx mebeli, 3 ədəd ağ rəng zərli tül pərdə, krem rəng zərli zal pərdəsi, 2 ədəd çilçırağın iddiaçının razılığı il əvvəl yaşadıqları evin yeni mülkiyyətçisinə satıldığını və əşyaların həmin evdə olduğunu bildirmişdir. İddiaçı isə məhkəmə iclasında bu faktla razılaşdığını bildirmişdir. Bununla da həmin əşyalara münasibətdə iddianın əsassız olduğu öz təsdiqini tapmışdır. Bundan başqa cavabdeh etiraz ərizəsində açıq qəhvəyi künc divanı, krem rəng jurnal masası, krem rəng böyük masa + krem rəng 6 stul, krem rəng komod, ağ üstü qəhvəyi bəzəklə tək nəfərlik çarpayı, qəhvəyi, güzgülü dolab, “Vestel” markalı ağ rəng paltaryuyan 6 kq, “Samsung” markalı ağ rəng qab yuyan, “Samsung” markalı qara rəng tozsoran, “Galaksi” markalı elektrikli qara rəng soba, “Eurolux” markalı boz rəng ətçəkən, ağ rəng soyuducu, “Galaksi” markalı üstü qızılı naxışlı qara qazan dəsti (3 qazan, 1 tava), mavi güllü qazan dəsti və mavi güllü bıçaq dəstinin tam şəkildə onda olduğunu bildirərək iddianı bu hissədə qəbul etmişdir. Beləliklə qeyd olunan əşyalara münasibətdə iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Həmçinin cavabdeh iddiaçının siyahısı və sayını düzgün göstərmədiyi əşyaları qeyd edərək bildirmişdir ki, iddiaçının tələb etdiyi “Galaksi” markalı qara rəngli 12 tavadan ibarət tava dəsti əslində 8 ədəd tavadan ibarətdir. Çemodan çəngəl bıçaq qaşıq dəsti tam deyil, işlədildiyi üçün atılmış və qırılmış elementlər vardır. Dəsmallar 20 ədəd göstərilməsinə baxmayaraq 12 ədəddir. 10 ədəd mələfə (tək-cüt) gəstərilmiş, lakin iddiaçı 5 ədəd cüt, 3 ədəd tək mələfə gətirmişdir. Meyvə qabları 10 ədəd göstərilsə də 7 ədəd, tək-tək qazanlar 5 ədəd göstərilsə də, 4 ədəddir. Üstü şəkilli ağ boşqab hər birindən 18 ədəd olmaqla göstərilmiş, lakin işlədildiyi üçün sınanlar olduğu üçün sayı tam deyildir. 4x6 m ölçülü maviboz-ağ qarışıq xalçanın əslində ölçüsü 3x5, 1x2 m ölçülü 2 ağ xalça göstərilsə də, onlardan birinin rəgi ağ, digərinin rəngi krem, 2x2 ölçüdə olan xalçanın rəngi krem rəngidir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin etirazında qeyd etdiyi siyahısı və sayı düzgün göstərilməyən əşyaların sayı və siyahısını qəbul etdiyini bildirmişdir. Cavabdeh etiraz ərizəsində dəhliz dolabına münasibət bildirməməsinə baxmayaraq məhkəmə iclasında izahatında dəhliz dolabının da onda olduğunu etiraf etmişdir. Bundan başqa, cavabdeh iddia ərizəsində qeyd olunan televizorun onda olduğunu, lakin istifadə nəticəsində sındığını bildirmişdir. İddiaçı isə televizorun sınması faktını təsdiq edərək həmin vəziyyətdə əşyanın ona verilməsini tələb etmişdir. Cavabdehin etirafı və iddiaçının həmin hissədə razılaşmasını, həmçinin əksini sübut edən dəlillərin məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən, cavabdehin etiraf etdiyi və iddiaçının razılaşdığı hissədə təmin edilməlidir. İddiaçının tələb etdiyi ağ rəngli soyuducu və çemodan bıçaq dəsti barəsində cavabdeh etiraz edərək çemodan bıçaq dəstinin ümumiyyətlə mövcud olmadığını və iddiaçının ailə qurarkən ümumiyyətlə soyuducu gətirmədiyini, anasına məxsus evdə olan soyuducudan istifadə edildiyini bildirmişdir. İddiaçı isə iddianı, yəni həmin əşyaların mövcudluğunu və hazırda cavabdehdə olmasını sübut edən dəlillərini məhkəməyə təqdim etməmişdir. Eyni zamanda qeyd olunan soyuducunun markası, modeli, rəngi və digər keyfiyyətləri barəsində məlumat qeyd etməmişdir. Bu da həmin əşyanın mövcudluğuna şübhə doğurur. Məhkəmə qeyd edir ki, iddia bu hissədə sübut olunmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsaəsn 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. İddiaçının digər tələbi isə qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsidir. Məhkəmə bu hissədə xüsusilə iddiaçının yaşadığı evi tərk etmə şəraitini nəzərə alır. Belə ki, tərəflərin izahatlarından və işin faktiki hallarından görünür ki, iddiaçı evi tərk etmək üçün xüsusilə əlverişli, yəni evdə heç kimin olmadığı zamanı seçərək əvvəldən planlaşdırılmış şəkildə evdən çıxmışdır. Bu halda onun zəruri olan şəxsi əşyalarını, həmçinin hazlrda mübahisələndirdiyi qızıl-zinət əşyalarını özü ilə götürmək üçün kifayət qədər şəraiti olmuşdur. Belə ki, onun özünün izahatında qeyd etdiyi kimi qızıl-zinyət əşyalarının qaynanasına məxsus otaqda saxlanılması barədə məlumatlı olmuşdur. Həmçinin izahatında həmin qızılların əlçatmaz şəkildə xüsusi mühafizə olunması barədə sübut təqdim edə bilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi fotoşəkillər özü-özlüyündə tələb edilən qızıl zinət əşyalarının iddiaçıya məxsus olması və həmin əşyaların hazırda cavabdehdə olmasını təsdiq edən birmənalı sübut kimi qəbul oluna bilməz. Məhkəmə həmçinin şahid ifadələrini və iddiaçının yaşadığı evi tərk etmə şəraitini nəzərə alıb qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən qızılların məhz ona məxsus olması və hazırda cavabdehdə olmasını sübuta yetirilmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 673.1-ci maddəsinə görə hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2-ci maddəyə görə hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3-cü maddəyə görə imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı məxsus olan əşyalar: 1 ədəd ağ üstü qəhvəyi rəngli bəzəkli tək nəfərlik çarpayı; 1 ədəd qəhvəyi rəngli güzgülü dolab; 1 ədəd dəhliz üçün qəhvəyi rəngli dolab; 1 ədəd açıq qəhvəyi rəngli künc divan; 1 ədəd krem rəngli jurnal masası; 1 ədəd krem rəngli böyük masa və 6 ədəd krem rəngli stul; 1 ədəd krem rəngli kamot; 1 ədəd “Star-X” markalı plazma televizor; 1ədəd 6 kq tutumlu “Vestel” markalı ağ rəng paltaryuyan maşın; 1 ədəd “Samsung” markalı ağ rəngli qabyuyan maşın; 1 ədəd “Samsung” markalı qara rəng tozsoran; 1ədəd qara rəngli “Galaksi” markalı elektrikli soba; 1 ədəd “Eurolux” markalı boz rəngli ətçəkən; qara rəngli üstü qızılı naxışlı “Galaksi” markalı qazan dəsti (3 qazan, 1 tava); mavi güllü qazan dəsti; 4 ədəd tək-tək qazan; “Galaksi” markalı qara rəngli tava dəsti (8 tava); mavi güllü bıçaq dəsti; çemodan çəngəl-bıçaq-qaşıq dəsti, 1x2 metr ölçülü 1 ədəd ağ rəngli və 1 ədəd krem rəngli xalçalar; 2x2 metr ölçülü 1 ədəd krem rəngli və 1 ədəd 3x5 metr ölçülü mavi-boz-ağ qarışıq rəngli xalçalar; 12 ədəd dəsmal; 8 ədəd mələfə (tək-cüt); üstü şəkilli ağ boşqab (18 predmet); 7 ədəd fərqli meyvə qabı, 1 ədəd ağ rəngli bəzəkli pakrıval; 1 ədəd qəhvəyi rəngli uzun tüklü pakrıval natura şəklində Cavabdeh tərəfindən İddiaçı təhvil verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan əşyalar: 1 ədəd ağ üstü qəhvəyi rəngli bəzəkli tək nəfərlik çarpayı; 1 ədəd qəhvəyi rəngli güzgülü dolab; 1 ədəd dəhliz üçün qəhvəyi rəngli dolab; 1 ədəd açıq qəhvəyi rəngli künc divan; 1 ədəd krem rəngli jurnal masası; 1 ədəd krem rəngli böyük masa və 6 ədəd krem rəngli stul; 1 ədəd krem rəngli kamot; 1 ədəd “Star-X” markalı plazma televizor; 1ədəd 6 kq tutumlu “Vestel” markalı ağ rəng paltaryuyan maşın; 1 ədəd “Samsung” markalı ağ rəngli qabyuyan maşın; 1 ədəd “Samsung” markalı qara rəng tozsoran; 1ədəd qara rəngli “Galaksi” markalı elektrikli soba; 1 ədəd “Eurolux” markalı boz rəngli ətçəkən; qara rəngli üstü qızılı naxışlı “Galaksi” markalı qazan dəsti (3 qazan, 1 tava); mavi güllü qazan dəsti; 4 ədəd tək-tək qazan; “Galaksi” markalı qara rəngli tava dəsti (8 tava); mavi güllü bıçaq dəsti; çemodan çəngəl-bıçaq-qaşıq dəsti, 1x2 metr ölçülü 1 ədəd ağ rəngli və 1 ədəd krem rəngli xalçalar; 2x2 metr ölçülü 1 ədəd krem rəngli və 1 ədəd 3x5 metr ölçülü mavi-boz-ağ qarışıq rəngli xalçalar; 12 ədəd dəsmal; 8 ədəd mələfə (tək-cüt); üstü şəkilli ağ boşqab (18 predmet); 7 ədəd fərqli meyvə qabı, 1 ədəd ağ rəngli bəzəkli pakrıval; 1 ədəd qəhvəyi rəngli uzun tüklü pakrıval natura şəklində Cavabdeh tərəfindən İddiaçı təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar